Qanunvericilik › Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, 02.04.2014) › Tam mətn

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, 02.04.2014)

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, 02.04.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin etmək məqsədilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydaları”nın 9-cu bəndinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aşağıda göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:

1.1. “Dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (əlavə olunur);

2. Hüquq və qeydiyyat şöbəsinə (S.Allahverdiyeva) tapşırılsın ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş inzibati reqlamentlərin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

1.1. Elektron xidmətin adı: Dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciət və sənədlərin elektron qaydada qəbulunu əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının 20 avqust 1992-ci il tarixli 281 nömrəli Qanununun 12-ci maddəsi;

- “Hüquqi şəxslərin qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il tarixli 560-IIQ nömrəli Qanununun 4-cü, 5-ci və 8-ci maddələri;

- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 04 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Qanununun 20.3-cü və 20.4-cü maddələri;

- Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli, 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 6-1.4-cü və 7.3-cü bəndləri;

- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci hissəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 27.1-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (bundan sonra – Dövlət Komitəsi).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7. Elektron xidmətin icra müddəti: Xidmət 40 gün ərzində həyata keçirilir. (əlavə araşdırma aparıldıqda əlavə 20 gün).

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dini qurumun dövlət qeydiyyatı aparılır və bu barədə məlumat dini qurumların dövlət reyestrinə daxil edilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü və 20.4-cü maddələrinə əsasən dövlət qeydiyyatı üçün – 11 manat, yenidən dövlət qeydiyyatı üçün – 5 manat 50 qəpik dövlət rüsumu ödənilir.

Bank rekvizitləri: DQİDK-nin VÖEN-i: 1700272511.

B1. Benifisiar (alan) bank

1.Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Müxbir hesab: AZ41NABZ01360100000000003944

1. Adı: Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti

2. Hesab №: AZ17CTRE00000000000002117131

2.3. Elektron xidmətin istifadəçiləri: Dini qurumlar.

2.4. Elektron xidmətin təqdim olunma yeri:www.e-gov.az,

http://scwra.gov.az/pages/35/?

2.5.Elektron xidmət barədə məlumatlandırma: http:/scwra.gov.az; e-mail: press@scwra.gov.az; tel.: (994 12) 437-31-15.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Aşağıdakı sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. Dini icmanın dövlət qeydiyyatına alınması üçün dini mərkəz tərəfindən onun təqdimatı ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:

- dini icmanın dövlət qeydiyyatına alınması üçün azı 50 nəfər təsisçi tərəfindən imzalanmış və notariat qaydasında təsdiqlənmiş ərizə (ərizə forması reqlamentə əlavə olunur);

- dini icmanın təsisçiləri və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə;

- dini icmanın təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (təsis protokolu);

- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

- dini icmanın hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd;

- dini icmanın təsisçilərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri;

- dini təlimin əsasları, o cümlədən, həmin dinin və icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar (Ərizəyə 1 №-li əlavə).

2.6.2. Dini mərkəzlərin, dini idarələrin və dini-təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər təqdim olunur:

- dini qurumun dövlət qeydiyyatına alınması üçün təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) vəkil etdiyi şəxs tərəfindən imzalanmış və notariat qaydasında təsdiqlənmiş ərizə (reqlamentə əlavə olunur);

- dini icmanın təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (təsis protokolu);

- dini qurumun təsisçiləri və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə;

- dini qurumun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd;

- dövlət rüsumunun ödənilməsi haqqında sənəd.

Qeyd: Tələb olunan sənədlərə qanunvericiliklə notarial qaydada təsdiqlənmə və ya digər tələblər müəyyənləşdirilmişdirsə, bu halda elektron xidmətin göstərilməsi üçün həmin sənədlərin elektron formada surətləri, icranın nəticəsinin əldə edilməsi zamanı isə onların əsli bilavasitə təqdim edilir.

3.1. Dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. İnteraktiv xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: İstifadəçi reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri reqlamentin 2.5-ci bəndində göstərilən internet ünvanına göndərir.

3.2.2. Sorğunun qəbulu: qeyri-iş günləri istisna olmaqla sorğu inzibati reqlamentin 2.5-ci bəndində göstərilən internet ünvanlarına daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçtuna bildiriş göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və ya qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla):

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən dini qurumun dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:

1) dini qurumun fəaliyyəti və ya qarşısına qoyduğu məqsədlər, yaxud təbliğ etdiyi dini təlimin mahiyyəti və əsas prinsipləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olduqda;

2) yaradılan qurum dini qurum qismində tanınmadıqda;

3) təqdim olunmuş nizamnamə və digər sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduqda və ya onlarda əks olunmuş məlumatlar yanlış olduqda.

Əsas olduqda dini qurumun dövlət qeydiyyatına alınmasından imtina edilir, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir.

3.3.2. Sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda dini qurumun dövlət qeydiyyatına alınması haqqında qərar qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə - Hüquq və qeydiyyat şöbəsinə icra edilməsi üçün göndərilir. Məsul şəxs - Hüquq və qeydiyyat şöbəsinin rəhbəri.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

Dini qurumun dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər məsul şöbə tərəfindən 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, Hüquqi şəxslərin qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.

Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, həmin sənədlər müraciət etmiş şəxsə qaytarılmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir.

İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

Dini qurumun dövlət qeydiyyatına alınması haqqında qərar qəbul edildikdə istifadəçiyə bu reqlamentin 2.6-cı bəndində qeyd olunan sənədlərin əslinin təqdim edilməsi ilə bağlı bildiriş göndərilir. Sənədlərin əsli təqdim etdikdən sonra dini quruma qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə, dini qurumların dövlət reyestrindən çıxarış və qeydiyyat orqanının rəhbərinin imzası ilə təsdiq edilmiş dini qurumun nizamnaməsi birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə təqdim edilir.

Dini qurumun dövlət qeydiyyatına alınmasından imtina edildikdə həmin imtinaya səbəb olmuş qanunvericiliyin müddəaları göstərilməklə və izah edilməklə müvafiq qərar istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə təqdim edilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Kargüzarlıq.

3.5.2. Nəzarət qaydası: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Dövlət Komitəsinin Ümumi şöbəsi həyata keçirir və eyni zamanda bu prosesdə yarana biləcək hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün “qaynar xətt” (tel.: 994 12-437-31-15) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçilər dövlət qeydiyyatına alınmasına dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

“Dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə əlavə

_________________________________________________________________________________

Dövlət Komitəsində dövlət qeydiyyatına alınmasını xahiş edirik.

Qeydiyyata alınmaq üçün təqdim edilən faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.

1. (dini qurumun adı və təşkilati-hüquqi forması göstərilir) dini qurumun Nizamnaməsi;

2. (dini qurumun adı və təşkilati-hüquqi forması göstərilir) dini qurumun yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında Qərar (təsis protokolu);

3. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

4. Təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;

5. (dini qurumun adı və təşkilati-hüquqi forması göstərilir) dini icmanın hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd;

6. Dini mərkəzin təqdimatı;

7. Ərizəyə 1 №-li əlavə.

Tarix: “___” _________________ 20 __ - cü il.

1. 22 aprel 2014-cü il tarixli 07 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201404220007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 may 2014-cü il)

6 avqust 2015-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201508060003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 avqust 2015-ci il)

29 oktyabr 2015-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510290004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 noyabr 2015-ci il)

7 dekabr 2016-cı il tarixli 4 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612070004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2016-cı il)

23 oktyabr 2017-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710230003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver