Qanunvericilik › “Azərbaycan Respublikası Fövqəladə hallar orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nın təsdiq edilməsi barədə (Fövqəladə Hallar Nazirliyi, 24.06.2020) › Tam mətn

“Azərbaycan Respublikası Fövqəladə hallar orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nın təsdiq edilməsi barədə (Fövqəladə Hallar Nazirliyi, 24.06.2020)

“Azərbaycan Respublikası Fövqəladə hallar orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nın təsdiq edilməsi barədə (Fövqəladə Hallar Nazirliyi, 24.06.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN QƏRARI

“Azərbaycan Respublikası Fövqəladə hallar orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.10.4-cü bəndini rəhbər tutaraq

1. “Azərbaycan Respublikası Fövqəladə hallar orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

3. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Mehriban Səadətxan) qərarın surətinin Nazirliyin Aparatının müvafiq struktur bölmələrinə və qurumlarına çatdırılmasını təmin etsin.

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Fövqəladə hallar orqanlarının əməkdaşları (bundan sonra – əməkdaşlar) tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması qaydalarını müəyyən edir.

1.2. Əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə edərkən Azərbaycan Respublikasının Konstitusiyasını, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununu və bu Qaydaları rəhbər tutur.

2.1. Fövqəladə hallar orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:

2.1.1. Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların, iclasların açılışı və bağlanışı zamanı;

2.1.2. Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;

2.1.3. Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı;

2.1.4. Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı ilə bağlı keçirilən tədbirlərdə;

2.1.5. Fövqəladə hallar orqanlarına qəbul edilən şəxslərin andiçmə mərasimi zamanı;

2.1.6. digər tədbirlərdə.

3.1. Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

3.2. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə əməkdaşlar onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar.

3.3. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə sıradakı əməkdaşlar komanda verilməmiş farağat vəziyyətini alır, rəislər (komandirlər) əsgəri (hərbi) salam verir.

3.4. Sıradan kənarda olan əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə farağat vəziyyətini alır və əsgəri (hərbi) salam verir.

3.5. Əməkdaşlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.

4.1. Bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsi tərəfindən müvafiq qaydada həyata keçirilir.

4.2. Əməkdaş bu qaydaların tələblərini pozmasına görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

1. 10 sentyabr 2021-ci il tarixli 20/01-002 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109101002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 sentyabr 2021-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver