AZƏRBAYCAN RESPUBLİKASININ VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq Sazişlərin inzibatçılığı Qaydaları”nın yeni redaksiyada təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrinin müddəalarının icrasının səmərəliyinin artırılması məqsədilə hazırlanmış “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq Sazişlərin inzibatçılığı Qaydaları” və ona əlavə edilən formalar Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla vergilər nazirinin 29 mart 2007-ci il tarixli 0717040100198300 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 20 aprel 2007-ci il tarixdə 3298 nömrəli şəhadətnamə ilə qeydiyyata alınmışdır.
Keçən dövr ərzində beynəlxalq vergitutma sahəsində olan dinamik inkişaf və tendensiyalar, bir sıra dövlətlərin vergi orqanları ilə yazışmalar, bəzi dövlət qurumları, diplomatik nümayəndəliklər və vergi ödəyicilərinin müraciətlərinin təhlili və aparılan müzakirələr nəticəsində Qaydaların və ona əlavə edilən formaların praktiki tətbiqinin asanlaşdırılması baxımından onun yeni redaksiyada təsdiq edilməsi zərurəti yaranmışdır. Yaranmış zərurətlə əlaqədar Qaydalara ediləcək dəyişikliklər hazırlanmış, Azərbaycan Respublikasının Maliyyə, Ədliyyə və Nəqliyyat Nazirlikləri ilə razılaşdırılmışdır.
Qeyd olunanları nəzərə alaraq və “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2006-cı il tarixli 501 nömrəli Fərmanının 3.1-ci və Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası
1. 29 mart 2007-ci il tarixli 0717040100198300 nömrəli əmrlə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq Sazişlərin inzibatçılığı Qaydaları” və ona əlavə edilən formalar qüvvədən düşmüş hesab edilsin.
3. Beynəlxalq münasibətlər idarəsinin rəisi, vergi xidməti müşaviri Mətin Kərimliyə tapşırılsın ki, Qaydaların və ona əlavə edilən formaların tətbiqinə nəzarəti təmin etsin.
4. Hüquq idarəsinin rəisi, vergi xidməti müşaviri Samirə Musayevaya tapşırılsın ki, bu qərarın və qərarla təsdiq edilmiş Qaydaların və ona əlavə edilən formaların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
5. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Məmmədova tapşırılsın ki, Qaydaların və ona əlavə edilən formaların Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
6. Analitik-informasiya şöbəsinin rəisi, kiçik vergi xidməti müşaviri Mehti Mirsəlimova tapşırılsın ki, Qaydaların və ona əlavə edilən formaların kütləvi informasiya vasitələrində işiqlandırılmasını təmin etsin.
7. Maliyyə-təsərrüfat idarəsinin rəisi, baş vergi xidməti müşaviri Məhəmməd Balaqadaşova tapşırılsın ki, Qaydaların mətninin və ona əlavə edilən formaların kitabça şəklində nəşr edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsin.
8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırılsın ki, Qaydaların tələblərinə əməl edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini təmin etsinlər.
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri
1. 12 iyun 2017-ci il tarixli 1717050000009300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201706129300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2016-ci il)