«Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli, 518 nömrəli Fərmanına əlavə edilməsi barədə
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli, 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 416; 2004-cü il, № 6, maddə 440, № 9, maddə 674; 2005-ci il, № 6, maddə 491, № 12, maddə 1102; 2006-cı il, № 7, maddə 597, № 8, maddə 659; 2007-ci il, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə 947, № 11, maddə 1106; 2008-ci il, № 3, maddə 168, № 8, maddə 719) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 4.1.16-1-ci bənd əlavə edilsin:
«4.1.16-1. Nazirliyin tabeliyində olan müalicə, profilaktika və sanatoriya-kurort müəssisələr tərəfindən yerinə yetirilən xidmətlərə («Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»yə uyğun olaraq pulsuz tibb xidməti almaq hüququ olan, habelə sanatoriya-kurort müəssisələrində imtiyazlı istirahət hüququ olan şəxslərə göstərilən xidmətlər istisna olmaqla) ödənişlərin tətbiq edilməsinə razılıq vermək;».
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 may 2009-cu il