TARİF - İXTİSAS XÜSUSİYYƏTLƏRİ
Baş dalğıc mütəxəssisi 16-cı dərəcə
İdarənin bütün növ sualtı-texniki dalğıc işlərinə, Dərinlik Dalğıc Kompleksinin (DDK) işinə metodiki və texniki rəhbərlik edir. Sualtı-texniki vasitələrin istismara buraxılmasında idarədə müəyyən edilmiş qaydaya və istismar təlimatına riayət edilməsini təmin edir. Sualtı-texniki vasitələrin və texniki sənədlərin (təlimatların) respublikada qüvvədə olan qanunvericiliyə, dünya standartlarına uyğun olaraq hazırlanması, istehsalatda tətbiqi və yoxlanmasını təşkil edir. Sualtı işlərin aparılması zamanı baş verən qəzaların, bədbəxt hadisələrin, peşə xəstəliklərinin araşdırılmasında iştirak edərək, onların səbəblərinin təhlili və aşkar olunmuş nöqsanların ləğvi üzrə operativ tədbirlərin həyata keçirilməsini təmin edir. Dalğıc kadrlarının və mütəxəssislərinin hazırlanmasına rəhbərlik edir. Sualtı-texniki işlərin vəziyyətini və səviyyəsini təhlil edir, nəticələri barədə rəhbərliyə təkliflər verir. Yerinə yetirilən sualtı-texniki işlərin (eyni zamanda DDK üzrə) həcminin düzgün müəyyən olunmasına və yerinə yetirilməsinə nəzarəti həyata keçirir. DDK-nm dalğıc mütəxəssisləri və mühəndislərinin fəaliyyətinə rəhbərlik edir. Məşq suyaenmələri də daxil olmaqla dalğıc suya enmələri və bütün növ sualtı dalğıc işlərinin yerinə yetirilməsini təşkil edir. Zərurət olduqda xüsusi mürəkkəb dalğıc işlərinin yerinə yetirilməsində iştirak edir. Sualtı-texniki işlərin yerinə yetirilməsi zamanı işçilərin həyatı və sağlamlığının qorunması, təhlükəsiz şəraitin yaradılması üzrə həyata keçirilən tədbirlərin səmərəliliyinə nəzarət edir.
Sualtı-texniki işlərdə istifadə olunan texniki vasitələrin və metodların təkmilləşdirilməsi üzrə elmi nailiyyətlərin işçilər tərəfindən mənimsənilməsi və tətbiqinə, idarədə texniki vasitələrdən istifadə olunmasında qüvvədə olan standartların, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normativ aktların tələblərinə, daxili intizam və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə, sənədləşmənin və kargüzarlıq işlərinin müəyyən olunmuş normalara uyğun həyata keçirilməsinə nəzarət edir. Dalğıc məntəqələrində dalğıc mütəxəssisləri və dalğıcların yerləşdirilməsi üzrə idarə rəhbərinə təkliflər verir. Dalğıc işləri ilə məşğul olan işçilərin mükafatlandırılması, eyni zamanda nizam-intizamı pozan işçilərin cəzalandırılması məqsədilə idarə rəhbəri qarşısında məsələ qaldırır. Sualtı-texniki dalğıc işlərini yerinə yetirərkən baş verən qəzaların, bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərini araşdırır və belə hadisələrin baş verməməsi üçün rəhbərliyə təkliflər verir.
Texniki təchizata təlabatı müəyyən edir. Dalğıc işləri üzrə sənədləşmələri və hesabatları yerinə yetirir, dalğıc avadanlıqları, alətləri və ləvazimatlarının uçotunu aparır.
Böyük dalğıc mütəxəssisinə aid olan vahid tarif-ixtisas xüsusiyyətlərinin tələblərini; Dövlət Neft Şirkətinin sualtı-texniki xidmət və Dərinlik Dalğıc Kompleksinin (DDK) fəaliyyəti üzrə əmr, qərar və göstərişlərini və sualtı-texniki işlər üzrə metodiki, normativ və digər rəhbəredici materialları; dalğıc avadanlıqlarının texniki istismar qaydalarmı və iş prinsiplərini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali texniki təhsili, ixtisası üzrə iqtisadiyyatın uyğun sahələrində mühəndis-texniki və rəhbər vəzifələrdə 5 ildən və böyük dalğıc mütəxəssisi vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
Dalğıc mütəxəssisi 10-11-ci dərəcələr
Dalğıc məntəqəsinin fəaliyyətinə rəhbərlik edir, dalğıc personalının dalğıc hazırlığını həyata keçirir. Dalğıc texnikasının işə daim hazırlığını, təmir edilməsini təmin edir, dalğıc avadanlıqları və ləvazimatlarından düzgün istifadə olunmasına və saxlanmasına nəzarət edir. Dalğıc texnikasına vaxtlı-vaxtında texniki baxış keçirir və dalğıcların tibbi müayinədən keçməsini təşkil edir. Texniki vasitələrin istismarı üzrə təlimat və qaydalara ciddi əməl olunmaqla, sualtı işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsini təşkil edir. Dalğıc texnikasından istifadə zamanı və dalğıc işləri yerinə yetirilən zaman təhlükəsizlik texnikası qaydalarına əməl olunmasını, istehsalat sahəsində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi qaydalarına və normativ-hüquqi aktların tələblərinə, texniki vasitələrdən istifadə olunmasında qüvvədə olan standartların tələblərinə riayət olunmasını, sənədləşmələrin və kargüzarlıq işlərinin müəyyən olunmuş normalara uyğun həyata keçirilməsini, daxili intizam qaydalarına əməl olunmasını təmin edir.
Dövlət Neft Şirkətinin aidiyyəti üzrə əmr, qərar və göstərişlərini və sualtı-texniki işlər üzrə metodiki, normativ və digər rəhbəredici materialları; müəssisədə dalğıc xidmətinin strukturunu; dalğıc texnikası və ləvazimatlarının konstruksiyasını; dəniz neft-qaz mədənlərində dalğıclar tərəfindən yerinə yetirilən təmir və xidmət işlərinin təşkilini, növlərini, texnologiyasını və yerinə yetirilmə metodlarmı: dalğıc texnikasının texniki istismar və təmir qaydalarmı sualtı aparatların nəzəri əsaslarmı; hiperbarik fıziologiyanın və dalğıc təbabətinin əsaslarmı; dalğıc əməyinin təhlükəsizliyi üzrə sahə və dövlət standartlarını; sualtı-texniki işlərin yerinə yetirilməsi zamanı texniki təhlükəsizlik qaydalarmı; dalğıc işləri sahəsində ölkədaxili və xarici ölkələrin təcrübəsini; iqtisadiyyatın əsaslarmı,əməyin elmi təşkilini, istehsalın təşkilini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarmı.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali texniki təhsili, ixtisası üzrə 3 ildən az olmayaraq iş stajı, dalğıc mütəxəssisi proqramı üzrə tam hazırlıq kursu bitirmiş.
Böyük dalğıc mütəxəssisi 12-13-cü dərəcələr
Dalğıc məntəqələrinin qəza-xilasetmə, gəmiqaldırma və digər dalğıc işləri zamanı fəaliyyətinə rəhbərlik edir. Zərurət olduqda xüsusi və mürəkkəb dalğıc qəza-xilasetmə işlərinin yerinə yetirilməsində şəxsən iştirak edir. Dərinlik Dalğıc Kompleksinin (DDK) dalğıc hazırlığına rəhbərlik edir. Dalğıcların suyaenmələrini təşkil edir. Tənəffüs üçün qaz qarışıqlarının hazırlanmasını təmin edir.
Dalğıclar tərəfindən görülən işin keyfiyyətinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına əməl edilməsinə, dalğıc avadanlığı və geyimlərindən düzgün istifadə edilməsinə və saxlanmasına nəzarət edir. Dalğıcların texniki bilik səviyyələrinin yüksəldilməsi işində, eləcə də Dalğıc-İxtisas Komissiyalarının işində yaxından iştirak edir. Dalğıc avadanlıqlarına vaxtlı-vaxtında baxış keçirir və dalğıcların tibbi müayinəsini təşkil edir. Dalğıc texnikasının işlək vəziyyətdə olmasını və texniki istismar qaydalarına riayət edilməsini təmin edir. Texniki vasitələrdən istifadə olunmasında bütün rəhbər, normativ-hüquqi sənədlərə və təlimatlara ciddi əməl olunmasına və sualtı işlərin keyfiyyətinə nəzarət edir. Dalğıc avadanlığının texniki təminatına sifarişləri tərtib edir, ehtiyat hissələri, avadanlıq, alətlər və materialların istifadə olunmasına və qeydiyyatına nəzarəti həyata keçirir. Dalğıc işləri üzrə sənədləşmənin, hesabatların aparılmasını təmin edir. İstehsalat sahəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi qaydalarına və normativ aktların tələblərinə, texniki vasitələrdən istifadə olunmasında qüvvədə olan standartların tələblərinə riayət olunmasına, sənədləşmənin və kargüzarlıq işlərinin müəyyən olunmuş normalara uyğun həyata keçirilməsinə, daxili intizam qaydalarına əməl olunmasına nəzarət edir. Mürəkkəb dalğıc işlərinə rəhbərlik edir.
Dalğıc mütəxəssisinə aid olan vahid tarif-ixtisas xüsusiyyətlərinin tələblərini; DDK-nın bütün sistem və qovşaqlarının quruluşunu; hidrotexniki qurğuların konstruksiyalarmı; DDK-nın istismar və texniki sənədləşmələrini; müəssisədə maddi-texniki təchizatın təşkilini; hövzə və ətraf mühitin qorunması üzrə qanunvericiliyin əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali texniki təhsili və dalğıc mütəxəssisi vəzifəsində 2 ildən az olmayaraq iş stajı.