Qanunvericilik › Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinin say normativləri barədə (Nazirlər Kabinetinin qərarı, 18.01.2006) › Tam mətn

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinin say normativləri barədə (Nazirlər Kabinetinin qərarı, 18.01.2006)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinin say normativləri barədə (Nazirlər Kabinetinin qərarı, 18.01.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanından irəli gələn məsələləri həll etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinin say normativlərini təsdiq etsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərarın tətbiqi ilə əlaqədar tələb olunan xərclərin ödənilməsinin dövlət büdcəsindən bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilməsini təmin etsin.

3. "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təşkili və sisteminin strukturu haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 15 fevral tarixli 81 nömrəli qərarının 9-cu bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 18 yanvar 2006-cı il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver