Qanunvericilik › AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT ALİ TƏHSİL (ORTA İXTİSAS PEŞƏ) MÜƏSSİSƏLƏRİNİN REKTORLAR (DİREKTORLAR) ŞURASI HAQQINDA ƏSASNAMƏ (Elm və Təhsil Nazirliyi, 18.09.1996) › Tam mətn

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT ALİ TƏHSİL (ORTA İXTİSAS PEŞƏ) MÜƏSSİSƏLƏRİNİN REKTORLAR (DİREKTORLAR) ŞURASI HAQQINDA ƏSASNAMƏ (Elm və Təhsil Nazirliyi, 18.09.1996)

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT ALİ TƏHSİL (ORTA İXTİSAS PEŞƏ) MÜƏSSİSƏLƏRİNİN REKTORLAR (DİREKTORLAR) ŞURASI HAQQINDA ƏSASNAMƏ (Elm və Təhsil Nazirliyi, 18.09.1996) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Ədliyyə

Nazir əvəzi_______S.C.Həsənova

Təhsil Nazirliyinin 463 saylı

18. 09. 96-cı il tarixli əmri

ilə TƏSDİQ EDİLMİŞDİR

Nazir ________ L. Rəsulova

1. Azərbaycan Respublikası ali təhsil müəssislərinin rektorlar şurası (bundan sonra "Rektorlar şurası") Azərbaycan Respublikasında ali təhsil ixtisas artırma və yenidən hazırlanma müəssisələrinin (bundan sonra "Təhsil müəssisələri") dövlət-ictimai idarəetmə orqanıdır.

2. Rektorlar şurası təhsil müəssisələrinin, ali və ali təhsildən sonrakı təhsilin inkişafı, tədris prosesinin, elmi işin, elmi-pedaqoji və digər işçilərin ixtisasının artırılmasının və yenidən Hazırlanmasının təşkili müsbət təcrübənin ümumiləşdirilib yayılması, respublikada təhsil sistemini təkmilləşdirilməsi, Habelə ali təhsil müəssisələri kollektivləri üzvlərinin sosial müdafiəsi, ali məktəbin respublikanın sosial iqtisadi və mədəni inkişafına təsirinin gücləndirilməsi istiqamətlərində fəaliyyətlərini əlaqələndirmək məqsədilə yaradılır.

3. Rektorlar şurası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) aşağıdakı istiqamətlərdə birgə fəaliyyət göstərirlər;

3.1. Təhsil müəssisələri tərəfindən Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, Nazirliyin normativ aktlarının həyata keçirilməsi üçün tədbirlərin işlənib hazırlanması;

3.2 Elm və texnikanın yeni nailiyyətlərini, ölkə və xarici ölkələrin təcrübəsini, iqtisadiyyat və mədəniyyətin inkişafını, əmək ehtiyatlarının yerləşdirilməsini və tədris müəssisələrinin şəbəkəsini nəzərə almaqla ali təhsilin diplomdan sonrakı təhsilin gələcək inkişafı üzrə təkliflər hazırlanması;

3.3. Müxtəlif istiqamətlər üzrə proqramların işlənib hazırlanması və yerinə yetirilməsinə köməklik göstərmək;

3.4. Respublikanın təhsil müəssisələrinin elmi-pedaqoji və digər işçilərinin ixtisasının artırılması məqsədilə elmi və elmi-metodiki konfransların, seminarların, pedaqoji qiraətlərin və başqa tədbirlərin təşkili;

3.5. Təhsil və elm müəssisələri arasında əlaqələrin yayılması;

3.6. Təhsil müəssisələrinin mütəxəssis hazırlığı üzrə müxtəlif təşkilatlarla əlaqəsini möhkəmləndirmək;

3.7. Təhsil müəssisələri tələbələrinin peşə oriyentasiyası üzrə ümumiləşdirmək;

3.8. Tələbə həyatının spesifik problemləri, həmçinin ali təhsil müəssisələrinin fəaliyyətində iştirak edənlərin (professor-müəllimlərin, inzibati-texniki işçilərin, fəhlələrin) sosial xarakterli məsələləri barədə rəy və təkliflərin verilməsi,

3.9. Təhsil müəssisələrinin birgə maddi-texniki bazalarının, iaşə, idman, səhiyyə və mədəniyyət obyektlərinin inkişafı sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi;

3.10. Təhsil müəssisələrinin birbaşa beynəlxalq əlaqələrinin yaradılması, möhkəmlənməsi və inkişafına şərait yaradılması,

3.11. Dövlətlərarası diplomların tanınmasına, tədris prosesinin təşkilinə və fasiləsiz təhsillə bağlı problemlərə öz münasibətinin bildirilməsi;

3.12. Elmi tədqiqatların istiqamət proqramlarının müəyyən edilməsi və bu tədqiqatların aparılması üçün ayrılan vəsaitlərin bölünməsinə dair təkliflərin verilməsi;

3.13. Təhsil məsələlərinə dair normativ aktların layihələrinə rəy vermək;

3.14. Təhsil müəssisələrində elmin aparıcı istiqamətləri üzrə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsinə dair təkliflərin verilməsi;

3.15. Respublika iqtisadiyyatının infrastrukturasının dəyişdirilməsi ilə əlaqədar vacib ixtisasların müəyyənləşdirilməsinə dair təkliflərin verilməsi;

3.16. Tədris prosesinin daha da təkmilləşdirilməsinə, onun keyfiyyətinin yüksəldilməsinə və elmi inkişafına təhsil müəssisəsinin maddi-texniki bazasının yaxşılaşdırılmasına dair təkliflərin verilməsi;

3.17. Azərbaycan Respublikası Elmlər Akademiyası, sahə institutları ilə əlaqələrin yaradılmasına dair təkliflərin verilməsi;

3.18. Respublikadakı ali məktəblərin fəaliyyəti barədə yerli və xarici müəssisələrə və təşkilatlara informasiya və məsləhət xidmətlərinin göstərilməsi.

4. Rektorlar şurası öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik, Nazirliyin normativ aktlarını və bu əsasnaməni rəhbər tutur. Şuranın nizamnaməsi Nazirliklə razılaşdırılır və rektorlar şurasının iclasında təsdiq olunur.

5. Rektorlar şurasının iş istiqamətləri, səlahiyyətləri və strukturu:

5.1. Rektorlar şurasının tərkibinə-tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikasının dövlət, qeyri-dövlət ali təhsil, ixtisasartırma və yenidən hazırlanma müəssisələrinin rektorları daxil olurlar.

5.2. Rektorlar şurası öz iclasını iki aydan bir lazım olduğu halda növbədənkənar keçirə bilər. Şuranın iclası onun üzvlərinin ən azı 2/3 hissəsi iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarı iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul olunur.

5.3. Rektorlar şurasının sədri Azərbaycan Respublikasının elm və təhsil naziridir. O, şuranın işinə rəhbərlik edir. Şuranın sədrinin iki müavini və məsul katibi olur.

5.4. Rektorlar şurasının nəzdində ictimai əsaslarla müvafiq işçi komissiyaları yaradılır. Bu komissiyaların tərkibləri, vəzifələri və iş qaydaları rektorlar şurası tərəfindən müəyyən edilir.

5.5. Rektorlar şurasının verdiyi təkliflər tövsiyə xarakteri daşıyır;

5.6. Rektorlar şurasının təşkilati fəaliyyəti Nazirlik tərəfindən təmin olunur;

Rektorlar şurasının işin maliyyə cəhətdən təmin etmək üçün Nazirliyin xüsusi hesabından, beynəlxalq təhsil fondlarından və qeyri-dövlət tədris müəssisələri tərəfindən ayrılan maliyyə vəsaitindən istifadə etmək olar.

5.7. Rektorlar şurasının verdiyi təkliflər Nazirlik tərəfindən bəyənildikdən sonra tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq Respublikanın bütün ali təhsil müəssisələrinə və müvafiq təşkilatlara göndərilir.

5.8. Rektorlar şurası öz fəaliyyəti barədə müntəzəm olaraq Nazirliyə məlumat verir.

6. Direktorlar şurasının iş istiqamətləri, səlahiyyətləri və strukturu:

6.1. Direktorlar şurasının təkidinə tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikasının dövlət, qeyri-dövlət orta ixtisas təhsili müəssisələrinin direktorları ictimai əsaslarla daxil olurlar.

6.2. Direktorlar şurası öz iclasını iki aydan bir zəruriyyət yarandıqda növbədənkənar keçirə bilər. Şuranın iclası onun üzvlərinin ən azı 2/3 hissəsi iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarı iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul olunur.

6.3. Direktorlar Şurasının Sədri Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavinidir. O, Şuranın işinə rəhbərlik edir.

Şuranın Sədrinin iki müavini və məsul katibi olur.

6.4. Direktorlar Şurasının nəzdində ictimai əsaslarla müvafiq işçi komissiyaları yaradılır. Bu komissiyanın tərkibləri, vəzifələri və iş qaydaları direktorlar Şurası tərəfindən müəyyən edilir.

6.5. Direktorlar Şurasının verdiyi təkliflər tövsiyə xarakteri daşıyır;

6.6. Direktorlar Şurası öz fəaliyyəti barədə müntəzəm olaraq Nazirliyə məlumat verir.

1. 25 noyabr 1997-ci il tarixli 832 saylı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əmri (Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra Hakimiyyəti orqanlarının Normativ-Hüquqi Aktlarının Bülleteni, 1998-ci il, № 8)

2. 30 noyabr 2022-ci il tarixli KQ-08 nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202211300008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 dekabr 2022-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver