Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinə əlavə edilməsi haqqında
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 416; Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 30 iyun tarixli 83 nömrəli Fərmanı) ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin 5.3.13-cü bəndində "vəsatət qaldırır" sözlərindən sonra "Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirliyin baş idarə və idarələrinin, ərazi və ixtisaslaşmış polis idarə və şöbələrinin, Polis Akademiyasının rəislərini vəzifəyə təyin və vəzifədən azad edir" sözləri əlavə edilsin.
2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr 2004-cü il