AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatların verilməsi və həmin məlumatlar dəyişdikdə onların yenilənməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 952-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 may tarixli 171 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə,
1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatların verilməsi və həmin məlumatlar dəyişdikdə onların yenilənməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 27 iyun 2014-cü il tarixli Q19-001-14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatların verilməsi və həmin məlumatlar dəyişdikdə onların yenilənməsi.
1.2. Elektron xidmətin məzmunu:
Hüquqi və fiziki şəxslərə, yaxud dövlət qurumlarına məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər tərəfindən qeydiyyatda olduğu və yaşadığı ünvanın, mobil telefon nömrəsinin və olduğu halda elektron ünvanının və sürücülük vəsiqəsinin nömrəsinin, hüquqi şəxslər (dövlət qurumları) tərəfindən isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarının verilməsi və həmin məlumatlar dəyişdikdə onların yenilənməsi.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 952-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 may tarixli 171 nömrəli Fərmanının 4.2-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
Xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Bu reqlamentin 1.2-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilərkən fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanının, mobil telefon nömrəsinin və olduğu halda elektron ünvanının və sürücülük vəsiqəsinin nömrəsinin, hüquqi şəxslərin (dövlət qurumlarının) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarının verilməsi və həmin məlumatlar dəyişdikdə onların yenilənməsi imkanı yaradılır.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
2.3. Elektron xidmətin istifadəçiləri:
dövlət qurumları, hüquqi və fiziki şəxslər
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://mia.gov.az/?/az/driverlicense/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://mia.gov.az/?/az/driverlicense/
- e-poçt: info@mia.gov.az, info@dyp.gov.az
- telefon: +994 12 590-81-25, +994 12 590-81-35
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Fiziki şəxslər tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin seriya və nömrələri;
Dövlət qurumları tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi;
Hüquqi şəxslər tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi və hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrdən çıxarışın) nömrəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet informasiya ehtiyatının “nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumatların verilməsi və yenilənməsi” bölməsinə daxil edilir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. Elektron xidmət daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
3.2. Elektron xidmətlər üçün sorğu:
3.2.1. sorğunun formalaşdırılması: istifadəçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet informasiya ehtiyatının “nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumatların verilməsi və yenilənməsi” bölməsini seçir və bu reqlamentin 2.6.1-ci yarımbəndindəki məlumatları daxil edir.
3.2.2. sorğunun qəbulu: istifadəçi tərəfindən bu reqlamentin 2.6.1-ci yarımbəndindəki məlumatlar düzgün daxil edildikdə sorğu qəbul olunur və bu reqlamentin 1.2-ci bəndində göstərilən məlumatların mərkəzi informasiya sisteminə daxil edilməsi və yenilənməsi imkanı yaradılır.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları: istifadəçi tərəfindən bu reqlamentin 1.2-ci bəndində göstərilən məlumatlar düzgün daxil edilmədikdə sorğu qəbul olunmur və bu barədə həmin səhifədə məlumat əks olunur.
3.3.2. sorğunun qəbulu: istifadəçi tərəfindən bu reqlamentin 1.2-ci bəndində göstərilən məlumatlar düzgün daxil edildikdə, bu məlumatların daxil edilməsinin və ya yenilənməsinin təsdiqi barədə həmin səhifədə məlumat əks olunur.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Elektron xidmət tam avtomatlaşdırıldığı üçün onun icrası ilə bağlı inzibati əməliyyatlar mövcud deyil.
3.4.2. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi həyata keçirir.
3.5.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.
3.5.2. Nəzarət qaydası: “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada təmin edilir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə DİN BDYPİ məsuliyyət daşıyır.
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
1. 07 dekabr 2015-ci il tarixli Q72-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512070072, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 dekabr 2015-ci il)
2. 24 yanvar 2017-ci il tarixli Q3-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201701240003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 yanvar 2017-ci il)
3. 21 aprel 2017-ci il tarixli Q21-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201704210021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 may 2017-ci il)
4. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
5. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)
6. 21 avqust 2018-ci il tarixli Q48-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201808210048, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 avqust 2018-ci il)
7. 21 noyabr 2018-ci il tarixli Q68-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811210068, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 noyabr 2018-ci il)