AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYA QƏRARI
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin etmək məqsədilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydaları”nın 9-cu bəndinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aşağıda göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:
1.1. “Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılığın verilməsi haqqında inzibati reqlament” (əlavə olunur);
1.2. “Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılığın verilməsinə dair inzibati reqlament” (əlavə olunur);
1.3. “Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə dini qurumun ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi üzrə inzibati reqlament” (əlavə olunur).
2. Hüquq və qeydiyyat şöbəsinə (B.Müslümov) tapşırılsın ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş inzibati reqlamentlərin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
1.1 Elektron xidmətin adı: Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılığın verilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının 20 avqust 1992-ci il tarixli 281 nömrəli Qanununun 22-ci maddəsinin 2-ci hissəsi;
1.3.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli Qanununun 3 nömrəli əlavəsi – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 3-cü hissəsi;
1.3.3. Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli, 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.8-ci və 7.9-6-cı bəndləri;
1.3.4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci hissəsi;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 27.4-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (bundan sonra – Dövlət Komitəsi).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.
1.7. Elektron xidmətin icra müddəti: Xidmət 10 iş gün ərzində həyata keçirilir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq verilir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Hüquqi və fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:www.e-gov.az;
http://scwra.gov.az/pages/35/?
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. İnternet ünvanı: http:/scwra.gov.az;
2.5.2. Elektron poçt: press@scwra.gov.az;
2.5.3. Telefon.: (994 12) 437-31-15.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün elektron ərizədəki aşağıdakı məlumatlar doldurulur və əlavə edilir:
2.6.1.1. Fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;
2.6.1.2. Hüquqi şəxsin adı, hüquqi ünvanı (daimi göstərdiyi yer) və qeydiyyat nömrəsi;
2.6.1.3. Müraciət səlahiyyətli şəxs tərəfindən edildikdə habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar;
2.6.1.4. Ərizəyə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında) əlyazması (istehsal edilməsinə razılığın alınması üçün) və ya nümunəvi nüsxəsi (idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın alınması üçün) əlavə edilir.
2.6.2. Aşağıdakı sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunur:
2.6.2.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
2.6.2.2. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
2.6.2.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
2.6.2.4. ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti.
3.1. İnteraktiv xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarından birinə daxil olur, açılmış pəncərədə ərizədəki məlumatları doldurmaqla və əlavə etməklə elektron ərizəni formalaşdırdıqdan sonra tələb olunan sənədləri daxil edərək sorğunu formalaşdırır.
3.1.2. Sorğunun qəbulu: Sorğu istifadəçinin inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarından birinə daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçtuna “Bildiriş” göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
3.2.1.1. Ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda sorğunun yerinə yetirilməsindən imtina olunur.
3.2.1.2. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin müvafiq sorğu ilə bağlı elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğu qəbul olunur və istifadəçinin elektron ünvanına bu barədə dərhal “Bildiriş” göndərilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.3.1.1. Ərizə və ona əlavə edilmiş sənədlər reqlamentin 3.1.1-ci yarımbəndindəki qaydaya uyğun sistemə daxil edilərək elektron formada təqdim olunur;
3.3.1.2. Təqdim olunmuş ərizə və sənədlər daxil edildikdən sonra onların informasiya sistemində qeydiyyata alınması barədə istifadəçiyə dərhal “Bildiriş” təqdim olunur;
3.3.1.3. Ərizə və ona əlavə edilmiş sənədlərin düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra icra üçün Dinşünaslıq ekspertizası şöbəsinə göndərilir;
3.3.1.4. Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın verilməsi haqqında qərar qəbul olunur və istifadəçinin elektron ünvanına bu barədə dərhal “Bildiriş” göndərilir və qərar istifadəçiyə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilir.
3.3.1.5. Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsi məsuliyyət daşıyır.
3.3.1.6. Məsul şəxs - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin rəhbəri.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:
3.3.2.1. Ərizə və ona əlavə edilmiş sənədlər informasiya sisteminə daxil edildikdən sonra onların informasiya sistemində qeydiyyata alınması barədə istifadəçiyə dərhal “Bildiriş” təqdim olunur.
3.3.2.2. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumat istifadəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini izah edilir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.
3.3.2.3. İstifadəçi məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə istifadəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
3.3.2.4. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları göstərilən müddətdə aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edilir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra razılığın alınması üçün təkrar ərizə ilə müraciət edə bilər.
3.3.2.5. Ərizə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 5 iş günündən gec olmayaraq razılığın verilməsi və ya razılıq verilməsindən imtina haqqında müvafiq qərar qəbul edilir və istifadəçinin elektron ünvanına bu barədə dərhal “Bildiriş” göndərilir və qərar istifadəçiyə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilir..
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
3.3.4.1. Ərizə və ona əlavə edilmiş sənədlər reqlamentin 3.1.1-ci yarımbəndindəki qaydaya uyğun sistemə daxil edildikdən sonra onların informasiya sistemində qeydiyyata alınması barədə istifadəçiyə dərhal “Bildiriş” təqdim olunması;
3.3.4.2. Razılığın verilməsinə imtina edildikdə həmin imtinaya səbəblər göstərilməklə və izah edilməklə müvafiq imtina qərarı istifadəçiyə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilir, eyni zamanda qərarın skan edilmiş sürəti istifadəçinin elektron ünvanına göndərilir.
3.3.4.3. İmtina üçün əsas olmadıqda və razılığın verilməsi haqqında qərar qəbul edildikdə razılıq barədə istifadəçinin elektron ünvanına “Bildiriş” göndərilir və qərar istifadəçiyə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Kargüzarlıq.
3.4.2. Nəzarət qaydası: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümumi şöbəsi həyata keçirir və eyni zamanda bu prosesdə yarana biləcək hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün “qaynar xətt” (Telefon.: 994 12-437-31-15) fəaliyyət göstərir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçilər qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti:
3.5.3.1. Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.3.2. Məhkəməyə edilmiş şikayətlər Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
1.1. Elektron xidmətin adı: Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılığın verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının 20 avqust 1992-ci il tarixli 281 nömrəli Qanununun 22-ci maddəsinin 3-cü hissəsi;
1.3.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli Qanununun 3 nömrəli əlavəsi – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 4-cü hissəsi.
1.3.3. Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli, 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.9-6-cı bəndi;
1.3.4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 27.2-ci bəndi;
1.3.6. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2013-cü il 10 oktyabr tarixli, 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi qaydaları haqqında Təlimat”ın 1-16-cı bəndləri.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (bundan sonra – Dövlət Komitəsi).
1.5. Elektron xidmətin digər icraçıları: Yerli icra hakimiyyəti orqanları.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.
1.7. Elektron xidmətin icra müddəti: Xidmət 10 iş günü ərzində həyata keçirilir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılıq verir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Hüquqi və fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: www.e-gov.az; http://scwra.gov.az/pages/35/?
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. İnternet ünvanı: http:/scwra.gov.az;
2.5.2. Elektron poçt: press@scwra.gov.az;
2.5.3. Telefon.: (994 12) 437-31-15.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün elektron ərizədəki aşağıdakı məlumatlar doldurulur:
2.6.1.1. Fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;
2.6.1.2. Hüquqi şəxsin adı, hüquqi ünvanı (daimi göstərdiyi yer) və qeydiyyat nömrəsi;
2.6.1.3. Müraciət səlahiyyətli şəxs tərəfindən edildikdə habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.
2.6.2. Aşağıdakı sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunur:
2.6.2.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
2.6.2.2. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
2.6.2.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
2.6.2.4. ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti.
3.1. İnteraktiv xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarından birinə daxil olur, açılmış pəncərədə ərizədəki məlumatları doldurmaqla elektron ərizəni formalaşdırdıqdan sonra tələb olunan sənədləri daxil edərək sorğunu formalaşdırır.
3.1.2. Sorğunun qəbulu: Sorğu istifadəçinin inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarından birinə daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçtuna “Bildiriş” göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
3.2.1.1. Ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda sorğunun yerinə yetirilməsindən imtina olunur.
3.2.1.2. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin müvafiq sorğu ilə bağlı elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğu qəbul olunur və istifadəçinin elektron ünvanına bu barədə dərhal “Bildiriş” göndərilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.3.1.1. Ərizə və ona əlavə edilmiş sənədlər reqlamentin 3.1.1-ci yarımbəndindəki qaydaya uyğun sistemə daxil edilərək elektron formada təqdim olunur;
3.3.1.2. Təqdim olunmuş ərizə və sənədlər daxil edildikdən sonra onların informasiya sistemində qeydiyyata alınması barədə istifadəçiyə dərhal “Bildiriş” təqdim olunur;
3.3.1.3. Ərizə və ona əlavə edilmiş sənədlərin düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra icra üçün Dinşünaslıq ekspertizası şöbəsinə göndərilir;
3.3.1.4. Rəy alınması üçün Dövlət Komitəsi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanına müraciət edilir.
3.3.1.5. Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılığın verilməsi haqqında qərar qəbul olunur və istifadəçinin elektron ünvanına bu barədə dərhal “Bildiriş” göndərilir və qərar istifadəçiyə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilir.
3.3.1.6. Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsi məsuliyyət daşıyır.
3.3.1.7. Məsul şəxs - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin rəhbəri.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:
3.3.2.1. Ərizə və ona əlavə edilmiş sənədlər informasiya sisteminə daxil edildikdən sonra onların informasiya sistemində qeydiyyata alınması barədə istifadəçiyə dərhal “Bildiriş” təqdim olunur.
3.3.2.2. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumat istifadəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini izah edilir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.
3.3.2.3. İstifadəçi məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə istifadəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
3.3.2.4. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları göstərilən müddətdə aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edilir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra razılığın alınması üçün təkrar ərizə ilə müraciət edə bilər.
3.3.2.5. Ərizə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra rəy alınması üçün Dövlət Komitəsi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanına müraciət edilir.
3.3.2.6. Müraciətə müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən 7 iş günü müddətində baxılaraq cavab verilir. Müraciətə müvafiq yerli icra hakimiyyəti orqanının əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy müvafiq qanuna istinad edilməklə, əsaslandırılmalıdır. Müvafiq yerli icra hakimiyyəti orqanının rəy verilməsi üçün nəzərdə tutulan müddət razılığın verilməsi ilə bağlı müddətə daxil edilmir.
3.3.2.7. Müvafiq yerli icra hakimiyyəti orqanının rəyi alındıqdan sonra 5 iş günündən gec olmayaraq razılığın verilməsi və ya razılıq verilməsindən imtina haqqında müvafiq qərar qəbul edilir və istifadəçinin elektron ünvanına bu barədə dərhal “Bildiriş” göndərilir və qərar istifadəçiyə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Müvafiq yerli icra hakimiyyəti orqanı.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
3.3.4.1. Ərizə və ona əlavə edilmiş sənədlər reqlamentin 3.1.1-ci yarımbəndindəki qaydaya uyğun sistemə daxil edildikdən sonra onların informasiya sistemində qeydiyyata alınması barədə istifadəçiyə dərhal “Bildiriş” təqdim olunması;
3.3.4.2. Sorğu düzgün olduqda rəyin alınması üçün Dövlət Komitəsi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanına müraciət edilməsi və müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən bu reqlamentin 3.3.2.6-cı yarımbəndində nəzərdə tutulmuş müddətdə rəyin Dövlət Komitəsinə verilməsi.
3.3.4.3. Razılığın verilməsinə imtina edildikdə həmin imtinaya səbəblər göstərilməklə və izah edilməklə müvafiq imtina qərarı istifadəçiyə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilməsi, eyni zamanda qərarın skan edilmiş sürətinin istifadəçinin elektron ünvanına göndərilməsi.
3.3.4.4. İmtina üçün əsas olmadıqda və razılığın verilməsi haqqında qərar qəbul edildikdə razılıq barədə istifadəçinin elektron ünvanına “Bildiriş” göndərilməsi və qərarın istifadəçiyə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilməsi.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Kargüzarlıq.
3.4.2. Nəzarət qaydası: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümumi şöbəsi həyata keçirir və eyni zamanda bu prosesdə yarana biləcək hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün “qaynar xətt” (Telefon.: 994 12-437-31-15) fəaliyyət göstərir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti:
3.5.3.1. Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.
3.5.3.2. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
1.1. Elektron xidmətin adı: Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə dini qurumun ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət dini qurumların dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə dini qurumun ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin elektron qaydada qəbulunu və dərcolunma faktını təsdiq edən sənədin verilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci hissəsi;
1.3.2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 820-IVQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli 62 nömrəli Fərmanının 3.1-ci bəndi;
1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 27.6-cı bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (bundan sonra – Dövlət Komitəsi).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmış.
1.7. Elektron xidmətin icra müddəti:
1.7.1. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə dini qurumun ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.
1.7.2. Dərcolunma faktını təsdiq edən sənəd “Cəmiyyət və din” qəzetində dini qurumların ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumat dərc edildiyi gün dini qurumun elektron poçtuna “Bildiriş” göndərilir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dini qurumun ləğvi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı edilən müraciətlər qəbul olunur və onların dərcolunma faktını təsdiq edən sənədlər verilir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: www.e-gov.az; http://scwra.gov.az/pages/35/?
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. İnternet ünvanı: http:/scwra.gov.az;
2.5.2. Elektron poçt: press@scwra.gov.az;
2.5.3. Telefon.: (994 12) 437-31-15.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün hər hansı bir sənədin elektron formada təqdim edilməsi tələb olunmur.
3.1. İnteraktiv xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarından birinə daxil olur. Açılan ekranda VÖEN-i, kommersiya hüquqi şəxsin ləğv edilməsi barədə qərarın tarixini, kreditorların tələblərinin bildirilməli olduğu tam ünvanı və kreditorların tələblərinin irəli sürülməsi müddəti barədə məlumatları müvafiq xanalara daxil edir və “Göndər” düyməsini sıxır.
3.1.2. Sorğunun qəbulu: sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarından birinə daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçtuna “Bildiriş” göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
3.2.1.1. İstifadəçi tərəfindən bu reqlamentin 3.1.1 yarımbəndində nəzərdə tutulmuş məlumatları səhv daxil etdikdə sorğu qəbul edilmir və bu barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.2.1.2. Səhv məlumatın daxil edilməsi istifadəçinin yenidən sorğu verməsinə mane olmur.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən bu reqlamentin 3.1.1 yarımbəndində nəzərdə tutulmuş məlumatları tam və düzgün doldurulduqda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.3.1.1. Sorğunun qeydiyyata alınması və dini qurumun ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın qəbul edilməsi.
3.3.1.2. Dərcolunması faktı barədə “Bildiriş”in təqdim edilməsi.
3.3.1.3. Elektron xidmətin icrasına görə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsi məsuliyyət daşıyır.
3.3.1.4. Məsul şəxs - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin rəhbəri.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:
3.3.2.1. İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarından birinə daxil olur, bu reqlamentin 3.1.1-ci yarımbəndində müəyyən edilmiş qaydada sorğunu formalaşdırdıqdan sonra real vaxt rejimində informasiya sistemində məlumatların emalı müddətindən asılı olaraq məlumatın qəbul edilməsinə dair “Bildiriş” istifadəçinin elektron ünvanına göndərilir.
3.3.2.2. Dini qurumun ləğv edilməsi və kreditor tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumat “Cəmiyyət və din” qəzetində dərc edildiyi gün qəzetin əməkdaşı tərəfindən məlumatın dərcolunma faktını təsdiq edən “Bildiriş” göndərilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
3.3.4.1. Dini qurumun ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın qəbul edilməsinə dair “Bildiriş”in istifadəçinin elektron ünvanına göndərilməsi.
3.3.4.2. Dini qurumun ləğv edilməsi, kreditor tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumat “Cəmiyyət və din” qəzetində dərc edildiyi gün məlumatın dərcolunma faktını təsdiq edən “Bildiriş”in göndərilməsi.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Kargüzarlıq.
3.4.2. Nəzarət qaydası: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümumi şöbəsi həyata keçirir və eyni zamanda bu prosesdə yarana biləcək hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün “qaynar xətt” (Telefon.: 994 12-437-31-15) fəaliyyət göstərir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçilər qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti:
3.5.3.1. Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.3.2. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
23 oktyabr 2017-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710230003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI