“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ali rəis heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Norması” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin böyük, orta, kiçik rəis və sıravi heyətlərinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Norması” təsdiq edilsin (3 nömrəli əlavə).
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təminatı Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
5. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının verilmə Qaydalarının, normalarının və istifadə müddətlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli 267 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1156; 2009, № 4, maddə 280; 2012, № 8, maddə 835) ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 10 mart 2016-cı il
1. Bu Qaydalar “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının verilməsi qaydalarını müəyyən edir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqan-larında xidmət keçmə haqqında Əsasnamə”yə uyğun olaraq, rəis və sıravi heyətini xüsusi rütbə verilən gündən geyim forması və fərqlənmə nişanları ilə təmin edir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təminatı Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşməyən qurumlarının rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təminatı həmin qurumların vəsaiti hesabına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilir.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları əsasında tərkibində təchizat struktur bölmələri olan daxili işlər orqanlarında hesabat-sifarişlər hazırlanır. Hesabat-sifariş şəxsi heyətin sayı, əvvəllər verilmiş geyim əşyalarının istifadə müddətləri və anbardakı qalıq da nəzərə alınmaqla tərtib edilir.
6. Daxili işlər orqanları tərəfindən təqdim olunan hesabat-sifarişlər araşdırılır, onların əsasında anbarlardakı əmlaklar da nəzərə alınmaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yekun təchizat sifarişi ilə bağlı növbəti il üçün proqnozu tərtib edilir.
7. Ayrılmış vəsait həcmində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi qanunvericiliklə müəyyən edilmiş qaydada geyim əmlakının hazırlanması və alınması üçün sifariş verir. Sifariş üzrə ödəmələr nağdsız hesablaşma (köçürmə) yolu ilə aparılır.
8. Geyim formaları və fərqlənmə nişanları alınıb müvafiq qaydada uçota götürüldükdən sonra, daxili işlər orqanlarının hər bir əməkdaşı üçün açılmış fərdi armatur vərəqəsi əsasında müvafiq məxaric sənədləri hazırlanır. Həmin məxaric sənədləri əsasında əməkdaş xidmət etdiyi daxili işlər orqanı tərəfindən geyim forması ilə təmin edilir.
9. Fərqlənmə nişanları - poqonlar, qol nişanları, kokardalar, qalstuk sıxacları, forma düymələri, emblemlər, ulduzlar, palıd yarpaqları, serjant lenti, furajka kəməri, “M” hərfi və yaxa nişanları şəxsi heyətə geyim formaları ilə birlikdə verilir.
10. Azərbaycan Respublikası daxili işlər orqanlarının şəxsi heyətinin geyim formasının və digər inventar əmlakının qorunmasına və istifadə qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən həyata keçirilir.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşına xüsusi rütbə verildikdə və ya onun xidmət sahəsi dəyişdirildikdə, həmin əməkdaşa verilmiş, lakin istifadə müddəti bitməmiş geyim forması verilmiş xüsusi rütbəsinə uyğundursa və ya dəyişilmiş xidmət sahəsində istifadə olunan geyim formasından xarici görünüşünə və rənginə görə fərqlənmirsə, əvvəllər verilmiş geyim formasından istifadə edilmə müddəti davam etdirilir və həmin əməkdaş verilmiş xüsusi rütbəsinə müvafiq poqon və fərqlənmə nişanları ilə təmin edilir. Əks halda, əməkdaş verilmiş xüsusi rütbəsinə və ya xidmət sahəsinə müvafiq geyim forması ilə təmin olunur.
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin əməkdaşları qeyri-standart bədən ölçülərinə malik olduqda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən verilmiş geyim forması orderi əsasında onlara həmin İdarənin tikiş emalatxanasında geyim formasının fərdi tikilişi sifariş olunur. Bu geyim formasının tikilməsinin dəyəri həmin ildə Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş qaydada geyim forması ilə təmin olunması üçün müəyyən edilmiş qiymət əsasında tərtib etdiyi müvafiq sənədlərə uyğun olaraq Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən ödənilir.
13. Geyim formasının və fərqlənmə nişanlarının istifadə müddəti bitdikdən sonra əməkdaşlar yeni geyim əmlakı ilə təmin olunurlar. Xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının daxili işlər orqanlarının müvafiq struktur bölmələrinin xüsusi rütbəsi olan əməkdaşlarına geyim formasının əvəzinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilmiş qaydada pul kompensasiyası ödənilir.
14. Azərbaycan Respublikasının daxili işlər orqanlarından xaric edilmiş əməkdaşlardan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 30-cu bəndində göstərilən hallara görə istifadə müddəti bitməyən geyim əmlakının dəyəri icra qeydlərinə əsasən mübahisəsiz qaydada tutulur.
15. Azərbaycan Respublikası daxili işlər orqanının əməkdaşına geyim forması və ya onun əvəzinə pul kompensasiyası verildiyi gündən tərkibində təchizat struktur bölmələri olan daxili işlər orqanlarında müvafiq qeydlər aparılır.
Parad-çıxış furajkası
Plaş örtüyü gəzdirmək üçün qayış
Parad-çıxış geyim forması
Gündəlik geyim forması
Gündəlik geyim forması (mont)
Parad-çıxış forması üçün uzunqol köynək
Gündəlik geyim forması üçün uzunqol köynək
İsti alt tumanı və köynəyi
Qeyd. Fərqlənmə nişanları hər geyim forması üçün onun istifadə müddətinə verilir.
Parad-çıxış furajkası
Parad-çıxış pilotkası
Parad-çıxış geyim forması
Gündəlik geyim forması
Gündəlik geyim forması (mont)
Motosikletçi kostyumu
Motosikletçi dəbilqəsi
Parad-çıxış forması üçün uzunqol köynək
Gündəlik geyim forması
İsti alt tumanı və köynəyi
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademi-yasının kursantlarına 4 (dörd) il müddətinə verilir.
2. Bayır xidmətinin əməkdaşlarına 1 (bir) il müddətinə verilir.
3. Qadınlara verilir.
4. Mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara əlavə qış səhra gödəkçəsi 1 ədəd 2 (iki) il müddətinə verilir.
5. Böyük və orta rəis heyətinə verilir.
6. Qadınlara yubka ilə, bayır xidmətinin əməkdaşlarına 1 (bir) il müddətinə verilir.
7. Qadınlara və bayır xidmətinin əməkdaşlarına verilir.
8. Mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara əlavə səhra kostyumu 1 dəst 1 (bir) il müddətinə verilir.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı, post-patrul, yol-patrul və ictimai təhlükəsizlik xidmətlərinin əməkdaşlarına verilir.
10. Motosiklet təhkim olunmuş əməkdaşlara 1 dəst yay, 1 dəst qış kostyumu verilir.
11. Motosiklet təhkim olunmuş əməkdaşlara verilir.
12. Post-patrul və yol-patrul xidmətlərinin əməkdaşlarına verilir.
13. Bayır xidmətinin əməkdaşlarına verilmir.
14. Mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara 1 (bir) il müddətinə verilir.
15. Qadınlara kapron corab, mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara əlavə 2 cüt isti corab verilir.
16. Bayır xidmətinin əməkdaşlarına 2 cüt verilir.
17. Əməliyyat şəraiti çətin olan dağ rayonlarının bayır xidmətinin əməkdaşlarına 1 (bir) il müddətinə verilir.
18. Mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara 2 cüt verilir.
19. Kursant və dinləyicilərə verilir.
20. Kursant və fəxri qarovula mərasimlərdə müvəqqəti istifadə üçün verilir.
21. Bayır xidmətinin əməkdaşlarına 2 (iki) il müddətinə verilir.
22. Fərqlənmə nişanları hər geyim formasına uyğun onun istifadə müddətinə verilir.
1. 15 noyabr 2016-cı il tarixli 455 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1943)
2. 20 iyun 2023-cü il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 iyun 2023-cü il, “Xalq” qəzeti, 22 iyun 2023-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 863)