Qanunvericilik › “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 27.08.2007) › Tam mətn

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 27.08.2007)

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 27.08.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün geyim formasının və fərqləndirmə nişanlarının təchizat normasını müəyyən etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2007-ci il

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra - FHN) hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması (bundan sonra - geyim forması) hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların geyim əşyaları, nişanlan və ləvazimatlarının dəstidir.

üst geyimləri - qış paltosu, demisezon palto, demisezon gödəkcə, tujurka, kombinezon, xalat, kitel, şalvar və s.;

baş geyimləri - papaq, fiırajka, pilotka, şlyapa və s.;

ayaqqabılar - tufli, botinka, uzunboğaz çəkmə və s.;

digər geyim əşyaları - köynəklər, yun köynəklər, şərflər, əlcəklər və s. aiddir.

3. Hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların fərqləndirmə nişanlan (bundan sonra - fərqləndirmə nişanları) geyim formasında rəmzlərlə şərti təsvir olunaraq dövlət mənsubiyyətini, FHN-ə, ixtisasına, hərbi (xüsusi) rütbəyə, hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşlarının) heyətinə və struktur bölmə vahidinə mənsubiyyəti göstərir.

Fərqləndirmə nişanlan (rütbəyə, hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların heyətinə görə fərqləndirmə nişanlarından başqa) Azərbaycan Respublikasının fövqəladə hallar naziri (bundan sonra - fövqəladə hallar naziri) tərəfindən təsis edilir, bu nişanlar haqqında əsasnamələr və onların təsvirləri fövqəladə hallar naziri tərəfindən təsdiq edilir.

Hərbi (xüsusi) rütbəyə görə və hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların heyətinə görə fərqləndirmə nişanları və onların təsvirləri bu Əsasnamə ilə müəyyən edilir.

4. Fərqləndirmə nişanlarına - poqonlar, yaxa nişanları, döş və qol nişanları (jetonlar, tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar), poqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar aiddir. Bundan əlavə, hərbi (xüsusi) geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.

5. Ləvazimat dəsti - şəxsi silah və əmlakı gəzdirmək üçün nəzərdə tutulmuş əşyalar dəstidir. Ona bel kəməri, aşırma kəmər, səhra jileti, əşya torbası, qumquma və bel üçün üzlüklər, səhra çantası, qobur və s. aiddir.

6. Geyim forması mərasim, gündəlik, səhra geyim formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə öz növbəsində, yay və qış geyimlərinə bölünür.

Xüsusi geyimlər xüsusi mərasim, xüsusi xidmət formaları, xüsusi texniki, xüsusi peşə, xüsusi iş, istiləşdirilmiş xüsusi, xüsusi yay, xüsusi hospital və xüsusi mülki paltarlara bölünür.

Yay geyim forması tikilərkən nazik parçalardan istifadə edilir.

7. Mərasim geyim forması dövlət, hökumət rəhbərlərinin iştirak etdikləri rəsmi tədbirlərdə, xüsusilə təntənəli hallarda, istirahət və ya bayram günlərində, habelə xidmətdən kənar vaxtda geyinmək üçün nəzərdə tutulur.

8. Səhra geyim forması döyüş şəraitində, sutkalıq naryadlarda (qərargahlarda, idarələrdə və müəssisələrdə növbətçiliklərdən başqa), təlimlərdə, manevrlərdə, döyüş növbələrində və təlim mərkəzlərindəki məşğələlərdə geyinmək üçün nəzərdə tutulur.

9. Gündəlik geyim forması qalan bütün hallarda geyilir.

10. FHN-də xidmət keçmə xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçulara və xüsusi rütbəsi olan əməkdaşlara geyim formalarının əvəzinə pul kompensasiyası verilə bilər. Pul kompensasiyasının verilmə qaydaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla FHN tərəfindən müəyyən edilir.

11. Xüsusi xidmət geyim formasını növbə çəkən, komendant xidməti, qarovul xidməti, naryadda daxili xidmət çəkmək üçün təyin edilən və digər xidməti fəaliyyətdə olan hərbi qulluqçular və xüsusi rütbəsi olan əməkdaşlar geyinirlər.

12. Xüsusi peşə paltarını xidməti fəaliyyətləri yerinə yetirdikləri ixtisaslara xas olan vəzifələrlə əlaqədar hərbi qulluqçular və xüsusi rütbəsi olan əməkdaşlar geyinirlər.

13. Xüsusi texniki paltarları xidməti silahların, hərbi və xüsusi texnikanın istismarı, onlara qulluq edilməsi və təmiri ilə əlaqədar hərbi qulluqçular və xüsusi rütbəsi olan əməkdaşlar (zirehli texnika və onların bazası əsasında yaradılmış maşınların, bilavasitə silahların və hərbi texnikanın təmiri ilə məşğul olan təmir bölmələrinin və hərbi hissələrin hərbi qulluqçuları, hava gəmilərinə, dəniz gəmilərinin güc qurğularına qulluq edən hərbi qulluqçular və başqaları) geyinirlər.

14. Xüsusi iş paltarını hərbi qulluqçular və xüsusi rütbəsi olan əməkdaşlar təsərrüfat, inşaat işlərini yerinə yetirdikdə, müalicə müəssisələrində, yeməkxanalarda işlədikdə, texnika və silahlara qulluq etdikdə geyinirlər.

15. İstiləşdirilmiş xüsusi paltarları (yarımkürklər, gödəkcələr, şalvarlar, xəz əlcəklər, sviterlər, keçə çəkmələr və s.) hərbi qulluqçular və xüsusi rütbəsi olan əməkdaşlar qış vaxtı, havanın temperaturu aşağı olan şəraitdə keçirilən məşğələlərdə, təlimlərdə və işlərdə, xüsusilə soyuq iqlimli, havanın temperaturu daha aşağı olan və güclü külək əsən rayonlarda isə hər gün geyinirlər.

16. Xüsusi yay paltarını (qısaqol gödəkcələr və s.) hərbi qulluqçular və xüsusi rütbəsi olan əməkdaşlar yay vaxtı, havanın temperaturu yuxan olan şəraitdə keçirilən məşğələlərdə, təlimlərdə və işlərdə xüsusilə isti iqlimli, havanın temperaturu daha yuxan olan rayonlarda isə hər gün geyinirlər.

17. Xüsusi hospital paltarını müalicə müəssisələrində müalicə edilən hərbi qulluqçular və xüsusi rütbəsi olan əməkdaşlar geyinirlər.

18. Xüsusi mülki paltarları yeməkxanada işləmək üçün təyin edilmiş hərbi qulluqçular, xüsusi rütbəsi olan əməkdaşlar və mülki şəxslər xidmət vaxtı, eləcə də xidməti zərurətlə bağlı digər hallarda geyinirlər.

19. Keçirilən tədbirlərdə (sıra baxışlarında, sıra düzümlərində, müşavirələrdə və s.) iştirak etmək üçün geyim forması, tapşırıqların xarakteri və yerinə yetirilməsi şəraiti nəzərə alınmaqla həmin tədbirləri keçirən rəislər (komandirlər) tərəfindən müəyyən edilir.

20. FHN-də həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular və xidmət keçən xüsusi rütbəsi olan əməkdaşlar, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər, habelə ehtiyata, yaxud istefaya buraxılarkən geyim forması daşımaq hüququ olan şəxslər həmin geyim formasını daşımaq hüququna malikdirlər.

Geyim formasını daşımaq hüququ olmayan şəxslərə hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların fərqləndirmə nişanları olan geyim formasını geyinmək qadağandır.

21. FHN-in hərbi qulluqçuları geyim formasını fövqəladə hallar naziri tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq daşıyırlar.

22. Hərbi qulluqçular və xüsusi rütbəsi olan əməkdaşlar üçün geyim formasının və fərqləndirmə nişanlarının təchizat norması Azərbaycan Respublikasının Nazirlər Kabineti, geyim forması ilə təmin edilmə qaydası isə fövqəladə hallar naziri tərəfindən müəyyən edilir.

23. Xüsusi geyim və ləvazimat dəstinin tərkibi, təsviri, təminat və daşımaq qaydaları fövqəladə hallar naziri tərəfindən müəyyən edilir.

24. FHN-in ali zabitlərinin geyim forması Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ali zabitlərinin geyim forması kimidir.

25. FHN-in zabitlərinin, gizirlərinin və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının (bundan sonra - hərbi qulluqçular) və xüsusi rütbəsi olan əməkdaşlarının mərasim geyim formasına aşağıdakı geyim əşyaları aiddir:

25.1. Yay paltarı (şəkil 1-5)

Furajka (qadınlarda - şlyapa) - tünd umbra rəngli.

Kitel - oxra (qum) rəngli.

Şalvar (qadınlarda - tuman) - tünd umbra rəngli.

25.2. Qış paltan (şəkil 12, 13, 14)

Papaq, yaxud fiırajka (qadmlarda - şlyapa) - tünd ümbra rəngli.

Palto - tünd umbra rəngli.

Kitel - oxra (qum) rəngli.

Şalvar (qadınlarda - tuman) - tünd umbra rəngli.

25.3. FHN-in Aviasiya Dəstəsinin (bundan sonra - AD) hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları aiddir:

Yay paltarı (şəkil 20, 21)

Furajka (qadınlarda - şlyapa) - tünd mavi rəngli.

Kitel - tünd mavi rəngli.

Şalvar (qadınlarda - tuman) - tünd mavi rəngli.

25.4. Qış paltarı (şəkil 25-26)

Papaq, yaxud furajka (qadınlarda - şlyapa) - tünd mavi rəngli.

Palto - tünd mavi rəngli. Kitel - tünd mavi rəngli.

Şalvar (qadınlarda - tuman) - tünd mavi rəngli.

25.5. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin (bundan sonra - KGNSXDX) xüsusi rütbəsi olan əməkdaşlarının mərasim geyim forma-sına aşağıdakı geyim əşyaları aiddir:

yay paltarı (şəkil 30, 31)

Furajka (qadınlarda - şlyapa) - qara rəngli.

Kitel - tünd dəniz dalğası rəngli.

Şalvar (qadınlarda - tuman) - qara rəngli.

25.6. Qış paltarı (şəkil 33, 34)

Papaq, yaxud furajka (qadınlarda - şlyapa) - qara rəngli.

Kitel - tünd dəniz dalğası rəngli.

Şalvar (qadınlarda - tuman) - qara rəngli.

25.7. Bu Əsasnamənin 25.1-ci, 25.3-cü və 25.5-ci maddələrindəki geyim əşyalarına aşağıdakılar da əlavə edilir:

şalvar qayışı - qara rəngli.

Asma qayış - qızılı rəngli.

Qalstuk - qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər - ağ rəngli.

Akselbant - qızılı rəngli.

Corablar (qadınlarda - dəri rəngli neylon corablar) - qara rəngli.

Qılınc (zabit heyəti və orta, böyük və ali rəis heyəti üçün).

25.8. Bu Əsasnamənin 25.2-ci, 25.4-cü və 25.6-cı maddələrindəki geyim əşyalarına aşağıdakılar da əlavə edilir:

şalvar qayışı - qara rəngli.

Aşırma qayış - qızılı rəngli.

Qalstuk - qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər - ağ rəngli.

Akselbant - qızılı rəngli.

Corablar (qadınlarda - dəri rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngli.

Qılınc (zabit heyəti və orta, böyük və ali rəis heyəti üçün).

25.9. Qış, yaxud yay tuflisi (qadınlarda - uzunboğaz çəkmə) - qara rəngli.

26. FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarının mərasim geyim forması əşyalarının təsviri.

26.1. Furajka - tünd umbra rəngli.

Oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, qara (zabitlərdə - qızılı) rəngli çənəaltı qayışcıqdan və forma düymələrindən ibarətdir. Şalvarın hazırlandığı parçadan hazırlanır.

Dibcik, təpə və dövrə tünd göy rəngdədir. Dövrənin üstündən rəngli bəzək lenti keçir. Qabaqdan furajkanm dövrəsində FHN hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının heyəti üçün müəyyən edilmiş (bu Əsasnamənin 37-ci maddəsi) qızılı rəngdə tikmə kokarda vardır.

Günlük qara (baş zabitlərdən, ali və böyük rəis heyətindən başqa), AD-nin baş zabitləri üçün tünd göy rəngdədir.

Baş zabitlərin, ali və böyük rəis heyətinin günlüyünün üstünə, onlar üçün müəyyən edilmiş qızılı rəngdə naxış olan üzlük tikilir (şəkil 43).

Qara (qızılı) rəngli çənəaltı qayışcıq, üstündə aypara və səkkizguşəli ulduz (ali rəis heyəti üçün isə Azərbaycan Respublikasının dövlət gerbi) həkk edilmiş qızılı rəngli kiçik forma düyməsinə bağlanır (şəkil 45).

26.2. Şlyapa (qadın hərbi qulluqçular üçün) - tünd umbra rəngli.

Kənarları arxadan və yanlardan bir az qaldırılmış, qara (zabitlərdə - qızılı) rəngli qayışcığı iki kiçik forma düyməsinə bağlanan baş geyimidir. Kitelin hazırlandığı parçadan hazırlanır. Şlyapanın aşağı qırağı ilə kənarlarının üstündən eni 30 mm olan rəngli bəzək lenti keçir.

Şlyapanın qabaq hissəsinin ortasında FHN hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 37-ci maddəsi) qızılı rəngdə tikmə kokarda vardır.

Qabaqdan şlyapanın kənarlarının üstündə baş zabitlər və böyük rəis heyəti üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxış vardır (şəkil 44).

26.3. Papaq - tünd umbra rəngli.

Silindr formalı, dibcikdən, dövrədən və qulaqlıqlardan ibarətdir.

Ali rəis heyəti üçün papaq - tünd boz rəngli qaragüldən (xəzdən) kombinə edilmişdir.

Papağın içində ipəkdən sırınma astar vardır.

Dövrə tünd boz rəngli təbii qaragüldən tikilir. Dövrə alın və iki düyməciklə bərkidilən arxa hissədən ibarətdir. Dövrənin alın hissəsinin aşağısına qara rəngli günlük tikilir. Günlüyün üstünə baş zabitlər və böyük və ali rəis heyəti üçün müəyyən edilmiş qızılı rəngli naxışlar tikilir.

Günlüyün dövrəyə birləşdiyi hissədə qara (qızılı) rəngli çənəaltı qayışcıq, üstündə aypara və səkkizguşəli ulduz (ali rəis heyəti üçün Azərbaycan Respublikasının Dövlət gerbi) həkk edilmiş qızılı rəngli kiçik forma düyməsinə bağlanır.

Papağın alın hissəsində FHN-in hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının heyəti üçün müəyyən edilmiş (bu Əsasnamənin 37-ci maddəsi) qızılı rəngdə tikmə kokarda vardır.

26.4. Qış paltosu - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün tünd umbra, AD-nin hərbi qulluqçuları üçün tünd göy, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşları üçün qara rəngli.

Qızılı rəngli üç böyük forma düyməsi (şəkil 45) ilə düymələnən ikibortlu, qadın hərbi qulluqçular və xüsusi rütbəsi olan əməkdaşlar üçün birbortlu dörd böyük forma düyməsi ilə düymələnən (şəkil 13-14) qatlanan boyunluqludur. Laylan yanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblidir.

Kürəkdə, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun böyür tikiş yerlərinə bərkidilmiş qızılı rəngli iki böyük forma düyməsi ilə düymələnən tənzimləyici kəmərcik vardır.

Qolları ikitikişli, qol köbəli, içəridən tikiləndir.

Vatinlə istiləşdirilmiş astarın ətəkləri sərbəstdir.

Astarında iki kəsmə qoltuq cibi vardır.

Yun parçadan hazırlanan paltonun elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan poqonlar üçün kəmərciklər vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir.

Paltonun sağ (qadın hərbi qulluqçular və xüsusi rütbəsi olan qadın əmək-daşlar üçün - sol) bortuna yaxanı düymələmək üçün adi düymə tikilmişdir.

Paltonun yaxalıqlarının künclərində ali rəis heyəti üçün yaxa nişanları, hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların qalan kateqoriyaları üçün qızılı rəngdə metal emblem bərkidilir (bu Əsasnamənin 35-ci maddəsi).

Ali rəis heyəti üçün paltonun qol köbəsinin, boyunluğunun kənarı boyu üstündən qırmızı rəngli mahuddan kant vardır.

Paltonun sol qolunun xarici səthində fövqəladə hallar nazirinin müəyyən etdiyi qaydada FHN-ə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı (çiyindən 10 sm aşağı məsafədə) tikilir.

Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir.

26.5. Yay (qış) kiteli (ali rəis heyəti üçün dörd böyük düymə ilə düymələnən) təkbortlu - oxra (qum) rəngli.

Açıq, təkbortlu, qatlanan boyunluqludur. Bortu ortadan dörd böyük forma düyməsi (şəkil 45) ilə düymələnir. Laylan kəsmə yan hissəli olub, qabaqdan köklənmişdir. Onlarda üstdən tikilmiş və kiçik forma düymələri ilə düymələnən iki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri, habelə fiqurlu qapaqları forma düymələri ilə düymələnən yan üstdəntikilmə iki şaquli qırçınlı cibləri vardır.

Kürəkdə, ortada şlitsa ilə tamamlanan tikiş vardır.

Qolları iki tikişli, qol köbəli, içəridən tikiləndir.

Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır.

Kostyum parçasından hazırlanan kitelin elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir. Kitelin yaxalıqlarının künclərində qızılı rəngdə metaldan emblem (ali rəis heyətində - palıd budaqlan şəklində qızılı rəngdə naxış) yerləşir (bu Əsasnamənin 35-ci maddəsi).

Ali rəis heyəti üçün kitelin boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant vardır.

Kitelin sol qolunun xarici tərəfində fövqəladə hallar nazirinin müəyyən etdiyi qaydada FHN-ə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı (çiyindən 10 sm aşağı məsafədə) tikilir (bu Əsasnamənin 35-ci maddəsi).

26.6. Yay (qış) şalvarı - FHN-in hərbi qulluqçularında və xüsusi rütbəsi olan əməkdaşlarında tünd umbra rəngli, AD-nin hərbi qulluqçularında tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşlarında qara rəngli.

Tikilmə qurşaq aşırma ilgəklə düymələnir.

Şalvarın kəsmə yan cibləri, qurşağının sol yarısındakı tikiş yerində saat cibi, arxadan sağ tərəfində qapaqlı kəsmə cibi vardır.

Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır, yaxud 3-4 düymə ilə düymələnir. Qurşaqda ensiz kəmər üçün 7 halqa (körpü) vardır.

Zabitlərin, gizirlərin və xüsusi rütbəsi olan əməkdaşların şalvarına rəngli mahuddan kant (ali rəis heyəti üçün qırmızı lampas) tikilir.

26.7. Yay (qış) tumanı - FHN-in qadın hərbi qulluqçuları və xüsusi rütbəsi olan qadın əməkdaşlarında tünd umbra rəngli, AD-nin qadın hərbi qulluqçularında tünd göy rəngli, KGNSXDX-in xüsusi rütbəsi olan qadın əməkdaşlarında qara rəngli.

Tikilmə qurşaqlı, sarjadan, yaxud satindən astarı vardır.

Arxasında zəncirbənd və şlitsa vardır. İki parçadan ibarətdir.

Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir.

26.8. Köynək - ağ rəngli (mərasim üçün).

Köynək ağ rəngli parçadan hazırlanır. Tikilmə qatlanan boyunluqludur. Bortu ortadan düymələnir. Poqonlar üçün kəmərcikləri, iki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri vardır. Qolları manjetli və yarıqlıdır. Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir.

Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir.

Qadın hərbi qulluqçular üçün köynəyin qabağı yan tikişlərlə köklənmişdir.

FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün köynək tünd umbra rəngli, AD-nin hərbi qulluqçuları üçün tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşları üçün qara rəngli taxılıb-çıxarılan poqonlarla (bu Əsasnamənin 34-cü maddəsi) geyilir.

26.9. Qalstuk - qara rəngli.

İti ucla tamamlanan uzanmış trapesiya şəkilli əsas hissədən, metal ilgəkli rezinli qaytandan və daimi düyündən ibarətdir. Qalstuk qızılı rəngdə metal sıxacla gəzdirilir (şəkil 47).

26.10. Şərf - ağ rəngli.

Trikotaj, yun, ipək, yaxud adi parçadan hazırlanır. Ölçüləri 120x20 sm-dir.

26.11. Yay tuflisi - qara rəngli.

Qara rəngli xromdan hazırlanır. Tənzimləyici rezinciyi, yaxud bağları vardır. Dabanı qəliblənmişdir.

Altlığı göndəndir. Bumu və arxa hissəsi möhkəmləndirilmişdir.

Qadın yay tuflisi alçaq dabanlıdır. Burnu ensiz, arxa hissəsi möhkəmləndirilmişdir.

26.12. Qış tuflisi - qara rəngli.

Qara rəngli xromdan hazırlanır. Altlığı qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

26.13. Uzunboğaz çəkmə (qadınlar üçün) - qara rəngli.

Qara rəngli xromdan hazırlanır. Dabanı orta ölçüdədir. Bumu ensizdir. Zəncirbəndlə bağlanır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

27. FHN-in hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının gündəlik geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları aiddir:

27.1. Yay paltarı (şəkil 6-7, 22, 32).

Furajka, pilotka və qadınlarda şlyapa - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün tünd umbra rəngli, AD-nin hərbi qulluqçuları üçün tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşları üçün qara rəngli.

Yay kiteli - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşla-n üçün oxra (qum) rəngli, AD-nin hərbi qulluqçuları üçün tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşları üçün qara rəngli.

Yay şalvarı (qadınlarda - tuman) - tünd umbra rəngli.

Şalvar qayışı - qara rəngli.

Köynək (qısaqol köynək) - açıq bej rəngli.

Qalstuk - qara rəngli, qızılı rəngli sıxacla.

Corablar (qadınlarda - dəri rəngli neylon corablar) - qara rəngli.

Yay tuflisi - qara rəngli.

Zabitlərə, gizirlərə və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularına və xüsusi rütbəsi olan əməkdaşlara gündəlik yay geyim formasını kitelsiz, demisezon gödəkcədə, qısaqol və ya uzunqol köynəkdə pilotka ilə və ya furajka (qadınlara - şlyapa) ilə geyilməsinə icazə verilir (şəkil 8-9, 16, 23, 24, 39, 40).

27.2. Qış paltarı (şəkil 10, 11, 27-29, 35, 36, 38).

Papaq, yaxud furajka (qadınlarda - şlyapa) - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarında tünd umbra rəngli, AD-nin hərbi qulluqçularında tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşlarında qara rəngli.

Demisezon palto - FHN-in hərbi qulluqçuları ve xüsusi rütbəsi olan əməkdaşlarında tünd umbra rəngli, AD-nin hərbi qulluqçularında tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşlarında qara rəngli.

Demisezon gödəkcə - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarında açıq umbra rəngli, AD-nin hərbi qulluqçularında açıq göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşlarında qara rəngli.

Qış şalvarı (qadınlarda - tuman) - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarında tünd umbra rəngli, AD-nin hərbi qulluqçularında tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşlarında qara rəngli.

Şalvar qayışı - qara rəngli.

Qalstuk - qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər - qara rəngli.

Corablar (qadınlarda - dəri rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngli.

Qış, yaxud yay tuflisi (qadınlarda - uzunboğaz çəkmə) - qara rəngli.

28. FHN-in hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının gündəlik geyim forması əşyalarının təsviri:

28.1. Furajka - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün tünd umbra rəngli, AD-nin hərbi qulluqçuları üçün tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşları üçün qara rəngli.

28.2. Şlyapa (qadın hərbi qulluqçular üçün) - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün tünd umbra rəngli, AD-nin hərbi qulluqçuları üçün tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşları üçün qara rəngli.

28.3. Pilotka - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün tünd umbra rəngli, AD-nin hərbi qulluqçuları üçün tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşları üçün qara rəngli.

Şalvarın hazırlandığı parçadan hazırlanır.

Pilotka iki divarcıqdan və qulaqlıqdan ibarətdir.

Qulaqlığın dairəvi və iti ucları pilotkanın qabaq hissəsində bir-birinin üstünə qoyulur. Pilotkanın astarı vardır.

Pilotkanın kənarı boyu qızılı rəngdə zolaq tikilir (zabitlər və orta, böyük və ali rəis heyəti üçün).

Pilotkanı kokarda ilə daşıyırlar. Kokarda (emblem) pilotkanın sol tərəfində olmalıdır.

28.4. Papaq - şalvarın rəngindədir.

Mərasim geyim forması üçün papağın (bu Əsasnamənin 26.3-cü maddəsi) təsvirinə uyğundur.

28.5. Demisezon palto - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün tünd umbra rəngli, AD-nin hərbi qulluqçuları üçün tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşları üçün qara rəngli.

Demisezon palto sadə rəngli düymə ilə düymələnən ikibortlu, qatlanan boyunluqlu və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastmas toqqası olan kəməri vardır.

Kürəkdə, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır.

Qolları ikitikişli, içəridən tikilən kəmərciklidir.

Astannda iki kəsmə qoltuq cibi vardır.

Kostyum parçasından hazırlanan paltonun və onun kəmərinin elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan paqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər kiçik forma düymələri ilə düymələnir.

Demisezon paltonun yaxalıqlarının künclərində hərbi qulluqçular üçün qızılı rəngdə metal emblemlər bərkidilir (bu Əsasnamənin 35-ci maddəsi).

Döşəmədən demisezon paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir.

28.6. Yay (qış) kiteli - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün oxra (qum) rəngli, AD-nin hərbi qulluqçuları üçün tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşları üçün tünd dəniz dalğası rəngli.

Mərasim geyim forması üçün kitelin (bu Əsasnamənin 26.5-ci maddəsi) təsvirinə uyğundur. Poqonları həmin parçadan tikilmədir. Tikilmə poqonların yuxarı hissəsində qızılı rəngli kiçik forma düyməsi yerləşdirilmişdir.

28.7. Demisezon gödəkçə - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün açıq umbra rəngli, AD-nin hərbi qulluqçuları üçün açıq göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşları üçün açıq dəniz dalğası rəngli.

Bortları zəncirbəndlə bağlanır, astarlıdır. Laylarında yan kəsmə fiqurlu qapağı basma düymə ilə düymələnən cibləri vardır.

Kürəyi bütöv, düz siluetlidir.

Qolları tək tikilişlidir, aşağı kənarlarına elastik trikotaj manjet tikilmişdir.

Gödəkcənin qurşağı trikotajdandır. Sol laydakı qurşağa basma düymə ilə düymələnən fiqurlu kəmərcik tikilmişdir.

Boyunluğu dikdir, trikotajdandır, gödəkcənin parçasından hazırlanan taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər basma düymə ilə düymələnir.

28.8. Yun köynək - göy rəngli.

Yundan toxunulur, yaxası üçbucaq şəkilli, açıqdır. Tünd göy rəngli, taxılıb-çıxarılan poqonlar üçün elə həmin rəngdə kəmərcikləri vardır. Kəmərciklər yun köynəyin rənginə uyğun kiçik adi düymələrlə düymələnir və ya tekstil lent ilə bağlanır.

Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir.

28.9. Yay (qış) şalvarı - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün tünd umbra rəngli, AD-nin hərbi qulluqçuları üçün tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan əməkdaşları üçün qara rəngli.

Hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların (çavuşlardan başqa) şalvarında rəngli mahuddan kant (ali zabitlər üçün - qırmızı lampas) tikilir.

28.10. Yay (qış) tumanı - FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan qadın əməkdaşları üçün tünd umbra rəngli, AD-nin qadın hərbi qulluqçuları üçün tünd göy rəngli, KGNSXDX-nin xüsusi rütbəsi olan qadın əməkdaşları üçün qara rəngli.

28.11. Köynək - ağ rəngli.

Mərasim geyim forması üçün ağ rəngli köynəyin (bu Əsasnamənin 26.8-ci maddəsi) təsvirine uyğundur.

28.12. Qısaqol köynək - açıq bej rəngli.

Qısaqol, tikilmə, qatlanan boyunluqludur. Kiçik forma düyməsi ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır.

Bortu ortadan yeddi forma düyməsi ilə düymələnir. Üstdən tikilmiş və kiçik forma düymələri ilə düymələnən, iki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri vardır.

Qısaqol köynək və onun poqonları üçün kəmərcikləri köynəyin parçasından hazırlanır.

Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir.

Köynək qalstuksuz daşınır.

28.13. Qalstuk - qara rəngli.

28.14. Şərf- ağ rəngli.

28.15. Yay tuflisi - qara rəngli.

28.16. Qış tuflisi - qara rəngli.

28.17. Uzunboğaz çəkmə (qadınlar üçün) - qara rəngli.

29. FHN-in hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının səhra geyim formasına aşağıdakı geyim əşyaları aiddir:

29.1. Yay paltarı (şəkil 17)

Yay furajkası - kamuflyaj rəngli.

Yay gödəkcəsi - kamuflyaj rəngli.

Yay şalvarı - kamuflyaj rəngli.

Şalvar qayışı - kamuflyaj rəngli.

Qısaqol mayka - kamuflyaj rəngli alt paltarları əşyaları tərkibində.

Bel kəməri - kamuflyaj rəngli.

Corablar - qara rəngli.

Uzunboğaz botinka - qara rəngli.

29.2. Qış paltarı (şəkil 18)

Papaq - tünd boz rəngli, yaxud kamuflyaj rəngli qış furajkası.

İstiləşdirilmiş qış gödəkcəsi - kamuflyaj rəngli.

Qış gödəkcəsi - kamuflyaj rəngli.

Qış (istiləşdirilmiş qış) şalvarı - kamuflyaj rəngli.

Şalvar qayışı - kamuflyaj rəngli.

Uzunqol mayka - kamuflyaj (zeytun) rəngli alt paltarları əşyaları tərkibində.

Yun köynək - zeytun rəngli.

Bel kəməri - kamuflyaj rəngli.

Əlcəklər - qara rəngli.

Şərf - zeytun rəngli.

Corablar - qara rəngli.

Uzunboğaz botinka - qara rəngli.

30. FHN-in hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının səhra geyim forması əşyalarının təsviri:

30.1. Yay furajkası - kamuflyaj rəngli.

Dörd yan, bir ön xiştəkdən və günlük hissələrindən ibarətdir. Kamuflyaj rəngli parçadan hazırlanır.

Qabaqdan furajkanın ön xiştəyi üstündə FHN-in hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının heyətləri üçün müəyyən edilmiş (bu Əsas-namənin 37-ci maddəsi) qara rəngdə tikmə (preslənmiş) kokarda vardır.

İki arxa xiştək furajkanın ölçüsünü tənzimləyən elastik lentlə yığılır və ya tekstil lentlə bağlanır.

Günlük - üzərinə kamuflyaj rəngli parça çəkilmiş bərk materialdan hazırlanır. Günlüyün üstündə baş zabitlər, böyük və ali rəis heyəti üçün müəyyən edilmiş qara rəngdə naxış vardır.

30.2. Qış furajkası - kamuflyaj rəngli.

Dörd yan, bir ön xiştəkdən, qulaqlıqdan, günlük hissələrindən ibarətdir. Kamuflyaj rəngli parçadan hazırlanır. İstiləşdirilmiş astan vardır.

Qabaqdan furajkanın ön xiştəyi üstündə hərbi qulluqçuların heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 37-ci maddəsi) qara rəngdə tikmə (preslənmiş) kokarda vardır.

Günlük - üzərinə kamuflyaj rəngli parça çəkilmiş bərk materialdan hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş qara rəngdə naxış vardır.

30.3. Papaq - tünd umbra rəngli.

Mərasim geyim forması üçün papağın (bu Əsasnamənin 26.3-cü maddəsi) təsvirinə uyğundur.

30.4. Yay (qış) gödəkcəsi - kamuflyaj rəngli.

Kamuflyaj rəngli parçadan tikilir, qatlanan boyunluqludur. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün kəmərciklər vardır.

Bortları ortadan beş (dörd görünməyən, yuxarıda isə görünən) adi düymə ilə düymələnir. Laylarda üstdən tikilmiş və görünməyən adi düymələrlə düymələnən, qapaqlı döş və yan cibləri vardır. Sol döş cibində gizli qələm cibi vardır.

Gödəkcə ətəyinə qədər astarlıdır.

Qolları iki tikişlidir, dirsək hissələrində gödəkcənin öz rəngində əlavə qat tikilmişdir, qollarının ağzı kəmərciklidir.

Gödəkcənin yaxalıqlarının künclərində qara rəngdə emblem (ali zabitlər-də - palıd budaqları şəklində qara rəngdə naxış) yerləşir (bu Əsasnamənin 37-ci maddəsi).

Gödəkcənin sağ döş cibinin qapağı üstündə hərbi qulluqçuların şəxsi nömrəsi, soyadı, qan qrupu və rezus-faktoru göstərilən zeytun rəngdə döş nişanı tikilir.

30.5. İstiləşdirilmiş qış gödəkcəsi - kamuflyaj rəngli.

Kamuflyaj rəngli parçadan tikilir, dik boyunluqludur. Boyunluqda başlığı qoymaq üçün zəncirbəndlə bağlanan kəsmə cib vardır. Boyunluğun sol tərəfinə tekstil lentlə bağlanan kəmərcik, boyunluğun hər iki kənarına isə tekstil lent tikilir. Başlıq astarlıdır. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün kəmərciklər vardır.

Bortları ortadan görünməyən zəncirbənd və altı basma düymələrlə bağlanır. Laylarda üstdən tikilmiş qapaqlı döş cibləri və qapaqlı yan kəsmə cibləri vardır. Cib qapaqları görünməyən basma düymələrlə düymələnir.

Gödəkcənin taxılıb-çıxarılan süni və ya təbii xəzdən istiləşdirilmiş astan vardır.

Kürəyi bütöv, hər iki tərəfindən qoldibi istiqamətində qatla hazırlanır.

Qolları iki tikişlidir, dirsək hissələrində gödəkcənin öz rəngində əlavə qat tikilmişdir, qollarının ağzı kəmərciklidir. Sol qolun çiyindən 10 sm aşağı hissəsində FHN-in mənsubiyyətini bildirən qol nişanı tikilir (qara rəngdə).

Gödəkcənin içərisində bel səviyyəsində və aşağı kənarından tənzimləyici qaytan keçirilir.

Gödəkcənin sağ döş cibinin qapağı üstündə hərbi qulluqçuların şəxsi nömrəsi, soyadı, qan qrupu və rezus-faktoru göstərilən zeytun rəngdə döş nişanı tikilir.

30.6. Yay (qış) şalvarı - kamuflyaj rəngli.

Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır.

Qurşaqda yan tikiş yerlərinin üstündə, belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün yeddi enli halqa (körpü) vardır.

Şalvarın miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir.

Şalvar kamuflyaj rəngli parçadan hazırlanır, diz hissələrinə həmin parçadan əlavə qat tikilir. Balaqlarında enli elastik üzəngilər vardır.

30.7. İstiləşdirilmiş qış şalvarı - kamuflyaj rəngli.

İstiləşdirilmiş astar əlavə edilməklə kamuflyaj rəngli şalvarın təsvirinə uyğundur.

30.8. Yun köynək - zeytun rəngli.

Yundan toxunulur, yaxası boğazacandır.

Yun köynəyin dirsək və çiyin hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Üzərində heç bir fərqləndirmə nişanı yoxdur.

30.9. Şərf - zeytun rəngli.

Trikotaj, yun və yaxud adi parçadan hazırlanır. Ölçüləri: 120x20 sm-dir.

30.10. Uzunboğaz botinka - qara rəngli.

Dabanı və altlığı bütövdür və qəliblənmişdir, bağları vardır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

31. FHN-in müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının geyim forması Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında olduğu kimidir (şəkil 41, 42).

32. FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün aşağıdakı fərqləndirmə nişanları müəyyən edilir:

FHN-ə mənsubiyyətinə görə;

hərbi (xüsusi) rütbəyə görə;

hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) heyətinə görə;

hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) struktur bölmə vahidinə mənsubiyyətinə görə.

FHN-in ali zabitləri üçün fərqləndirmə nişanları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ali zabitləri üçün müəyyən edilmiş fərqləndirmə nişanlarına uyğundur.

33. Hərbi qulluqçunun və xüsusi rütbəsi olan əməkdaşın FHN-ə mənsubiyyətinə görə fərqləndirmə nişanının təsvirini və daşınma qaydasını fövqəladə hallar naziri müəyyən edir.

Fərqləndirmə yaxa nişanı qış paltosunun, demisezon paltonun, kamuflyaj rəngli yay gödəkcəsinin, demisezon gödəkcənin və kitelin yaxalıqlarının künclərində daşınır.

Hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların xüsusi iş və xüsusi texniki paltarının, gödəkcənin, xalatın və kombinezonların yaxalıqlarının künclərində hərbi (xüsusi) rütbəyə görə fərqləndirmə döş nişanlan daşınır (şəkil 58).

Ali rəis heyəti qış paltolarının yaxalıqlarında üzərində tikmə naxışla qırmızı yaxa nişanları, kitellərin yaxalıqlarının künclərində isə ali zabitlər üçün sarı rəngli (qızılı) tikmə naxış daşıyırlar.

34. FHN-in hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi rütbəyə görə fərqləndirmə nişanlan poqonlardır.

Poqonlar hərbi rütbəni müəyyən etmək üçündür.

Poqonları bütün hərbi qulluqçular və xüsusi rütbəsi olan əməkdaşlar (şəkil 51-56) daşıyırlar.

Daşınma üsuluna görə poqonlar tikilmə və taxılıb-çıxarılan poqonlara bölünür.

Tikilmə poqonlar mərasim geyim formasının qış paltosunda, gündəlik geyim formasının kitelində daşınır.

Taxılıb-çıxarılan poqonlar mərasim geyim formasının qış paltosu və kiteldə; gündəlik geyim formasının demisezon gödəkcə, demisezon palto və yun köynəklərində; gündəlik, səhra, xüsusi geyim formalarının, xüsusi texniki paltarın gödəkcələrində; xüsusi texniki, xüsusi geyim paltarlarının kombinezonlarında; xüsusi istiləşdirilmiş paltarın yarımkürklərində daşınır.

Poqonların rəngləri xidmət növləri üzrə müəyyən edilir (səhra geyim formasının poqonlarından başqa).

Mərasim geyim formasının poqonlarında qızılı rəngdə naxış vardır.

FHN-in ali rəis heyətinin poqonlarının kənarlarında qırmızı rəngli kant vardır.

Səhra geyim formasının poqonları kamuflyaj rəngdədir.

Tikilmə poqonların yuxarı hissəsində qızılı rəngli kiçik forma düyməsi yerləşdirilir.

Taxılıb-çıxarılan poqonlar poqonlar üçün nəzərdə tutulan kəmərciklərə taxılır.

Səhra və xüsusi geyim formalarının poqonları üçün nəzərdə tutulan kəmərciklər adi, mərasim və gündəlik geyim formasının geyim əşyalarında (köynək, demisezon palto, yun köynəkdən başqa) poqonlar üçün nəzərdə tutulan kəmərcikləri isə qızılı rəngli kiçik forma düymələri ilə düymələnir.

Mərasim geyim formasının köynəklərindəki, gündəlik geyim formasının köynək, demisezon palto və yun köynəklərindəki poqonlar üçün nəzərdə tutulan kəmərciklər adi düymə ilə düymələnir.

Xüsusi peşə, hospital paltarında fərqləndirmə nişanları daşınmır.

35. Zabitlərin və gizirlərin, xüsusi rütbəsi olan orta, böyük və ali rəis heyətinin (mərasim geyim formaları üçün taxılıb-çıxarılan poqonlar istisna olmaqla) taxılıb-çıxarılan poqonlarında san (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli səkkizguşəli ulduz tikilir (preslənir).

Zabitlərin mərasim geyim formaları üçün taxılıb-çıxarılan poqonlarda onların hərbi rütbələrinə müvafiq metaldan qızılı rəngli səkkizguşəli metal ulduzlar yerləşdirilir.

Ulduzlar - guşələrindən biri poqonun düyməsinə doğru istiqamətlənmiş halda yerləşdirilir.

FHN-in ali zabitlərinin (rəis heyətinin) poqonlarının aşağı kənarında FHN-in qızılı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli emblemi yerləşdirilir. Emblemin ölçüləri 30x45 mm-dir.

Baş zabitlərin və böyük rəis heyətinin tikilmə poqonlarında qızılı rəngli metaldan çarpazlaşdırılmış, qılınclarsız emblem, taxılıb-çıxarılan poqonlarında isə san (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli FHN-in çarpazlaşdırılmış qılınclarsız emblemi tikilir (preslənir). Emblemin ölçüləri 25x40 mm-dir.

Zabitlərin və orta, böyük və ali rəis heyətindən asılı olaraq onların poqon-larındakı ulduzların ölçüləri müxtəlifdir: kiçik zabitlər üçün 17 mm, baş zabitlər üçün 22 mm, ali zabitlər üçün 25 mm-dir.

Zabitlərin və orta, böyük və ali rəis heyətinin poqonlarındakı ulduzlar uzununa sıra ilə yerləşdirilir:

general-polkovnik üçün - 3 ulduz;

general-leytenant üçün - 2 ulduz;

general-mayor üçün - 1 ulduz;

polkovnik üçün - 3 ulduz;

polkovnik-leytenant üçün - 2 ulduz;

mayor üçün - 1 ulduz;

kapitan üçün - 4 ulduz;

baş leytenant üçün - 3 ulduz;

leytenant üçün - 2 ulduz;

kiçik leytenant üçün - 1 ulduz.

36. Gizirlərin, müddətli və müddətdən artıq həqiqi hərbi xidmət çavuşlarının hərbi rütbəyə görə fərqləndirmə poqonları şəkil 57-də təsvir edilmişdir.

37. Hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanları və onların təsviri.

Hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanı baş geyimin nişanı olan kokardadır.

Kokardalar qızılı və ya sarı (səhra geyim formasında qara) rəngli, tikiləndir (preslənəndir). Kokardaların təsvirindəki fon mərasim və gündəlik furajkanın rəngindədir.

Kokardaların üstündəki təsvir FHN-nin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının heyətinə (zabitlər, gizirlər, müddətdən artıq çavuşlar və əsgərlər) və struktur bölmə vahidinə mənsubiyyətinə (AD, KGNSXDX və s.) uyğun olaraq fərqləndirilir (şəkil 47-50).

Kokardalar pilotkalarda sol tərəfdə, papaqlarda, furajkalarda və şlyapalarda ön tərəfdə ortadan taxılmaqla daşınır.

38. Hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların struktur bölmə vahidinə mənsubiyyətinə görə nişanların təsvirini və onların daşınma qaydalarını fövqəladə hallar naziri müəyyən edir.

16 iyun 2017-ci il tarixli 1466 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1082)

17 iyun 2025-ci il tarixli 414 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyun 2025-ci il, “Xalq” qəzeti, 18 iyun 2025-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 552)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver