Qanunvericilik › “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müddətli müqavilə əsasında xidmətə qəbul edilən sıravi və kiçik rəis heyətinin siyahısı”nın və “Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul edilən şəxslərlə bağlanılan müddətli müqavilənin forması və şərtləri”nin təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 04.09.2013) › Tam mətn

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müddətli müqavilə əsasında xidmətə qəbul edilən sıravi və kiçik rəis heyətinin siyahısı”nın və “Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul edilən şəxslərlə bağlanılan müddətli müqavilənin forması və şərtləri”nin təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 04.09.2013)

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müddətli müqavilə əsasında xidmətə qəbul edilən sıravi və kiçik rəis heyətinin siyahısı”nın və “Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul edilən şəxslərlə bağlanılan müddətli müqavilənin forması və şərtləri”nin təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 04.09.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müddətli müqavilə əsasında xidmətə qəbul edilən sıravi və kiçik rəis heyətinin siyahısı”nın və “Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul edilən şəxslərlə bağlanılan müddətli müqavilənin forması və şərtləri”nin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 613-IVQD nömrəli Qanunun tətbiqi və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 may tarixli 900 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.6-cı bəndini rəhbər tutub,

1. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində müddətli müqavilə əsasında xidmətə qəbul edilən sıravi və kiçik rəis heyətinin siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

1.1. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətin xüsusiyyətləri nəzərə alınmaqla “Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul edilən şəxslərlə bağlanılan müddətli müqavilənin forması və şərtləri” təsdiq olunsun (2 nömrəli əlavə).

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kоllеgiyаsının «04» sentyabr 2013-cü il tаriхli Q35-001-13 nömrəli qərаrı ilə təsdiq еdilmişdir.

1. Nazirliyin Aparatında operator, kiçik inspektor-dəftərxana müdiri;

2. Nazirliyə bilavasitə tabe olan struktur qurumlarda və nizami polis hissələrində sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul edilən şəxslər;

3. Nazirliyin Baş Mühafizə idarəsinin və onun tabeliyində olan qurumların sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul edilən şəxslər;

4. Nazirliyin xüsusi təhsil müəssisələrində operator, kiçik inspektor-dəftərxana müdiri;

5. Nazirliyin müalicə, tibbi-profilaktika müəssisələrində tibb bacısı, kiçik inspektor-dəftərxana müdiri.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kоllеgiyаsının «04» sentyabr 2013-cü il tаriхli Q35-001-13 nömrəli qərаrı ilə təsdiq еdilmişdir.

1.1. Bu Müqavilə işəgötürənin səlahiyyətlərini həyata keçirən

_____________________________________________________________________________________________

İşəgötürən _________________________________________________________________________________

__________________________________________________________________________________________ ilə

İşçi __________________________________________________________________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

arasında «____» «_________________» __________ il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra “Məcəllə”) müvafiq olaraq bağlanmışdır.

1.2. İşçi _____________________________________________________________________________

vəzifəsinə (peşəsinə), işə qəbul (təyin) edilir.

1.3 Bu Müqavilə bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də (bundan sonra “Əsasnamə”) və Məcəllədə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.

2.1. Bu Müqavilə ____________ «____» ___________ il tarixindən «____» ______________ il tarixinədək «____» «_____________» _________ il (ay) müddətinə bağlanmışdır.

2.2. İşin birinci ________ həftəsi (ayı) sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini ________ gün əvvəl xəbərdarlıq etməklə Müqaviləni birtərəfli qaydada poza bilər.

2.3. Əsasnamənin 27-ci maddəsinə uyğun olaraq xidmətə qəbul edilən şəxs vəzifəsinin icrasına müvafiq təhsil müəssisəsində hazırlıq kursları keçdikdən sonra «____» ___________ il tarixində başlayır.

3.1. İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:

a) __________________________________________________________________________________;

b) __________________________________________________________________________________;

c) __________________________________________________________________________________;

3.2. Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.

3.3. İşçi Məcəllənin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir.

İşəgötürən aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:

4.1. İşçiyə hər ay Əsasnamənin 73-cü və 91-ci maddələrinə uyğun aidiyyəti təminat xərcliyi ödənilir;

- ayda bir dəfə _________________________________________________ ödənilir;

- əmək haqqı və digər ödənclər işçinin ____________________________________________

bankdakı hesabına köçürülür;

4.3. Tərəflərin əmək haqqının ödənilməsi barədə razılığa gəldikləri digər şərtlər:

a) _________________________________________________________________________________;

b) _________________________________________________________________________________;

4.4. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında işçi qabaqcadan məlumatlandırılır.

4.5. İşçinin sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır;

4.6. İşçi əməyin mühafizəsi normaları ilə ______________ bir dəfədən az olmayaraq təlimatlandırılır;

4.7. İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur;

4.8. Əsasnamənin 92-ci, 93-cü, 94-cü maddələrinə uyğun olaraq işçi sığortalanır və kompensasiyalar ödənilir.

4.10. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir;

4.11. İşçi Əsasnamənin 73-cü maddəsinə uyğun olaraq iş vaxtından artıq olan müddətdə xidməti vəzifələrinin icrasına cəlb oluna bilər.

4.12. İşə gəlib getməsi üçün nəqliyyatla təmin edilir _____________________;

4.13. İstirahət günləri hər həftənin ________________ günləridir;

4.20. İşçiyə Əsasnamənin 76-83-cü maddələri ilə müəyyən edilmiş məzuniyyətlər verilir.

4.21. Əsas məzuniyyətinin müddəti 30 təqvim günüdür;

4.22. Əsasnamənin 87-ci maddəsinə uyğun əmək stajına görə, əmək şəraitinin xarakterinə görə əlavə məzuniyyətlər verilir.

4.25. Ödənişsiz məzuniyyətdən Məcəllə ilə müəyyən edilmiş hallarda, habelə işəgötürənlə razılıq əsasında istifadə edilir.

5.1. Bu Müqavilənin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

5.2. Tərəflər icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.

5.3. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər.

6.1. İşçi Əsasnamənin 92-ci maddəsinə uyğun olaraq sığortalanır;

6.2. İşçinin sosial müdafiə olunması, güzəşt və imtiyazları, sosial sığorta hüququ təmin edilir;

6.3. İşçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir.

7.1. İşçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir;

8.1. Bu Müqaviləyə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.

8.2. Bu Müqaviləyə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir:

a) __________________________________________________________________________________;

b) __________________________________________________________________________________;

c) __________________________________________________________________________________;

Qeyd: bütün dəyişikliklər və əlavələr təfsilatı ilə sadalanmalıdır.

8.3. Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal (________ gündən gec olmayaraq) qüvvəyə minir və bu Müqavilənin tərkib hissəsini təşkil edir.

______________________________________ İşəgötürən

______________________________________ İşçi

9.1. Bu Müqavilə Əsasnamənin 135-ci, Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər;

9.2. İşəgötürən tərəfindən bu Müqavilə ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir;

9.3. İşçi tərəfindən bu Müqavilə ləğv edilməzdən əvvəl işəgötürən bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir;

9.4. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu Müqaviləni ləğv etməyə onun məcbur edilməsinə yol verilmir;

9.5. Müqaviləyə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:

a) ___________________________________________________________________________________;

b) ___________________________________________________________________________________;

c) ___________________________________________________________________________________;

10.1. Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.

10.2. Bu Müqavilə iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə işəgötürəndə saxlanılır.

10.3. Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.

10.4. Tərəflər bu Müqavilə ilə nəzərdə tutulmamış, habelə bilavasitə Məcəllə ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.

11.1. İşəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, habelə müştərisi olduğu bankın adı, hesablaşma hesablarının nömrələri, kodu, hüquqi ünvanı:

İşəgötürən: ______________________________________________________________

Ünvan: ___________________________________________________________________

M.Y. İmza _________________

11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:

İşçi: ______________________________________________________________________

Ünvan: ___________________________________________________________________

İmzа ________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver