Qanunvericilik › Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartoqrafiya Fondu haqqında Əsasnamənin təsdiq edilməsi bəradə (Nazirlər Kabinetinin qərarı, 23.11.1998) › Tam mətn

Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartoqrafiya Fondu haqqında Əsasnamənin təsdiq edilməsi bəradə (Nazirlər Kabinetinin qərarı, 23.11.1998)

Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartoqrafiya Fondu haqqında Əsasnamənin təsdiq edilməsi bəradə (Nazirlər Kabinetinin qərarı, 23.11.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartoqrafiya Fondu haqqında Əsasnamənin təsdiq edilməsi bərədə

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİNİN Qərarı

“Geodeziya və Kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartoqrafiya Fondu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 23 noyabr 1998-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 noyabr tarixli 225 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

1. Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartoqrafiya Fondu “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılıb, hüquqi şəxs kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının Mərkəzi Dövlət Torpaq Kadastrı, Geodeziya və Kartoqrafiya Fonduna daxildir və respublika ərazisində geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən, habelə onların sifarişi ilə xarici ölkələrdə hazırlanmış material və məlumatların bir nüsxəsinin, müəlliflik və mülkiyyət hüququ saxlanılmaq şərti ilə müəyyən edilmiş qaydada qəbul edilməsini və ümumdövlət, sahələrarası əhəmiyyət kəsb edən geodeziya, topoqrafiya və kartoqrafiya material və məlumatlarının toplanması, saxlanılması və istifadəsini təmin edir.

2. Mərkəzi Dövlət Torpaq Kadastrı, Geodeziya və Kartoqrafiya Fondu Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində müstəqil balansa malik tam təsərrüfat hesablı müəssisədir.

3. Mərkəzi Dövlət Torpaq Kadastrı, Geodeziya və Kartoqrafiya Fondu Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, təlimat, göstəriş və qanunvericiliklə müəyyən edilmiş digər aktlarını fəaliyyətində rəhbər tutur.

4. Dövlət Geodeziya və Kartoqrafiya Fondunun vəzifələri:

respublikanın müdafiə və təhlükəsizliyini, xalq təsərrüfatını, elm və təhsil sahəsini müəyyən edilmiş qaydada geodeziya və kartoqrafiya istehsalatının nəticəsi olan geodeziya, topoqrafiya və kartoqrafiya material və məlumatları ilə təmin etmək;

hazırlanma üsulu və texnologiyasından, yaradılma yerindən asılı olmayaraq materialların əsllərini (orijinalları) və ya onları əvəz edən surətləri lazımi qaydada qorumaq;

respublika üçün xüsusi əhəmiyyət kəsb edən sənədlərin surətlərini hazırlamaq;

istifadə olunmasından asılı olmayaraq xəritə materiallarının sayını müəyyən edilmiş həcmdə saxlamaq;

geodeziya və kartoqrafiya material və məlumatlarının istifadəçilərinin tərkibini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırmaq;

geodeziya və kartoqrafiya material və məlumatlarını təsdiq edilmiş qiymətlər əsasında realizə etmək.

5. Dövlət Geodeziya və Kartoqrafiya Fondunda saxlanılan sənədlərin tərkibi:

geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin obyektlər üzrə texniki layihələri, smetaları və texniki hesabatları;

geodeziya işlərinin nəticələri: trianqulyasiya, poliqonometriya və trilaterasiya üsulları ilə alınmış və hesablanmış Dövlət Geodeziya Şəbəkəsi məntəqələrinin koordinatları və ölçmə-hesablanma sənədləri; nivelirləmə yolu ilə alınmış və hesablanmış Dövlət Nivelirləmə Şəbəkəsi məntəqələrinin yüksəklikləri və ölçmə-hesablanma sənədləri;

topoqrafiya işlərinin nəticələri: kosmik, şəkillər, neqativlər, aerofotofilmlər, aerofotoşəkillər, çöl və kameral ölçmə sənədləri, topoqrafik çəkilişin materialları;

kartoqrafiya işlərinin nəticələri: xəritə tərtibatı və çapa hazırlıq materialları;

çap məhsulu: müxtəlif miqyaslı topoqrafik xəritələr, planlar, ümumcoğrafi xəritələr, atlaslar, sxemlər və sair kartoqrafik məhsullar.

6. Dövlət Geodeziya və Kartoqrafiya Fondunun tərkibinə bilavasitə aid olan sənədlərin nomenklaturasını, onların toplanması, saxlanılması və istifadəsi qaydalarını Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi müəyyən edir.

7. Mərkəzi Dövlət Torpaq Kadastrı, Geodeziya və Kartoqrafiya Fondunun materiallarını istifadə edən təşkilat və müəssisələrin rəhbərləri sənədlərin məqsədyönlü, düzgün istifadəsinə və dövlət sirri təşkil edən məlumatların yayılmamasına görə tam cavabdehlik daşıyırlar. Fonddan alınmış materialların üçüncü tərəfə verilməsi qadağan olunur.

8. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Mərkəzi Dövlət Torpaq Kadastrı, Geodeziya və Kartoqrafiya Fondunun strukturunu, ştat cədvəlini, iş rejimini, maliyyə proqnozunu müəyyən edir, Fondun direktoru və rəhbər işçilərinin işə qəbul və azad edilməsi haqqında əmr və sərəncamlar verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2001-ci il tarixli 100 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 350)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver