Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarəti daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə müvafiq olaraq
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 sentyabr 1998-ci il tarixli 129 №-li şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarət barədə” Təlimata aşağıdakı məzmunda əlavələr edilsin:
- Təlimatın 4.1. yarımbəndinin sonunda “geri çağırılmayan akkreditiv açılması” sözündən sonrakı “yolu ilə” sözləri çıxarılsın və “müvəkkil banklar tərəfindən “Uçot Kartoçkası”nın “A 1” və “A 2” bölmələrində qeyd edilməklə təsdiq edildikdən sonra “ sözləri əlavə edilsin.
- Təlimatın “İxrac əməliyyatlarında valyuta ödənişlərinə nəzarətin texnoloji sxemi” nə dair 1 №-li əlavəsinin 1.1. yarımbəndində “ “A 1” bölməsini isə”, sözləri “bütün hallarda “A 1” bölməsini, sövdələşmə xüsusiyyəti 21 və 41 ilə aparılan ixrac əməliyyatlarında isə, həmçinin “ “A 2” bölməsini” sözləri ilə əvəz edilsin.
Komitənin sədri K.Heydərov.
_______№-li əmrin surətini aldı:
1. ___________________________________________________________________________
2. ___________________________________________________________________________
3. ___________________________________________________________________________
4. ___________________________________________________________________________
1. ___________________________________________________________________________
2. ___________________________________________________________________________
3._____________________________________________________________________
4. _____________________________________________________________________
5._____________________________________________________________________
______________________________________________________________________________