Qanunvericilik › Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin tarifləri (Tarif Şurasının qərarı, 06.01.2007) › Tam mətn

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin tarifləri (Tarif Şurasının qərarı, 06.01.2007)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin tarifləri (Tarif Şurasının qərarı, 06.01.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin tarifləri

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli iclasının protokoluna əsasən qərara alır:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin aşağıda göstərilən xidmətlərinin tarifləri təsdiq edilsin.

Qeyri-standart, iri qabaritli yük, partlayıcı və radioaktiv maddələr daşıyan nəqliyyat vasitələrinin Baş Dövlət Yol Polisi İdarəsinin patrul xidməti avtomobilləri ilə müşayiət edilməsi:

Hərəkət sürəti (km/saat)

90-dan yuxarı olduqda

Bir patrul avtomobili ilə müşayiətin ümumi tarifi avtomobilin markasından, hərəkət sürətindən və qət ediləcək yolun formasından asılı olaraq müəyyənləşdirilmiş qiymətlə, qət ediləcək məsafənin hasili üzərinə qanunvericiliklə nəzərdə tutulmuş ezamiyyə xərci və ƏDV əlavə olunmaqla hesablanır.

2. Təsdiq olunmuş tariflər 2007-ci il 08 yanvar tarixindən qüvvəyə minir və bu xidmətlərə dair əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 6 yanvar 2007-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver