Qanunvericilik › “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 22.05.2009) › Tam mətn

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 22.05.2009)

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 22.05.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının daxili qoşunları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.7-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

2.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2009-cu il

1. “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yaradılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Şurası (bundan sonra – Şura) Daxili Qoşunların rəhbər vəzifəli şəxslərindən ibarət məşvərətçi orqandır. Şura Daxili Qoşunlar Baş İdarəsində fəaliyyət göstərir.

2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Şuranın iclaslarında daxili qoşunların fəaliyyətinin əsas istiqamətləri, döyüş və səfərbərlik hazırlığının, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin, döyüş təliminin və hərbi intizamın vəziyyəti, kadr məsələləri, əmrlərin və digər aktların layihələri müzakirə edilir, vəzifəli şəxslərin hesabatları dinlənilir, fəaliyyəti ilə bağlı digər mühüm məsələlərə baxılır və qərarlar qəbul edilir.

4. Şura Azərbaycan Respublikasının daxili işlər naziri qarşısında məsuliyyət daşıyır.

5. Şura sədrdən, sədr müavinindən, katibdən və üzvlərdən ibarətdir. Şuranın tərkibinə daxili qoşunların komandanı (Şuranın sədri), daxili qoşunlar komandanının birinci müavini-qərargah rəisi (Şuranın sədr müavini), daxili qoşunlar komandanının müavinləri, habelə Daxili Qoşunlar Baş İdarəsinin digər vəzifəli şəxsləri daxil olurlar. Şuranın tərkibi Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən müəyyən edilir.

6.1. Şuranın iş planını təsdiq edir;

6.2. Şuranın iclaslarının keçirilmə vaxtını və yerini təyin edir, bu iclasların gündəliyini təsdiq edir və iclasları aparır;

6.3. Şuranın sədr müavininə, katibinə və üzvlərinə tapşırıqlar verir;

6.4. Şuranın sənədlərini imzalayır;

6.5. Şuranın fəaliyyəti ilə əlaqədar digər funksiyaları həyata keçirir.

7. Şuranın sədri öz vəzifələrini icra edə bilmədikdə, onun səlahiyyətlərini sədr müavini həyata keçirir.

8. Şuranın üzvləri arasından Şuranın katibi seçilir. Şuranın katibi:

8.1. Şuranın kargüzarlıq işlərinin aparılmasını, Şuranın iş planlarının, Şuranın iclaslarının gündəliyinin və bu iclaslarda müzakirəyə çıxarılması nəzərdə tutulan sənədlərin, Şuranın qərarlarının layihələrinin, habelə Şuranın iclaslarının protokollarının hazırlanmasını təmin edir;

8.2. Şuranın üzvlərini Şuranın növbəti iclasının keçirilmə vaxtı və yeri barədə məlumatlandırır və onları zəruri materiallarla təmin edir;

8.3. Şuranın iclaslarının hazırlanması və keçirilməsinə dair digər təşkilati işləri həyata keçirir.

9. Şuranın gündəliyinə daxil edilən məsələlər Şura tərəfindən təsdiq olunmuş iş planına əsasən aparılır. Şuranın işi yarım illik planlaşdırılır.

10. Şuranın iş planına təklifləri, onun üzvləri, Daxili Qoşunlar Baş İdarəsinin idarə, şöbə və xidmət rəisləri verirlər.

11. Təsdiq olunmuş iş planı bir həftə müddətində Şuranın katibi tərəfindən Şura üzvlərinə, Daxili Qoşunlar Baş İdarəsinin idarə, şöbə və xidmət rəislərinə, hərbi hissə komandirlərinə göndərilir.

12. Şuranın iclaslarında məsələlərin işgüzar müzakirəsi və operativ həlli üçün reqlament müəyyən olunur.

13. Şuranın müzakirəsinə çıxarılan məsələlərin dərindən və hərtərəfli araşdırılması məqsədilə işçi komissiyaları və qruplar yaradıla bilər.

14. Şuranın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir.

15. Şuranın sədrinin təşəbbüsü ilə və ya Şura üzvlərinin təklifi əsasında təxirəsalınmaz məsələlərin müzakirəsi ilə əlaqədar növbədənkənar iclaslar keçirilə bilər.

16. Ayrı-ayrı məsələlərin yerlərdə müzakirə olunmasına zərurət yarandıqda Şura səyyar iclaslar keçirə bilər.

17. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Şuranın sədri həlledici səsə malikdir.

18. Şuranın sədri və onun üzvləri arasında fikir ayrılığı olduqda, Şuranın sədri öz əsaslandırılmış qərarını həyata keçirir və bu haqda Azərbaycan Respublikasının daxili işlər nazirinə məruzə edir. Şuranın üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının daxili işlər nazirinə çatdıra bilərlər.

19. Şuranın iclasları protokollaşdırılır. İclas protokolu Şuranın sədri və katibi tərəfindən imzalanır.

20. Şuranın iclaslarında qəbul edilmiş qərarlar daxili işlər nazirinin əmri ilə həyata keçirilir.

1. 30 iyun 2026-cı il tarixli 705 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 iyun 2026-cı il, “Xalq” qəzeti, 1 iyul 2026-cı il, № 113)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver