Nazir______________Fikrət Məmmədov
Sədr__________Kəmaləddin Heydərov
Nazir__________Ziya Məmmədov
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisinə gələn, tranzit keçən və bu ərazidən çıxan yüklü nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının sərhəd gömrük məntəqələrində gömrük nəzarəti məqsədi ilə yoxlama tərəzilərində çəkilməsi mexanizmini müəyyən edir.
1.2. Azərbaycan Respublikasının ərazisinə gələn (bundan sonra idxal olunan) yüklü nəqliyyat vasitələri içərisində bu ərazidə istifadə olunması məqsədi ilə gətirilən mallarla yüklü nəqliyyat vasitələri başa düşülür.
1.3. Azərbaycan Respublikasından çıxan (bundan sonra ixrac olunan) yüklü nəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük ərazisindən xarici dövlətlərə aparılan mallarla yüklü nəqliyyat vasitələri başa düşülür.
1.4. Azərbaycan Respublikasının ərazisindən tranzit (bundan sonra tranzit) keçən nəqliyyat vasitələri - Respublika ərazisinə tranzit gömrük rejimində keçmək üçün daxil olan yüklü nəqliyyat vasitələri başa düşülür.
1.5. Nəqliyyat vasitəsi dedikdə - Azərbaycan Respublikasının gömrük sərhədini keçən yük avtomobilləri və dəmiryolu nəqliyyat vasitələri başa düşülür.
1.6. Yoxlama tərəzisi - sərhəd gömrük məntəqələrində yerləşdirilmiş və gömrük sərhədini keçən yüklü nəqliyyat vasitələrinin çəkisinin dəqiq müəyyən edilməsi üçün qurğu.
1.7. Sərhəd keçid məntəqələrində yüklü nəqliyyat vasitələrinin çəkilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi "Azərterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyinin (bundan sonra Birlik) əməkdaşları tərəfindən həyata keçirilir.
1.8. Yüklü nəqliyyat vasitələrinin yoxlama tərəzisində çəkilməsinə görə qanunvericiliklə müəyyən olunmuş miqdarda xidmət haqqı müəyyən olunmuş tariflərə uyğun olaraq daşıyıcılar və ya mallara dair səlahiyyəti olan şəxslər tərəfindən ödənilir.
1.9. Nəqliyyat vasitələrinin sərhəd gömrük məntəqələrinin ərazisində yoxlama tərəzilərində çəkilməsi gömrük işi haqqında qanunvericiliyə riayət olunmasını təmin etmək məqsədi ilə həyata keçirilir.
2.1. Azərbaycan Respublikasına avtomobil nəqliyyatı vasitəsi ilə idxal edilən və ya ixrac edilən malların yoxlama tərəzisində çəkilməsi, malların yol nəqliyyat və digər mal müşayiət sənədlərinin daşıyıcı tərəfindən gömrük orqanının vəzifəli şəxsinə təqdim olunmasından sonra həyata keçirilir.
2.2. Daşıyıcının (sürücünün) nəqliyyat vasitəsinin yoxlama tərəzisində çəkilməsi zamanı iştirakı zəruridir.
2.3. Nəqliyyat vasitəsi yoxlama tərəzisində çəkildikdən sonra Birliyin əməkdaşı faktiki yükün çəkisi barədə 1 saylı Əlavədə göstərilən arayışı və müvafiq ödənişin həyata keçirilməsi barədə mədaxil qəbzini daşıyıcıya təqdim edir.
2.4. Nəqliyyat vasitəsinin yoxlama tərəzisində çəkilməsi nəticəsində müəyyən olunmuş göstərici ilə təqdim olunmuş yol nəqliyyat və digər mal müşayiət sənədlərində göstərilən məlumatlar uyğun olduqda nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi həyata keçirilir.
2.5. Nəqliyyat vasitəsinin çəkilməsi zamanı yol nəqliyyat və digər mal müşayiət sənədlərində göstərilən məlumatlarla çəkilmə nəticəsində müəyyən olunmuş məlumat arasında uyğunsuzluq olduqda yol nəqliyyat və digər mal müşayiət sənədlərində müvafiq qeydiyyat aparılır və gömrük orqanı tərəfindən mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq tədbirlər həyata keçirilir.
2.6. Azərbaycan Respublikasına idxal olunan malların təyinat yerlərində gömrük rəsmiləşdirilməsi zamanı Birlik tərəfindən 1 saylı Əlavədə göstərilən formada tərtib olunmuş arayışlar nəzərə alınmalıdır.
3.1. Azərbaycan Respublikasına dəmiryolu vasitəsi ilə idxal edilən yüklü nəqliyyat vasitələrinin yoxlama tərəzisində çəkilməsi qatar stansiyaya daxil olarkən həyata keçirilir.
Azərbaycan Respublikasından dəmiryolu vasitəsi ilə müxtəlif çəki təyin edilmə üsulları ilə daşımalara qəbul edilən yüklü vaqonlar (vaqon tərəzisində çəkilmə üsulu ilə daşınmaya qəbul edilən vaqonlar istisna olmaqla) ixrac edilən zaman gömrük sərhədində çəkilmədən Yol cədvəlinin 48-ci qrafasına əsasən çəkiləri müəyyənləşdirilir (Yol cədvəli əlavə olunur).
3.3. Nəqliyyat vasitəsinin yol nəqliyyat və mal müşayiət sənədləri sərhəd dəmiryol stansiyasına təhvil verildikdən sonra sənədlər dəmiryolunun səlahiyyətli əməkdaşı tərəfindən gömrük orqanının vəzifəli şəxsinə təqdim olunur.
3.4. Birliyin əməkdaşı vaqonların qatara qoşulma ardıcıllığını dəqiqləşdirdikdən sonra kompüterdə olan məlumata əsasən nəqliyyat vasitəsinin yoxlama tərəzisində çəkilməsi nəticəsində müəyyən olunmuş çəkisi haqqında 2 saylı Əlavədə göstərilən formaya uyğun arayış tərtib edilir, təyinat gömrük orqanına çatdırılması üçün dəmiryol qaiməsinə əlavə olunur və bu barədə dəmiryol qaiməsində müvafiq qeyd aparılır.
3.5. Nəqliyyat vasitəsinin yoxlama tərəzisində çəkilməsi nəticəsində müəyyən olunmuş göstərici ilə təqdim olunmuş yol nəqliyyat və mal müşayiət sənədlərində göstərilən məlumatlar uyğun olduqda nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi həyata keçirilir.
3.6. Nəqliyyat vasitəsinin çəkilməsi zamanı yol nəqliyyat və mal müşayiət sənədlərində göstərilən məlumatlarla çəkilmə nəticəsində müəyyən olunmuş məlumat arasında uyğunsuzluq olduqda mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq tədbirlər təyinat gömrük orqanlarında həyata keçirilir.
3.7. Azərbaycan Respublikasına idxal olunan malların təyinat yerlərində gömrük rəsmiləşdirilməsi zamanı 2 saylı Əlavədə göstərilən formada tərtib olunmuş arayışlar nəzərə alınmalıdır.
4.1. Azərbaycan Respublikası ərazisindən tranzit keçən yüklü avtomobil nəqliyyatı vasitələrinin yoxlama tərəzisində çəkilməsi onların sənədlərinin (yol nəqliyyat və mal müşayiət sənədləri) daşıyıcı tərəfindən gömrük orqanının vəzifəli şəxsinə təqdim olunmasından sonra həyata keçirilir.
4.2. Nəqliyyat vasitəsinin yoxlama tərəzisində çəkilməsi nəticəsində müəyyən olunmuş göstərici ilə təqdim olunmuş yol nəqliyyat və mal müşayiət sənədlərində göstərilən məlumatlar
uyğun olduqda nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi həyata keçirilir.
4.3. Nəqliyyat vasitəsi yoxlama tərəzisində çəkildikdən sonra Birliyin əməkdaşı faktiki yükün çəkisi barədə 1 saylı Əlavədə göstərilən formada arayışı və müvafiq ödənişin həyata keçirilməsi barədə mədaxil qəbzini daşıyıcıya təqdim edir.
4.4. Nəqliyyat vasitəsinin çəkilməsi zamanı yol nəqliyyat və mal müşayiət sənədlərində göstərilən məlumatlarla çəkilmə nəticəsində müəyyən olunmuş məlumat arasında uyğunsuzluq olduqda yol nəqliyyat və mal müşayiət sənədlərində qeydiyyat aparılır və gömrük orqanı tərəfindən mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq tədbirlər həyata keçirilir.
4.5. Azərbaycan Respublikasından avtomobil nəqliyyatı vasitəsi ilə tranzitlə keçən yüklərin çəkilməsi sərhəd keçid məntəqələrində 2.1.-2.4. bəndlərindəki qaydalara uyğun olaraq həyata keçirilir.
4.6. Tranzit keçən yüklərin yoxlama tərəzisində çəkilməsinə görə xidmət haqqı ancaq giriş məntəqəsində alınır.
4.7. Çəkilməsi zamanı avtonəqliyyat vasitəsində olan yükün miqdarı ilə sənədlərdə göstərilən yükün miqdarına uyğun gəlmədikdə bu Qaydaların 2.5-ci bəndində göstərilən qaydada tədbir görülür.
5.1. Azərbaycan Respublikasından dəmiryol vasitəsi ilə tranzitlə keçən yüklü nəqliyyat vasitələrinin (müxtəlif çəki müəyyən etmə üsulları tələb edən dəmiryol çənləri və refrijeratorlar istisna olmaqla) çəkilməsi sərhəd keçid məntəqələrində 3.1. - 3.4. bəndlərindəki qaydalara uyğun olaraq həyata keçirilir.
5.2. Dəmiryol nəqliyyat vasitəsi çəkilən zaman faktiki çəki ilə sənədlərdə göstərilən yükün çəkisi arasında uyğunsuzluq olarsa gömrük orqanları tərəfindən mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq tədbirlər həyata keçirilir.
Dəmiryol vasitəsi ilə tranzitlə keçən yüklərin yoxlama tərəzisində çəkilməsinə görə xidmət haqqı müqaviləyə əsasən, müəyyən edilmiş tariflərə uyğun olaraq Dəmiryol İdarəsində fəaliyyət göstərən ekspedisiyalar tərəfindən ödənilir. Xidmət haqqı yüklü nəqliyyat vasitələrinin çəkilməsi həyata keçirilən sərhəd buraxılış məntəqəsində dəmiryolunun səlahiyyətli nümayəndəsi tərəfindən dəmiryol qaiməsinin müvafiq qrafasında qeyd edilir.
Əlavə №1 "Azərterminalkompleks" TH XİB
Yükün çəkilməsi haqqında
1. Göndərən ölkə və təşkilat_______________________________________________
2. Alan ölkə və təşkilat ____________________________________________________
3. Avtomaşının markası, nömrə nişanı________________________________________
4. Nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi_________________________________
5. Nəqliyyat vasitəsinin çəkisi_______________________________________________
6. Sürücünün soyadı, adı, atasının adı__________________________________________
7. Sürücünün imzası________________________________________________________
8. Yükün çəkilməsi haqqında arayış təyinat gömrük orqanına çatdırılmalıdır.
Birliyin əməkdaşının adı, soyadı, atasının adı___________________________________
İmza ______________________________
Tarix və ştamp_______________________________________________________________
Azərterminalkompleks" TH XİB
Yükün çəkilməsi haqqında
1. Göndərən ölkə və təşkilat___________________________________________________
2. Alan ölkə və təşkilat _______________________________________________________
3. Dəmiryol nəqliyyat vasitəsinin növü, nömrəsi____________________________________
4. Nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi_____________________________________
5. Nəqliyyat vasitəsinin çəkisi__________________________________________________
6. Dəmiryolunun səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı və imzası______
________________________________________________________________________________
7. Yükün çəkilməsi haqqında arayış təyinat gömrük orqanına çatdırılmalıdır.
Birliyin əməkdaşının adı, soyadı, atasının adı_______________________________________
İmza __________________________________
Tarix və ştamp _________________________________________________________________