“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması qaydalarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.6-cı bəndini rəhbər tutaraq, Kollegiya
1. “Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Qaydaların daxili işlər orqanlarının əməkdaşları tərəfindən öyrənilməsi və xidməti fəaliyyətdə rəhbər tutulması təmin olunsun.
3. Daxili İşlər Nazirliyinin 2020-ci il 28 yanvar tarixli Q2-001-20 nömrəli Qərarı ləğv edilsin.
4. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.
5. Qərar respublika daxili işlər orqanlarında elan olunsun.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2020-ci il 10 mart tarixli Q5-001-20 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları (bundan sonra - əməkdaşlar) tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması qaydalarını müəyyən edir.
1.2. Əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə edərkən Azərbaycan Respublikasının Konstitusiyasını, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununu və bu Qaydaları rəhbər tutur.
2.1. Daxili işlər orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:
2.1.1. Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların, iclasların açılışı və bağlanışı zamanı;
2.1.2. Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;
2.1.3. Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı;
2.1.4. xidmətə qəbul edilən şəxslərin andiçmə mərasimi zamanı.
3.1. Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.
3.2. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə əməkdaşlar onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar.
3.3. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə sıradakı əməkdaşlar komanda verilməmiş farağat vəziyyətini alır, rəislər (komandirlər) əsgəri (hərbi) salam verir.
3.4. Sıradan kənarda olan əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə farağat vəziyyətini alır və əsgəri (hərbi) salam verir.
3.5. Əməkdaşlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.
Bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət təminat sahəsinin kurator Nazir müavini və DİN-in Şəxsi Heyətlə İş İdarəsi tərəfindən həyata keçirilir.
1. 3 sentyabr 2021-ci il tarixli Q15-001-21 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109030015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 sentyabr 2021-ci il)