Qanunvericilik › “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətdə hamilik işinin təşkili haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 28.09.2018) › Tam mətn

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətdə hamilik işinin təşkili haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 28.09.2018)

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətdə hamilik işinin təşkili haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 28.09.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətdə hamilik işinin təşkili haqqında Təlimat”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

1. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətdə hamilik işinin təşkili haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2018-ci il “28” sentyabr tarixli “22-N” nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətdə hamilik işinin təşkili haqqında Təlimat” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti (bundan sonra – Penitensiar xidmət) üçün kadrların hazırlanması sistemində hamilik institutunun məqsədini, vəzifəsini və həyata keçirilmə qaydasını müəyyən edir.

1.2. Hamilik işi, xidməti vəzifələrini müstəqil yerinə yetirməyə qadir olan əməkdaşların hazırlanması ilə bağlı Penitensiar xidmətin idarə və şöbələrinin, penitensiar müəssisələrinin və digər struktur qurumlarının (bundan sonra – struktur qurumlar) rəhbərlərinin, eləcə də təcrübəli əməkdaşlarının məqsədyönlü fəaliyyətindən ibarətdir.

1.3. Hamilik işinin təşkilində “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında” və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında” əsasnamələr, bu Təlimat və digər aidiyyəti hüquqi aktlar rəhbər tutulur.

2.0. Hamiliyin vəzifələri aşağıdakılardır:

2.0.1. ədliyyə orqanlarında xidmətə marağın inkişaf etdirilməsi;

2.0.2. peşə biliyinin, bacarıq və vərdişlərin formalaşdırılması və inkişafı;

2.0.3. xidmət şəraitinə uyğunlaşmağa köməklik göstərilməsi;

2.0.4. Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalarına uyğun olan xidməti davranış vərdişlərinin, fəal vətəndaş və həyat mövqeyinin, xidmətə məsuliyyətli münasibətin formalaşdırılması;

2.0.5. cəzaların icrası qanunvericiliyinin və digər normativ hüquqi aktların öyrənilməsi;

2.0.6. xidməti vəzifələrin yerinə yetirilməsi zamanı meydana çıxan çətinliklərin aradan qaldırılmasına mənəvi və psixoloji dəstək verilməsi;

2.0.7. ədliyyə orqanlarının, eləcə də müvafiq xidmət sahəsinin tarixinin və ənənələrinin öyrənilməsi.

3.1. Hamilik işi struktur qurumların rəhbərlərinin, barəsində hami təyin olunanların, tərbiyəvi işi, psixoloji təminatı və peşə hazırlığının təşkilini həyata keçirən əməkdaşların qarşılıqlı fəaliyyəti əsasında təşkil edilir.

3.2. Hami aşağıdakı əməkdaşlara təyin olunur:

3.2.1. struktur qurumlarda sıravi, kiçik və orta rəis heyəti vəzifələrində xidmətə ilk dəfə qəbul edilən şəxslərə;

3.2.2. sıravi və kiçik rəis heyəti vəzifəsindən orta rəis heyəti vəzifəsinə irəli çəkilən əməkdaşlara;

3.2.3. digər yeni xidmət sahəsinə keçirilmiş əməkdaşlara (xidməti vəzifənin icrası əlavə bilik və praktiki vərdişlər tələb etdikdə).

3.3. Hamilik altı ay müddətinə müəyyən olunur.

3.4. Hami əməkdaşın xidmət etdiyi qurumda müvafiq sahədə xidmət aparan, kifayət qədər peşə təcrübəsinə malik, kollektivdə nüfuzu olan əməkdaşlar sırasından təyin edilir.

3.5. Xidməti fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq bir nəfər eyni vaxtda bir neçə əməkdaşa hami təyin oluna bilər.

3.6. Əməkdaşlara hami təyin edilərkən aidiyyəti xidmət rəhbərinin rəyi nəzərə alınır.

3.7. Əməkdaşa vəzifəsinin icrasına başladığı andan beş iş günü müddətində struktur qurum rəhbərinin əmri ilə hami təyin edilir.

3.8. Hamiliyin təşkilinə görə struktur qurum rəhbərinin müavini və aidiyyəti xidmət rəhbəri məsuliyyət daşıyır. Struktur qurumda müavin ştatı olmadıqda hamiliyin təşkilinə görə məsuliyyəti aidiyyəti xidmət rəhbəri, aidiyyəti xidmət rəhbəri ştatı olmadıqda baş inspektor, baş inspektor ştatı olmadıqda isə böyük inspektor daşıyır.

3.9. Hamiliyin təşkilinə bilavasitə rəhbərlik və nəzarət struktur qurum rəhbərinin müavini tərəfindən həyata keçirilir.

3.10. Hamiliyin təşkilində struktur qurum rəhbərinin müavininin vəzifələri aşağıdakılardır:

3.10.1. hamilər tərəfindən fərdi tərbiyəvi işin forma və üsullarının öyrənilməsini təşkil etmək;

3.10.2. əməkdaşla təlim-tərbiyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində hamilərə təşkilati-metodiki köməklik göstərmək;

3.10.3. hamilərin hesabatlarını dinləmək, bu sahədə müsbət təcrübəni ümumiləşdirərək yayılmasını, fərdi tərbiyəvi işdə qabaqcıl forma və metodların tətbiqini təşkil etmək;

3.10.4. hamilik işinin təşkili vəziyyətinə dair məsələləri sistemli şəkildə müzakirələrə çıxarmaq;

3.10.5. “Ən yaxşı hami” peşə müsabiqəsində hamilərin iştirakını təmin etmək.

3.11. Hamiliyin təşkili ilə əlaqədar aidiyyəti xidmət rəhbərinin vəzifələri aşağıdakılardır:

3.11.1. yeni işə qəbul olunmuş əməkdaşı və ona təyin olunmuş hamini şəxsi heyətə təqdim etmək;

3.11.2. üzərinə düşən vəzifələrin həyata keçirilməsi ilə bağlı hamiyə lazımi şərait yaratmaq.

4.1. Hamilərin hüquqları aşağıdakılardır:

4.1.1. əməkdaşın şəxsi işi, onu xarakterizə edən digər sənədlərlə müəyyən edilmiş qaydada tanış olmaq;

4.1.2. əməkdaşın müvafiq xidmət sahəsində xidmət keçməsi ilə bağlı təklif vermək;

4.1.3. hamilik dövründə əməkdaşın mükafatlandırılması və ya barəsində intizam tənbehinin tətbiq edilməsi barədə təklif vermək;

4.1.4. hamilik müsbət nəticə vermədikdə, əməkdaşın işçi qabiliyyətini nəzərə alaraq, onun başqa xidmət sahəsində istifadə olunması üçün təkliflər vermək;

4.1.5. əməkdaşın attestasiyasında iştirak etmək.

4.2. Hamilərin vəzifələri aşağıdakılardır:

4.2.1. cəzaların icrası qanunvericiliyinin və digər hüquqi aktların tələblərini bilmək;

4.2.2. əməkdaşla işin planlaşdırılmasını həyata keçirmək;

4.2.3. əməkdaşın şəxsi keyfiyyətlərini, maraqlarını, həyat tərzini və davranışını öyrənmək;

4.2.4. xidməti vəzifələrin icrası ilə əlaqədar əməkdaşa hərtərəfli köməklik göstərmək, xidməti fəaliyyətdə yol verilən nöqsanları vaxtında aşkarlayıb aradan qaldırmaq üçün tədbirlər görmək;

4.2.5. əməkdaşda vəzifə borcuna məsuliyyət və vicdanla yanaşmasına, xidmət apardığı qurumun xidməti ənənələrinə hörmət hissinin, yüksək peşəkarlığın və mənəvi-psixoloji keyfiyyətlərin formalaşmasına köməklik göstərmək;

4.2.6. qanunçuluğa və peşə etikası normalarına riayət olunması məsələlərində tələbkar və prinsipial olmaq;

4.2.7. əməkdaşa xidməti vəzifələrinin icrası ilə bağlı olan hüquqi aktların öyrənilməsinə dair tapşırıqlar vermək;

4.2.8. əməkdaşın apardığı xidməti sənədləşmənin düzgünlüyünü yoxlamaq, xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlı məsləhətlər vermək;

4.2.9. əməkdaş ilə aparılan hamilik işinin nəticələrinə dair hesabat vermək, onun xidmətə və tutduğu vəzifəyə uyğunluğunun yoxlanılmasına dair rəyin hazırlanmasında iştirak etmək.

5.1. Hamilik işi əməkdaşın müstəqil xidməti fəaliyyətə hazırlığı üzrə hamilik müddətinə planlaşdırılır.

5.2. Əməkdaşın fərdi iş planı onun aidiyyəti xidmət rəhbəri ilə birgə tərtib olunur və struktur qurumun rəhbəri tərəfindən təsdiq edilir (əlavə 1).

5.3. Hamilik üzrə tədbirlər planlaşdırılarkən əməkdaşın ilkin hazırlıq və təhsil səviyyəsi nəzərə alınmalıdır.

6.1. Hamilik müddətinin sonunda hami plan üzrə həyata keçirilən tədbirlərin nəticələrinə dair hesabat (əlavə 2) verdikdən sonra hamilik başa çatır.

6.2. Haminin fəaliyyəti aidiyyəti xidmət və struktur qurumun rəhbərləri tərəfindən aşağıdakı meyarlara əsasən qiymətləndirilir:

6.2.1. əməkdaş tərəfindən yerinə yetirilmiş xidməti vəzifələrin nəticələri;

6.2.2. əməkdaşın peşə biliklərinin və bacarığının inkişaf səviyyəsi;

6.2.3. əməkdaşın xidməti vəzifələrini müstəqil yerinə yetirmək qabiliyyəti;

6.2.4. əməkdaşın xidmətə münasibətinin xarakteri;

6.2.5. əməkdaş tərəfindən hazırlanan xidməti sənədlərin keyfiyyəti.

6.3. Haminin hesabatı struktur qurumun rəhbəri tərəfindən təsdiq edilir və əməkdaşın şəxsi işində saxlanılması məqsədi ilə Penitensiar xidmətin Kadrlar idarəsinə göndərilir.

6.4. Struktur qurum rəhbərinin müavini və ya aidiyyəti xidmət rəhbərinin təklifi ilə hami müəyyən olunmuş qaydada mükafatlandırıla bilər.

6.5. Hami üzərinə düşən vəzifələri lazımi səviyyədə icra etmədikdə qanunvericiliyə uyğun olaraq intizam məsuliyyətinə cəlb olunur və hamilik digər əməkdaşa tapşırılır.

6.6. Hamilik müsbət nəticə vermədikdə, əməkdaşın hamilik müddəti üç ay uzadılır və ya onun başqa xidmət sahəsinə keçirilməsi barədə struktur qurumun rəhbəri tərəfindən Penitensiar xidmətin rəhbərliyi qarşısında vəsatət qaldırılır.

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətdə hamilik işinin təşkili haqqında Təlimat”a

_____________________________________________________ rəisi (komandiri)

(struktur qurumun adı)

_______________________ ___________________ ______________________

(rütbəsi) (imzası) (adı, soyadı)

“_____”_____________________20___il

Müəssisənin (qurumun) strukturu, vəzifələri, xidmətin xüsusiyyətləri ilə tanışlıq

Hüquqi aktların, funksional vəzifələrin və onların icra qaydasını öyrənmək

Ədliyyə orqanlarında xidmətin əxlaqi və etik davranış qaydalarının əsaslarını öyrənmək

Xidmətin təşkili və aparılması xüsusiyyətlərini öyrənmək

Xidməti sənədləşmənin aparılması, məxfiçilik rejiminə riayət olunması qaydası ilə tanışlıq

Xidmətə və kollektivə uyğunlaşmaq

Xidməti vəzifələri yerinə yetirməyə hazır olmaq

_______________________

_______________________ _______________________ _______________________

(rütbəsi) (imzası) (adı, soyadı)

____________________________________________ rəis (komandir) müavini

(struktur qurumun adı)

_______________________ _______________________ _______________________

(rütbəsi) (imzası) (adı, soyadı)

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətdə hamilik işinin təşkili haqqında Təlimat”a

_____________________________________________________ rəisi (komandiri)

(struktur qurumun adı)

_______________________ ___________________ ______________________

(rütbəsi) (imzası) (adı, soyadı)

“_____”_____________________20___il

Əməkdaş ________________________________________________________________________

Doğulduğu tarix __________________________________________________________________

Təhsili ___________________________________________________________________________

Azərbaycan Respublikasının ədliyyə orqanlarında xidməti _____________________________

_________________________________________________________________________________

Hamilik dövrü: “_____”_____________________20___ ildən

“_____”_____________________20___ ilədək

_________________________________________________________________________________

_________________________________________________________________________________

Hami ____________________________________________________________________________

Aidiyyəti xidmətin rəhbəri _________________________________________________________

“_____”_____________________20___il

1. «Mətn» bölməsində əməkdaşın yerinə yetirdiyi konkret tapşırıqlar, onun xidmətə münasibəti, hüquqi sənədlərə dair bilikləri, nümayiş etdirdiyi əxlaqi keyfiyyətlər, çətin şəraitdə və ekstremal vəziyyətdə düzgün hərəkət və qərar qəbul etmək bacarığı göstərilir.

2. «Nəticə» bölməsində əməkdaşın tutduğu vəzifə üzrə xidməti vəzifələrinin müstəqil icrasına hazır olması barədə rəy verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver