Qanunvericilik › “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 11.02.2013) › Tam mətn

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 11.02.2013)

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 11.02.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.3-1-ci və 16.7-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

1. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 noyabr 2012-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə” ləğv edilsin.

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

III dərəcəli dövlət miqrasiya

1.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi (bundan sonra — Baş idarə) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (bundan sonra - Xidmət) aparatının müstəqil struktur bölməsidir.

1.2. Baş idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”ni, “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”ni, Xidmətin kollegiya qərarlarını, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin (bundan sonra - Xidmət rəisi) qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Baş idarə fəaliyyətini Xidmətin aparatının struktur bölmələri, Xidmətin strukturuna daxil olan qurumlar, aidiyyəti dövlət orqanları, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə həyata keçirir.

1.4. Baş idarə müvafiq ştamplara malikdir.

2.1. Baş idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. miqrasiya proseslərinin idarə edilməsini və tənzimlənməsini təşkil edir;

2.1.2. miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipi üzrə Xidmətin səlahiyyətlərini həyata keçirir;

2.1.2-1. müvafiq vəsiqələrin verilməsi işini həyata keçirir;

2.1.3. qanunvericiliklə müəyyən olunmuş digər istiqamətlərdə fəaliyyət göstərir.

3.1. Baş idarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. miqrasiya proseslərinin tənzimlənməsi üzrə tədbirlərin görülməsi üçün təkliflər hazırlamaq;

3.1.2. qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı vəsatətlərinə baxmaq və nəticəsinə dair müvafiq qərarların qəbul edilməsi üçün təkliflər vermək;

3.1.2-1. qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi və ya müddətinin uzadılması ilə bağlı vəsatətlərinə baxmaq və nəticəsinə dair müvafiq qərarlar qəbul etmək;

3.1.3. qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi və ya müddətinin uzadılması ilə bağlı vəsatətlərinə baxmaq və nəticəsinə dair müvafiq qərarların qəbul edilməsi üçün təkliflər vermək;

3.1.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yaşayış yeri üzrə qeydiyyata almaq;

3.1.5. qanunvericiliklə müəyyən edilmiş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazələrini, habelə müvəqqəti olma müddətinin uzadılmasına dair qərarlarını ləğv etmək barədə təkliflər hazırlamaq;

3.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilmiş icazələr və həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması və həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə təqdim etmək;

3.1.8. müvəqqəti olma müddətinin uzadılmasına dair qərarların, o cümlədən müvafiq vəsiqələrin verilməsi sahəsində idarəetmənin həyata keçirilməsi ilə bağlı Xidmətin aparatının struktur bölmələri və Xidmətin strukturuna daxil olan qurumlar ilə əlaqəli fəaliyyət göstərmək;

3.1.9. xarici əmək miqrasiyası proseslərinin tənzimlənməsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;

3.1.10. əcnəbi əmək qüvvəsinin ölkə ərazisinə cəlb edilməsi üzrə aidiyyəti dövlət orqanları ilə birlikdə təkliflər hazırlamaq;

3.1.11. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin (bundan sonra – iş icazəsi) verilməsi, habelə onların yenidən rəsmiləşdirilməsi, dayandırılması və bərpası ilə bağlı vəsatətlərə baxmaq və nəticəsinə dair müvafiq qərarların qəbul edilməsi üçün təkliflər vermək;

3.1.13. qanunvericilikdə nəzərdə tutulmuş hallarda verilmiş iş icazəsini ləğv etmək barədə təkliflər hazırlamaq;

3.1.13-1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək müvafiq icazə vəsiqələrinin və digər sənədlərin çap edilməsini həyata keçirmək;

3.1.14. qanunvericiliyə uyğun olaraq Baş idarənin fəaliyyət istiqamətlərinə aid olan dövlət sirrinin, o cümlədən xidməti sirrin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;

3.1.15. Baş idarənin fəaliyyət istiqamətlərinə dair təklif, ərizə və şikayətlərə baxmaq və daxil olmuş sorğulara vaxtında cavab vermək;

3.1.16. Baş idarənin fəaliyyət istiqamətinə uyğun olaraq Xidmətin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.

4.1. Baş idarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. fəaliyyətinə dair aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə, o cümlədən Xidmətin aparatının struktur bölmələrinə və Xidmətin strukturuna daxil olan qurumlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.2. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.1.3. miqrasiya proseslərini və meyllərini nəzərə almaqla ölkənin miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi təşəbbüsü ilə təkliflər vermək;

4.1.4. Baş idarənin fəaliyyət istiqamətinə uyğun olaraq digər dövlətlərin müvafiq təcrübəsini, o cümlədən müasir elmi-texniki nailiyyətləri öyrənmək və bu sahədə əldə olunmuş biliklərin və təcrübənin tətbiq edilməsi üçün Xidmət rəhbərliyinə təkliflər vermək;

4.1.5. Baş idarənin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

4.1.6. Baş idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilmiş işin təkmilləşdirilməsinə dair təkliflər vermək;

4.1.7. müvafiq sahədə işçilərin peşə hazırlığının və ixtisaslarının artırılması üçün təkliflər vermək;

4.1.8. vəzifələrinin icrası ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5.1. Baş idarənin strukturu və ştat vahidlərinin sayı Xidmət rəisi tərəfindən təsdiq edilir.

5.2. Baş idarənin strukturuna 2 idarə (Əmək miqrasiyasının tənzimlənməsi idarəsi və Yaşama icazələrinin verilməsi idarəsi) və 1 bölmə (İcazə vəsiqələrinin verilməsi bölməsi) daxildir. Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin tərkibinə 1 şöbə (İş icazələrinin verilməsi şöbəsi), Yaşama icazələrinin verilməsi idarəsinin tərkibinə isə 2 şöbə (Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsi və Daimi yaşama məsələlərinə baxılması şöbəsi) daxildir.

5.3. Baş idarəyə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Baş idarə rəisi rəhbərlik edir. Baş idarə rəisi Baş idarənin işinin düzgün təşkili, həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Baş idarənin digər işçiləri Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5. Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin rəisi eyni zamanda Baş idarə rəisinin müavinidir. Baş idarə rəisi olmadıqda onun səlahiyyətlərini Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin rəisi həyata keçirir.

5.6. Baş idarənin işçiləri öz səlahiyyətlərini vəzifə və iş bölgüsünə əsasən yerinə yetirirlər.

5.7. Baş idarədə işin təşkili və vəziyyəti, iş planlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə əlaqədar məsələlər mütəmadi olaraq Baş idarə rəisinin yanında keçirilən iclaslarda müzakirə edilir.

5.8. Baş idarə rəisi:

5.8.1. Baş idarənin işini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.8.2. Baş idarənin strukturuna daxil olan idarələr (şöbə, bölmə) və işçilər arasında vəzifə və iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir;

5.8.3. Baş idarənin işçilərinin üzərinə düşən vəzifələrin, habelə etik davranış qaydalarının tələblərinin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir;

5.8.4. Baş idarənin fəaliyyətini Xidmətin aparatının struktur bölmələri və Xidmətin strukturuna daxil olan qurumlarla əlaqələndirir;

5.8.5. Xidmətin kollegiya qərarlarında, Xidmət rəisinin qərar, əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.8.6. Baş idarənin fəaliyyəti ilə bağlı Xidmətin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Xidmət rəhbərliyinə təqdim edir;

5.8.7. İş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında icra olunmasına nəzarəti həyata keçirir;

5.8.8. səlahiyyətinə aid hissədə icrası məcburi olan göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

5.8.9. Baş idarənin müvafiq hesabatlarını təsdiq edir;

5.8.10. xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;

5.8.11. Baş idarədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Xidmət rəhbərliyinə təkliflər verir;

5.8.12. Baş idarənin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür və bu barədə Xidmət rəhbərliyinə təkliflər verir;

5.8.13. Baş idarəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;

5.8.14. mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə, hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;

5.8.15. Baş idarənin statistik və digər hesabatlarını Xidmət rəhbərliyinə təqdim edir;

5.8.16. Baş idarədə kargüzarlıq işini təşkil edir;

5.8.17. Baş idarəni təmsil edir;

5.8.18. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin tapşırıqlarını yerinə yetirir;

5.8.19. Baş idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər məsələləri həll edir.

5.9.1. İdarədə işi təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.9.2. İş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icrasını təşkil edir;

5.9.3. İdarənin fəaliyyəti ilə bağlı Xidmətin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Baş idarə rəisinə təqdim edir;

5.9.4. İdarənin işçiləri arasında iş bölgüsü aparır, əmək və icra intizamına, etik davranış qaydalarına riayət edilmələrini təmin edir;

5.9.4-1. xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;

5.9.5. İdarəyə daxil olmuş sənədlərin, o cümlədən Xidmət rəhbərliyinin və Baş idarə rəisinin göstərişlərinin vaxtında, tam və düzgün icrasının təmin edilməsi, icraya mane olan amillərin müəyyən edilib aradan qaldırılması üçün zəruri tədbirlər görür;

5.9.6. İdarənin fəaliyyətinin təkmilləşdirilməsi üzrə Baş idarə rəisinə təkliflər verir;

5.9.7. ona tapşırılmış sahədə işin düzgün təşkili və icra olunmasını təmin edir;

5.9.8. İdarədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Baş idarə rəisinə təkliflər verir;

5.9.9. fiziki və hüquqi şəxslərin müraciətlərinə baxır;

5.9.10. İdarədə kargüzarlıq işini təşkilini təmin edir;

5.9.11. mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə, hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;

5.9.12. peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır;

5.9.13. İdarənin statistik və digər hesabatlarını Baş idarə rəisinə təqdim edir;

5.9.14. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin və Baş idarə rəisinin tapşırıqlarını yerinə yetirir;

5.10. Şöbə (Bölmə) rəisi:

5.10.1. Şöbədə (bölmədə) işi təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.10.2. Şöbədə (bölmədə) işçilərin icraatında olan sənədlərin vaxtında və düzgün icra olunmasını təmin edir, onların fəaliyyətini istiqamətləndirir;

5.10.3. Şöbənin (bölmənin) fəaliyyəti ilə bağlı məsələlərin Xidmətin kollegiyasında müzakirə olunması üçün Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə İdarə rəisinə təkliflər verir;

5.10.4. Şöbəyə (bölməyə) yeni təyin edilmiş işçiləri təcrübəli işçilərə təhkim edir və onların işinə bilavasitə nəzarəti həyata keçirir;

5.10.5. Şöbədə (bölmədə) işçilərin həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbələrin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə İdarə rəisinə təkliflər verir;

5.10.6. Şöbənin (bölmənin) fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə İdarə rəisinə təkliflər verir;

5.10.7. fiziki və hüquqi şəxslərin müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxır və onları həll edir;

5.10.7-1. hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;

5.10.8. peşə hazırlığının yüksəldilməsi məqsədilə qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.10.9. Şöbənin (bölmənin) müvafiq hesabatını Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə İdarə rəisinə təqdim edir;

5.10.10. xidməti fəaliyyətlə bağlı Baş idarənin müstəqil bölməsində Xidmət rəhbərliyinin, Baş idarə rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə rəisinin tapşırıqlarını yerinə yetirir;

5.11. Baş inspektor və inspektor:

5.11.1. şöbənin (bölmənin) səlahiyyətlərinə aid məsələlər üzrə müraciətlərə baxır və müvafiq tədbirlər görülməsi üçün təkliflər verir;

5.11.2. şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənir, onun tətbiqi ilə bağlı müvafiq təkliflər hazırlayır;

5.11.3. şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun olaraq, vəzifə və iş bölgüsünə əsasən vəzifələrini icra edir;

5.11.4. müəyyən edilmiş müddətdə vəzifələrin icrasına dair hesabatı hazırlayır və Şöbə və ya Bölmə rəisinə təqdim edir;

5.11.5. qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.11.6. xidməti fəaliyyətlə bağlı Baş idarənin müstəqil bölməsində Xidmət rəhbərliyinin, Baş idarə rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə və Şöbə (Bölmə) rəislərinin digər tapşırıqlarını yerinə yetirir.

5.12. Kiçik inspektor-kargüzar:

5.12.1. daxil olan müraciətlər və sənədlər, habelə xidməti fəaliyyətlə bağlı digər informasiyalar üzrə məlumat bazaları yaradır və bu bazaları aktual saxlayır;

5.12.2. məlumat bazalarının fəaliyyətini və mühafizəsini təmin edir, mütəmadi olaraq məlumat bazalarının sığorta nüsxələrini yaradır;

5.12.3. daxil olan sənədləri və müraciətləri, o cümlədən icraatda olan sənədlərlə əlaqədar digər sənədləri Xidmətin Katibliyindən götürür və onların qeydiyyatını aparır;

5.12.4. daxil olan sənədləri Baş idarə rəisinə, İdarə rəisinə və ya Şöbə (Bölmə) rəisinə təqdim edir, onların dərkənarına əsasən icraçılara çatdırır;

5.12.5. sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə icra olunmasını nəzarətdə saxlayır, onların icra müddətinin gözlənilməsi ilə bağlı Baş idarə rəisinə məlumat təqdim edir;

5.12.6. sənədlərin icraçılar tərəfindən icra edilməsinin qeydiyyatını aparır, göndərilməsi üçün Xidmətin Katibliyinə təqdim edir;

5.12.7. icra olunmuş sənədlərin səliqə ilə işə tikilməsini və Xidmətin Katibliyinə saxlanılması üçün təhvil verilməsini təmin edir;

5.12.8. hüquqi və fiziki şəxslərin müraciətlərini ümumiləşdirir, Baş idarənin hər bir işçisinin icraatına daxil olan sənədlərin hesabatlarını toplayıb Baş idarə rəisinə təqdim edir;

5.12.9. Baş idarə rəisinin göstərişlərinin qeydiyyatını aparır, onların müvafiq qurumlara çatdırılmasını təmin edir;

5.12.10. işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;

5.12.11. xidməti fəaliyyətlə bağlı Baş idarə, İdarə və Şöbə (Bölmə) rəislərinin tapşırıqlarını yerinə yetirir.

6.1. Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin vəzifələri aşağıdakılardır

6.1.1. bu Əsasnamənin 3.1.9-3.1.13-cü yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;

6.1.2. Azərbaycan Respublikasında əmək miqrasiyasının tənzimlənməsi sahəsi üzrə təkliflər hazırlamaq;

6.1.3. əmək miqrasiyası sahəsində mövcud vəziyyətin mütəmadi təhlillərinə əsaslanaraq əhalinin məşğulluğu üzrə dövlət proqramlarının hazırlanmasında iştirak etmək;

6.1.4. Baş idarənin fəaliyyət istiqamətləri üzrə idarəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

6.2. İş icazələrinin verilməsi şöbəsinin vəzifələri aşağıdakılardır:

6.2.1. bu Əsasnamənin 3.1.9-3.1.13-cü yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;

6.2.2. Xidmətin vahid miqrasiya məlumat sistemində şöbənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;

6.2.3. Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

6.2-1. Yaşama icazələrinin verilməsi idarəsinin vəzifələri aşağıdakılardır

6.2-1.1. bu Əsasnamənin 3.1.1-3.1.5-ci, 3.1.7-ci və 3.1.8-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;

6.2-1.2. miqrasiya proseslərinin tənzimlənməsi üzrə tədbirlərin görülməsi üçün təkliflər hazırlanmasında iştirak etmək;

6.2-1.3. Xidmətin vahid miqrasiya məlumat sistemində İdarənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;

6.2-1.4. Baş idarənin fəaliyyət istiqamətləri üzrə idarəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

6.5. Müvəqqəti olma və müvəqqəti yaşama icazələrin verilməsi şöbəsinin vəzifələri aşağıdakılardır:

6.5.1. bu Əsasnamənin 3.1.1-3.1.5-ci, 3.1.7-ci və 3.1.8-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;

6.5.2. Xidmətin vahid miqrasiya məlumat sistemində şöbənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;

6.5.3. Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

6.6. Daimi yaşama məsələlərinə baxılması şöbəsinin vəzifələri aşağıdakılardır:

6.6.1. bu Əsasnamənin 3.1.1-ci, 3.1.3-3.1.5-ci, 3.1.7-3.1.8-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;

6.6.2. Xidmətin vahid miqrasiya məlumat sistemində şöbənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;

6.6.3 Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

6.7. İcazə vəsiqələrinin verilməsi bölməsinin vəzifələri aşağıdakılardır:

6.7.1. bu Əsasnamənin 3.1.13-1-ci yarımbəndində nəzərdə tutulan vəzifəni yerinə yetirmək;

6.7.2. Sistem vasitəsi ilə hazırlanmış müvafiq vəsiqələrin və digər sənədlərin qanunvericiliklə müəyyən edilmiş hallarda aktiv statusunun dəyişdirilməsini həyata keçirmək;

6.7.3. Xidmətin vahid miqrasiya məlumat sistemində bölmənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;

6.7.4. Baş idarənin fəaliyyət istiqamətləri üzrə bölməyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

1. 25 iyun 2014-cü il tarixli 08 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406250008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyul 2014-cü il)

2. 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il)

3. 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il)

4. 2 oktyabr 2023-cü il tarixli 08 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202310020008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 oktyabr 2023-cü il)

5. 21 dekabr 2023-cü il tarixli 09 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202312210009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2023-cü il)

6. 4 mart 2025-ci il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202503040002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 mart 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver