Qanunvericilik › Azərbaycan Respublikası dövlət müəssisələri, birlikləri və təşkilatlarının əmlaklarının dövlət icbari sığortasının aparılması haqqında Təlimat (Maliyyə Nazirliyi, 17.08.1998) › Tam mətn

Azərbaycan Respublikası dövlət müəssisələri, birlikləri və təşkilatlarının əmlaklarının dövlət icbari sığortasının aparılması haqqında Təlimat (Maliyyə Nazirliyi, 17.08.1998)

Azərbaycan Respublikası dövlət müəssisələri, birlikləri və təşkilatlarının əmlaklarının dövlət icbari sığortasının aparılması haqqında Təlimat (Maliyyə Nazirliyi, 17.08.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Ədliyyə Naziri

3-cü dərəcəli Dövlət Ədliyyə Müşaviri

_______________ S.C. Həsənov

Azərbaycan Respublikası Nazirlər

Kabineti yanında Dövlət Sığorta

Nəzarətinin 17 avqust 1998-ci il

_________________ A.M. CƏFƏROV

1.1 Bu Təlimat, Azərbaycan Respublikasının "Sığorta haqqında" Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Nazirlər Kabinetinin qərarına edilmiş dəyişikliklər və bəzi qərarların qüvvəsini itirmiş hesab edilməsi barədə" 26 avqust 1997-ci il tarixli 97 saylı qərarına müvafiq "Azərbaycan Respublikasında dövlət müəssisələri, birlikləri 18 təşkilatlarının əmlaklarının dövlət icbari sığortasının aparılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 1992-ci il tarixli 326 saylı Qərarında edilmiş dəyişikliklər nəzərə alınmaqla hazırlanmışdır.

1.2 İcbari sığortanın bu növü ilə qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız xüsusi icazə (lisenziya) almış sığortaçılar məşğul ola bilər.

2.1. Müstəqil balansa malik olan dövlət müəssisələri və təşkilatları (bundan sonra “müəssisələr” adlanacaq) sığorta etdirən sayılırlar.

2.2. Kolxoz və sovxozların əmlakları bu təlimatın şərtləri ilə sığortaya cəlb olunmurlar.

2.3. Müəssisələrin aşağıdakı əmlakları o cümlədən, kooperativlərə, icarədar təşkilatlara başqa təşkilatlara və vətəndaşlara icarə müqaviləsi üzrə verilmiş binalar, tikililər, ötürücü qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, dəniz, çay və hava gəmiləri, ov və digər alətləri, başa çatmamış istehsalat və əsaslı tikinti obyektləri, alətlər, tərtibatlar hazır məhsul, əmtəələr, mal material dəyərliləri dövlət icbari sığortasına cəlb edilir,

2.4. Müəssisələrə və onların yardımçı təsərrüfatına məxsus olan kənd təsərrüfatı bitkilərinin məhsulları (təbii biçənək məhsulundan başqa), çoxillik əkmələr kənd təsərrüfatı heyvanları, ev quşları, ev dovşanları, xəz dərili vəhşi heyvanlar, arı ailələri. Kənd təsərrüfatı sistemində olan dövlət müəssisələri üçün qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş təlimatın şərtləri üzrə dövlət icbari sığortasına cəlb edilir.

2.5. Cizgilər, layihələr, sənədlər, nəğd pul vəsaiti, qiymətli kağızlar, istiqrazlar, qiymətli daş-qaşlar icbari sığortaya cəlb edilir.

2.6. Müəssisələri əmlakı, o cümlədən icarəyə və ya başqa növ istifadə üçün verilmiş əmlak, onun balansa qəbul edilməsi, yaxud ilk uçot sənədləri üzrə mədaxil edildiyi gündən sığortası başlamış və onların balansdan silindiyi andan qüvvədən düşür.

2.7. Sığorta hadisələrinə aşağıdakılar aiddir:

daşqın, su basma, fırtına, qasırğa, burulğan, leysan yağışı, dolu, həmin yer üçün qeyri-adi şaxtalar, uzun müddətli yağışlar və qalın qar düşməsi, uçqun, sürüşmə, yeraltı suların üzə çıxması. sel, ildırım vurma, zəlzələ, torpağın çökməsi, yanğın, partlayış, su altında qalma, qaz buraxması, qəza (fiziki köhnəlmə nəticəsində qəzalar istisna olunmaqla), qonşu binadan su keçməsi. yanğın. qəza və hər hansı təbii fəlakət nəticəsində elektrik enerjisinin kəsilməsi, gəmilərin toqquşması, buzla və digər əşyalar vasitəsilə zədələnməsi, habelə gəminin itməsi (yox olması), yaxud dayazlığa çıxması.

2.8. Binalar, tikililər və digər əmlaklar, yanğın və yaxud hər hansı təbii fəlakətin qəflətən doğurduğu təhlükə ilə əlaqədar olaraq onların sökülməsi və ya yeni əraziyə köçürülməsi hallarından da sığorta olunmuş sayılırlar.

Dövlət müəssisələri, birlikləri və təşkilatların əmlakları aşağıdakı qaydada sığortaya cəlb olunur.

Binalar. tikililər, ötürücü qurğular, mexanizmlər, avadanlıqlar, maşınlar və digər əsas vəsaitlər qalıq dəyəri miqdarında;

3.1. Həm öz xüsusi istehsalından olan, həm müəssisə tərəfindən alınmış mal-material dəyərliləri həqiqi maya dəyəri miqdarında (az qiymətli və tez xarab olan əşyalar, o cümlədən ov alətləri sığorta hadisəsi dövrünə köhnəlmə çıxılmaqla balans dəyəri üzrə);

Sərgilərin eksponatları, kolleksiyalar, müəllif işləri, qədim əşyalar və s. sığorta etdirən tərəfindən təqdim edilmiş sənədlər, yaxud xüsusi istehsalı olan kənd təsərrüfatı məhsulları müqavilə qiymətləri ilə müəyyən edilən həqiqi maya dəyəri miqdarında;

Bitməmiş əsaslı tikinti və yenidənqurma mərhələsində olan obyektlərdən aparılmış işlərin smeta dəyəri miqdarında;

İstehsalat, yaxud emal prosesində olan məhsullar təsdiq olunmuş qiymətlər, norma və qiymətləndirmə əsasından sığorta hadisəsi vaxtına həqiqi müəyyən edilmiş material və əmək məsrəflərinin dəyəri miqdarında.

Qüvvədə olan qanunvericiliklə müqavilə əsasında daşınan yükün qorunub saxlanması üçün nəqliyyat təşkilatının (yük daşıyanın) müəyyən olunmuş məsuliyyəti istisna olmaqla, əmlak olduğu yerdən (o cümlədən Respublika ərazisində onun daşınması vaxtı) asılı olmayaraq sığorta olunmuş sayılır,

3.2. Müəssisələrin əmlakının dövlət icbari sığortası və tədiyyələri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 28.08.92-ci il tarixdə 473 saylı qərarla təsdiq edilmiş tarif dərəcələri üzrə hesablanır. Sığorta müqaviləsi bir il müddətinə bağlanılır.

3.1. Üç, dörd, beş və daha artıq illər üçün ardıcıl sığorta ödənişi almayan müəssisələrə illik sığorta tədiyyəsi məbləğindən müvafiq olaraq 10%, 20%, 30% güzəşt verilir. Belə müəssisələr üzrə güzəşt məbləğləri yeni müddət üçün müqavilə bağlayan sığorta təşkilatları tərəfindən müəyyən edilir.

Binaları, tikililəri və dikər əmlakı yanğın təhlükəsizliyi qaydaları və normalarına müvafiq saxlayan, obyektdə yanğın mühafizəsi olan müəssisələrə 15% güzəşt verilir

4.1. Sığorta tədiyyələri müəssisələr tərəfindən həmin ilin yanvar ayının 1-i, vəziyyətinə mühasibat uçotu və hesabatı məlumatlarına əsasən mal-material dəyərlilərinin balans dəyərindən və əsas fondların qalıq dəyərindən asılı olaraq hesablanır. Cari il ərzində əmlakın tərkibinin və dəyərinin dəyişməsi ilə əlaqədar olaraq tədiyyələrin yenidən haqq-hesabı aparılır.

4.2. Müəssisələr tərəfindən sığorta tədiyyələrinin hesablanması üçün əsas və dövriyyə fondlarının, bitməmiş istehsalatın, başa çatmamış əsaslı tikintinin və başqa əmlakın dəyəri arayış haqq-hesab blankında müəyyən edilir (1 nömrəli əlavə), Bununla belə əmlakın uçotu qaydalarının təyinatı və sığortanın şərtlərinin müxtəlifliyi ilə əlaqədar olaraq bütün əmlak müvafiq qruplara bölüşdürülür.

4.3. Arayış haqq-hesabının 1-ci bölməsində əsas vəsaitlərin qalıq dəyəri müəyyən edilir. Bu məqsədlə əvvəlcə əsas vəsaitlərin (fondların) ümumi dəyərindən gəmilərin, iş və məhsuldar heyvanın və çoxillik əkmələrin dəyərləri çıxılır. Həmin ilin 1 yanvar vəziyyətinə əsas vəsaitlərin (fondların) tam bərpası üçün hesablanmış köhnəlmənin ümumi məbləğindən, gəmi və çoxillik əkmələrin köhnəlməsi üzrə hesablanmış məbləğ çıxılmaqla alınmış fərq əsas vəsaitlərin (fondların) qalıq dəyəri hesab edilir,

4.4 Arayış haqq-hesabının 2-ci bölməsində - sığorta edilməli olan normalaşdırıcı dövriyyə vəsaitlərinin dəyəri müəyyən olunur.

"Balansın 2-ci bölməsi üzrə cəmi" sətrində göstərilən ümumi məbləğdən gələcək dövrün xərcləri, 08 alətlərinin dəyəri, bitməmiş kənd təsərrüfatı istehsalının məsrəfləri, bəslənməkdə və kökəltmədə olan heyvanların dəyəri abonentlərə buraxılmış, lakin haqqı ödənilməmiş elektrik cərəyanının dəyəri, iş ağacları, meşədə saxlanan və axıdılmaqda olan taxta-şalbanın dəyəri xüsusi geyimlər üçün fəhlə və qulluqçuların borcları (bildiriş üzrə), kommunal xidmətlər üçün abonomentlər, kirayənişinlərin ev kirayələri və məqsədli rüsumları, azqiymətli və tez xarab olan əşyaların (ov alətlərinin köhnəlməsindən başqa) köhnəlməsi çıxılır. Yekun nəticəsi sığortaya cəlb edilməli olan dövriyyə vəsaitinin dəyərinin təşkil edir,

4.5. Arayış haqq-hesabının 3-cü bölməsində müəssisə tərəfindən göstərilən balans aktivi maddələrinin aşağıdakı göstəricilərinin toplanması yolu ilə təyin edilir; qurtarmamış işlər və əsas vəsaitlərin alınması, tikintinin avadanlığın: materialın, müvəqqəti dayandırılması. Alınan nəticədən əsaslı tikinti üçün vəsaitlərin məbləği 4-cü bölmənin passivində əks etdirilən azqiymətli tez xarab olan əşyaların köhnəlməsi çıxılır.

Sonra əsas fondların, dövriyyə vəsaitlərinin və əsaslı tikintiyə mələrin ümumi dəyəri müəyyən edilir. Daha sonra isə ayrıca olaraq gəmilərin və ov alətlərinin qalıq dəyəri müəyyən edilir.

Sığorta edilməli olan bütün əmlakın dəyəri müəyyən olunur.

4.6. Arayış haqq-hesabının 4-cü bölməsində əsas vəsaitlərin və mal-material dəyərlilərindən, gəmilərin və ov alətlərinin dəyərindən asılı olaraq müəssisə cari il üçün sığorta tədiyyələrini hesablayır.

Hesablanmış tədiyyələrin ümumi məbləğindən verilmiş güzəşt məbləği çıxılır. Arayış haqq-hesabı iki nüsxədə tərtib edilir, müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanır, möhürlə təsdiq edilir.

4.7 Sığorta tədiyyələri iki müddətdə, müqavilə bağlandığı andan ilk tədiyyə daxil olduğu andan üç ay müddətinədək ödənilir (nəqd və ya yaxud nəqdiyyəsiz yolla).

Sığorta tədiyyəsi müəyyən edilmiş müddətə kimi ödənilmədikdə vaxtı keçmiş hər gün üçün sığorta məbləğinin 0,05% miqdarında peniya (müamilə) hesablanıb

4.8. Sığortaçı sığorta müqaviləsi bağlandıqda sığortalanan əmlakın dəyərinin habelə sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində həmin əmlakın dəyərində baş verən dəyişikliyin düzgünlüyünü yoxlayır, Müqaviləyə əsasən müəssisə hesablanmış sığorta tədiyyəsinin vaxtında sığortaçının bankdakı hesabına köçürməyə borcludur. Tədiyyənin ödəniş günü, onun bank idarəsi tərəfindən müəssisənin Hesabından silindiyi gün hesab olunur.

4.9. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində əmlakın dəyərində dəyişiklik (azalma və ya artma) olarsa sığorta tədiyyəsi yenidən hesablanaraq müvafiq surətdə ya azaldılır, ya da artırılır.

4.10. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalanan əmlak qismən və ya tam həcmdə özəlləşərsə, sığorta müqaviləsi bu müqavilənin müddəti qurtaranadək qüvvədə qalır.

4.11. İcarəyə verilmiş müəssisələrin, birliklərin, təşkilatların əmlakının sığortası icarədarların vəsaitləri hesabına aparılır.

5.1. Binaların tikililərin və digər əmlakın sığortası üzrə müqavilənin qüvvədə olduğu vaxtda bu təlimatın 2.7 və 2.8 bəndində göstərilən hadisələr nəticəsində müəssisələrə dəymiş zərər sığorta hadisəsi sayılır. Müəssisələrə kənd təsərrüfatı bitkiləri və çoxillik əkmələr istisna olmaqla, binaların, tikililərin və digər əmlakın sığortası üzrə sığorta ödənişi zərər məbləğinin 100%-i miqdarında ödənilir.

5.2. Sığorta hadisəsi nəticəsində əmlakın məhv olması və ya zədələnməsi hallarında sığorta etdirən bu barədə 3 (üç) iş günü müddətində sığortaçıya məlumat verməlidir. Məlumatda sığorta hadisəsinin başvermə səbəbi qeyd olunmaqla, məhv olunmuş, zədələnmiş əmlakın mümkün halda siyahısı və fotoşəkli təqdim olunur

Sığorta təşkilatlarının bütün sənədlər təqdim olunduğu andan akt tərtib olunaraq (forma 2 əlavə 1) beş gün müddətində zərər məbləği ödənilir, Sığorta olunan sığorta ödəniş məbləğinin hadisə baş verdiyi gündən bir il müddəti ərzində sığortaçıdan tələb etmək hüququna malikdir.

5.3. Akt-sığortaçının səlahiyyətli nümayəndəsi tərəfindən müəssisənin, yaxud təşkilatın nümayəndələrinin iştirakı ilə tərtib olunur.

Bəzi hallarda aktın tərtib edilməsində digər təşkilatlarda işləyən mütəxəssislər də cəlb edilir. Aktı imza edənlər onun düzgün tərtib edilməsi üçün məsuliyyət daşıyırlar.

5.4. Sığorta ödənişi məbləğinin miqdarı, yerində müəyyən edilməklə, həmçinin səlahiyyətli orqanlardan alınmış arayış əsasında müəyyən edilir.

Əmlakın məhv olması və ya zədələnməsi bir neçə tikintilərdə baş verdiyi, yaxud bir neçə binalar tikililər zədələndiyi (məhv olduğu) hallarda akta həmin obyektin çizci (eskiz) planı əlavə olunur.

5.5. Əsas vəsaitlərin tərkibinə daxil olan zədələnmiş (məhv olmuş) əmlakın köhnəlməsi 2 N-li aktda hər bir inventar obyekt üzrə ayrı ayrılıqda. balans dəyərinə faizlərlə müəyyən olunmuş və obyektin istismarının bütün dövrü üçün tam bərpasına aşınma ayırmalarının qüvvədə olan normalarından asılı olaraq müəyyən edilir.

5.6. Əmlakın təmir etmə yolu ilə bərpa edildiyi hallarda sığorta obyektləri zədələnmiş sayılırlar. Ayrı-ayrı konstruktiv elementlərin zədələnmə dərəcəsi və ölçüsü, yerində baxılmaqla mütəxəssislərin (mühəndislərin, texniki inşaatçıların və s.) iştirakları ilə tərtib edilmiş qüsur aktı əsasında müəyyən edilir,

5.7. Sığorta hadisəsi nəticəsində qalıqların qiymətdən düşməsi nəzərə alınmaqla. onların dəyəri və ondan sonra onların qaydaya salınması üçün qüvvədə olan qiymətlərlə müəyyən edilir.

5.7. Sığorta olunmuş əmlakın xilas edilməsi, zərərin qarşısının alınması, Yaxud azaldılması, ekspertiza aparılması və digər qarşısı alınma tədbirləri üzrə lazımi və məqsədə müvafiq aparılan xərclər, həmçinin sığorta olunmuş əmlakın və ondan qalan qalıqların sığorta hadisəsindən sonra qaydaya salınması üzrə (təmizləmə, dezinfeksiya, növləşdirmə, qurutma və s.) xərclər zərər məbləğinə əlavə edilir və aktın 4-cü bölməsində göstərilir ?(2 N-li f).

5.8. Əsas vəsaitlərin tərkibinə daxil olan binalar, tikililər və digər əmlak məhv olduqda (tələf olduqda) zərər qalıq dəyərindən asılı olaraq, zədələndikdə və onun qalıq dəyəri dairəsində qüvvədə olan qiymətlər üzrə bərpa (təmir) dəyərindən asılı olaraq müəyyən edilir.

Podrat üsulu ilə yerinə yetirilən bitməmiş əsaslı tikinti obyektləri zədələndikdə (məhv olduqda) zərər obyektin smeta dəyərindən asılı olaraq, tikinti təsərrüfat üsulu ilə aparıldıqda isə sığorta hadisəsi baş verdiyi tarixə həqiqi maya dəyər əsasında müəyyən edilir.

İstər öz istehsalı olan, istərsə də müəssisə tərəfindən alınmış (Hazır məhsul, xammal, materiallar və s.) mal-material dəyərlilər üzrə zərər həqiqi maya dəyərindən asılı olaraq istismara verilmiş az qiymətli tez xarab olan əşyalar üzrə isə sığorta hadisəsinin baş verdiyi tarixə köhnə çıxılmaqla müəyyən edilir. Əgər az qiymətli tez xarab olan əşyalar üzrə köhnəlmə, onlar istismara verildikdə 100% miqdarında hesablanıbsa, onda həmin əmlak üzrə zərər müəyyən edilmir.

İstehsal prosesində, yaxud emalda olan məhsul üçün zərər, təsdiq edilmiş qiymətlər, normalar və qiymətləndirmələr-üzrə hesablanmış sığorta hadisənin baş verdiyi tarixə sərf edilmiş material və əmək məsrəflərindən asılı olaraq müəyyən edilir.

5.9. Təbii fəlakətin baş verməsi nəticəsində əmlakın dəyəri və miqdarı mühasibat uçotu və hesabatı məlumatları üzrə ibtidai mədaxil-məxaric sənədlərinə əsasən müəyyən olunur.

Müəssisənin özünün xüsusi istehsalı və ya alınmış mal-material dəyərliləri həqiqi maya dəyəri miqdarında (az qiymətli və tez xarab olan əşyalar, o cümlədən ov alətləri sığorta hadisəsi dövrünə köhnəlmə çıxılmaqla, balans dəyəri üzrə).

İstehsal və ya emal prosesində olan məhsullar təsdiq edilmiş material və əmək məsrəfləri nəzərə alınmaqla topdan satış qiyməti həcmində.

Azərbaycan Respublikası "Sığorta haqqında" Qanunun 17-ci maddəsinə uyğun olaraq aşağıdakı hallarda əmlaka dəyən zərər məbləğinin ödənilməsindən imtina olunur.

6.1. Sığorta olunanın və xeyrinə sığorta müqaviləsi bağlanmış başqa şəxsin sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi;

6.2. Sığorta obyekti barəsində sığorta olunanın sığortaçıya qəsdən yanlış məlumat verməsi;

6.3. Sığorta olunanın əmlak sığortası üzrə zərərin əvəzini zərər dəyməsində təqsiri olan şəxsdən alması;

6.4. Azərbaycan Respublikası "Sığorta haqqında" Qanununun və bu təlimatın şərtlərinə uyğun olaraq sığorta tədiyyəsi nəzərdə tutulmuş müddətlərdə ödənilmədiyi hallarda.

6.5. Sığorta müqaviləsinin müddəti qurtardıqda.

6.6. Sığorta olunmuş əmlakın sığorta hadisələrinə aid olmayan hadisələr nəticəsində zədələnməsi və ya məhv olması hallarında.

6.7. Baş vermiş sığorta hadisəsi barəsində təlimatda nəzərdə tutulmuş müddətdə xəbər verilmədikdə və bu səbəbdən ödəniş məbləğini müəyyən etmək mümkün olmadığı hallarda.

6.8. Sığorta ödənişi məbləğinin bilərəkdən artırılması hallarında (artırılmış məbləğ miqdarında).

6.9. Sığorta müqaviləsi məhkəmənin qərarı ilə etibarsız hesab edildikdə.

6.10. Hərbi əməliyyatlar və onların nəticələri, xalq iğtişaşları və tətillər, dövlət hakimiyyət orqanları və təşkilatların yaxud hərbçilərin sərəncamı, şüalanma, yaxud radioaktivlik (öz-özünə şüalanma), müəssisələrin rəhbərləri və digər nümayəndələrin qəsd hərəkətləri, sığorta hadisəsi başlanana qədər müəssisənin rəhbərinə və digər nümayəndələrinə nöqsanlar, çatışmazlıqlar məlum olduğu hallarda, sığorta hadisəsi ilə əlaqədar olaraq istehsalatda fasilə (qəza nəticəsində boş dayanma), əmlakın aşınmadan, çürümədən, təbii köhnəlmədən, öz-özünə alışmadan, yaxud ayrı-ayrı əşyaların təbii xassələrdən məhv olması (zədələnməsi) istehsalat prosesi ilə nəzərdə tutulmuş itkilər, sınaq, yaxud tədqiqat işləri, texnika və nəqliyyat vasitələrinin xarici faktorları (amilləri), görünməyən daxili sınıqları nəticəsində, həmçinin inventarlaşdırma ərəfəsində aşkar olunmuş itkilər (zərərlər) Respublikadan kənarda olduğu dövrdə (nəqliyyat vasitələrindən başqa) əmlakın zədələnməsi məhv olması ilə əlaqədar olaraq əmələ gəlmiş zərərlər ödənilmir.

6.11. Sığorta məbləğinin verilməsindən imtina olunduğu hallarda, sığortaçı eşənin səbəbini şərh etməklə ərizəçiyə yazılı məlumat verir.

7.1. Azərbaycan Respublikasında dövlət müəssisələri, birlikləri və təşkilatlarının, əmlaklarının dövlət icbari sığortası üzrə mübahisələrə-məhkəmə və iqtisad məhkəməsi tərəfindən baxılır.

Təlimat 1 № -li əlavə

_________________________

_________________________

(sığorta təş. ünvanı)

Sığorta olunmalı olan əmlakın növü

sığorta tədiyyələrinin

________________________________________________________________________________________________________________

ST-ın direktoru ( direktor müavini, müəssisənin səlahiyyətli

müfəttiş)____________________ nümayəndəsi ______________________

“___”____________ 199 il “__”___________________199 il

Təlimata 2 № -li əlavə

____________________________________________________________________________________________________________________

____________________________________________________________________________________________________________________

“__”__________199 il tarixli __________ №-li

_____________________________________________________________________________

Sığorta təşkilatlarının __________________________________________________________________________________________

(nümayəndəsinin vəzifəsi, soyadı, adı, atasının adı)

Müəssisənin _____________________________________________________________________________________________________

________________________________________________________________________________________________ Nəzarət orqanının

nümayəndəsi____________________________________________________________________________________________________

dəvət edilmiş mütəxəssislər __________________________________________________________________________________

____________________________________________________________________________________________________________________

Sığorta etdirənin “__”__________199 il tarixli ərizəsi əsasında

Akt iki nüsxədə tərtib edilmiş, onun bir nüsxəsi sığorta etdirənə verilmişdir.

Yerində aparılan yoxlama ilə, həmçinin də ___________________________________________

__________________________ olan sənədlər əsasında müəyyən edilmişdir ki, müəssisəyə məxsus olan əmlak “__” 19__il saat__ dəqiqədən"__"_________19__il saat dəqiqəyə kimi olan dövrdə baş vermiş____________________________________________________________________

nəticəsində məhv olmuşdur (zədələnmişdir)

Sığorta hadisəsinin xüsusiyyəti___________________________________________________________

_______________________________________________________________________________________________________

Sığorta hadisəsinin əmələ gəlməsi səbəbləri _______________________________________________

Sığorta hadisəsinin əmələ gəlməsi mümkünlüyü haqqında sığorta etdirənə xəbərdarlıq edilmişdirmi _________________________________________________________________________

Əgər xəbərdarlıq edilmişdirsə, - göstərməli - kim tərəfindən, nə vaxt, bu haqda hansı sənədlər vardır _______________________________________________________________________

Sığorta etdirən tərəfindən nə kimi tədbirlər görülmüşdür:

a) əmlakın məhv olması (zədələnməsi) qarşısının alınması üçün

_________________________________________________________________________________

b) sığorta hadisəsi vaxtında əmlakın xilas edilməsi üzrə

_________________________________________________________________________________

v) əmlakın sonradan məhv olmasına yol verilməməsi üzrə (sığorta hadisəsindən sonra zədələnməsinə, xarab olmasına yaxud oğurlanmasına)

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

Yuxarıda göstərilən sığorta hadisəsinin nəticəsi aktının II-IV bölmələrində və ona əlavədə şərh olunmuş məlumatlarla səciyyələndirilir.

və inventar nömrəsi onun xarakteristikası

amortizasiya ayırmaları norması %

Obyektin qalıq dəyəri

Qalıqların adları və onların

Ölçü vahidi (ədəd. metr, kq və s.)

Sığorta hadisəsi nəticəsində qiymətin aşağı salınması nəzərə alınmaqla qalıqların dəyəri

Sənəd üzrə (preskurrant üzrə) N-si

İşlərin həcminin cəmi

Səhifə ___________ nömrə ilə başlamış ________________nömrə ilə qurtarmışdır.

nümayəndəsi ____________________

nümayəndəsi ____________________

Mütəxəssislər ____________________

“__”____________19__il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver