Qanunvericilik › “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 24.03.2006) › Tam mətn

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 24.03.2006)

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 24.03.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağının təsviri” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 mart 2006-cı il

1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Akademiyanın hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, verilən tapşırıqları əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışmı düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.

2. Döyüş Bayrağı adı və nömrəsinin dəyişməsindən asılı olmayaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında həmişəlik qalır. Akademiyanın adının və nömrəsinin dəyişməsi Döyüş Bayrağı ilə birlikdə verilən Təqdimata yazılır.

3. Döyüş Bayrağı həmişə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında, döyüş əməliyyatları zamanı isə döyüş meydanında olmalıdır.

4. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının bütün şəxsi heyəti Döyüş Bayrağını fədakarlıq və mərdliklə qorumalı, onun düşmən tərəfindən ələ keçirilməsinə yol verməməlidir. Döyüş Bayrağı itirildikdə Akademiyanın rəisi və məsul hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalı, Akademiya isə ləğv edilməlidir.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir.

Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Kənarları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmişdir. Bayraq Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun olaraq, üçrəngli ikiqat ipək faydan hazırlanmışdır.

Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipək sapdan 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Mavi zolaqda qızılı ipək sapla “AZƏRBAYCAN UĞRUNDA!” şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm, eni 5 sm-dir.

Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin emblemi (hündürlüyü 54 sm) tikilmişdir. Mavi zolaqda sətirarası məsafə 2 sm olmaqla 3 sətirdə qızılı rəngli ipək sapla “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN HEYDƏR ƏLİYEV ADINA AKADEMİYASI” sözləri tikilib. Yazıdakı hərflərin hündürlüyü 6 sm, eni 5 sm-dir.

Yaşıl zolaqda qızılı rəngli ipək sapla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nömrəsi və adı tikilir. Yazıdakı rəqəmlərin hündürlüyü 7,0 sm, eni 4,5 sm, hərflərin hündürlüyü 5 sm, eni 4,5 sm-dir.

Bayrağın dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 250 sm olan girdə ağacdandır.

Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikellənmiş fiqurlu ucluq vardır.

Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazlar var. Qaytanın uzunluğu 270-285 sm-dir.

7 noyabr 2017-ci il tarixli 1671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 noyabr 2017-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2010)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver