"Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun yaradılması haqqında" və "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin şəxsi heyətinin xidməti vəzifəsiniyerinə yetirərkən həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, yaxud xəsarət almış əməkdaşlarına və ya onların ailə üzvlərinə verilən birdəfəlik müavinətin ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanlarına əlavələr edilməsi barədə (Prezidentin fərmanı, 11.11.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma:
02.10.2026.
Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
1. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 iyun tarixli 724 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 338) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondu haqqında Əsasnamə"nin 9.5-ci bəndində "həlak olmuş" sözlərindən sonra "(vəfat etmiş)" sözləri əlavə edilsin.
3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr 2008-ci il
10 iyul 2018-ci il tarixli 185 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1471)