Qanunvericilik › Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.11.2016) › Tam mətn

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.11.2016)

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.11.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 9.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 16 noyabr 2016-cı il

1.1. Bu Qayda “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 9.5-ci bəndinin icrası məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra - Fond) vəsaiti hesabına müvəkkil banklar tərəfindən ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi zamanı borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması ilə bağlı məsələləri tənzimləyir.

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. ipoteka krediti – yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edilən borc;

2.1.2. müvəkkil bank – ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fond ilə müvafiq müqavilə bağlamış bank;

2.1.3. aylıq məcmu gəlir - borcalanın (borcalanların) yalnız sabit və sənədlə təsdiq edilən bütün növ gəlirlərinin ortaaylıq məbləğinin məcmusu.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda nəzərdə tutulmuş mənaları ifadə edir.

3.1. Borcalanın (borcalanların) aylıq məcmu gəliri bu Qaydanın 4.1-ci bəndində göstərilən və sənədlə təsdiq edilən sabit gəlirlər əsasında müəyyən edilir.

3.2. Borcalanın (borcalanların) aylıq məcmu gəlirinin müəyyən edilməsi zamanı onun (onların) gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən istifadə edilir.

3.3. Bu Qaydanın 4.3.1-ci yarımbəndində göstərilən muzdlu işdən əldə edilən gəlirlər (Azərbaycan Respublikasının hüdudlarından kənardakı mənbələrdən daxil olan gəlirlər istisna olmaqla) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” və “Əmək və məşğulluq” altsistemlərinə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürülən məlumatlar əsasında müəyyən edilir. Bu məlumatların nəzərdə tutulmuş qaydada əldə edilməsi mümkün olmadığı hallarda, müvafiq dövr üzrə gəlirlər bu Qaydanın 4.10-cu bəndinə əsasən hesablanır.

4.1. Borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan Respublikasının ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır.

4.2. Borcalanın (borcalanların) aylıq məcmu gəliri hesablanarkən nəzərə alınan gəlir mənbələri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə və alınmış cari transfertlərə bölünür.

4.3. Borcalanın (borcalanların) muzdlu işlə əlaqədar aylıq məcmu gəliri hesablanarkən aşağıdakı gəlir mənbələri nəzərə alınır:

4.3.1. əmək müqaviləsi (kontraktı) ilə müəyyən edilmiş əmək funksiyasının yerinə yetirilməsinə görə işəgötürən tərəfindən əməyin ödənilməsi sistemləri üzrə işçiyə ödənilən tarif (vəzifə) maaşı, ona edilən əlavələr, mükafatlar və maddi həvəsləndirmənin digər formaları üzrə ödənişlər, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı (o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil olmaqla);

4.3.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər.

4.4. Borcalanın (borcalanların) aylıq məcmu gəliri hesablanarkən nəzərə alınan muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən ibarətdir.

4.5. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən müəyyən edilir. Bu zaman borcalan (borcalanlar) ən azı son 12 (on iki) ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği, gəlir və xərclərin əsaslandırılmış təhlili əlavə olunmaqla, ticarət və istehsal sahələri üzrə orta aylıq dövriyyənin 20 faizindən, xidmət sahələri üzrə isə 70 faizindən çox ola bilməz. Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin aylıq məcmu gəliri Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində minimum aylıq əməkhaqqının 3, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 2 misli miqdarında hesablanır.

4.6. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə aşağıdakılar aiddir:

4.6.3. qiymətli kağızlardan əldə olunan gəlirlər;

4.6.4. əmlakın icarəyə verilməsindən gəlir;

4.7. Borcalanın (borcalanların) aldığı cari transfertlərə əmək pensiyaları, sosial müavinətlər (birdəfəlik müavinətlər istisna olmaqla), təqaüdlər, sığorta ödənişləri, maddi yardımlar (birdəfəlik maddi yardımlar istisna olmaqla) və aliment aiddir.

4.8. Gəlirlərin hesablanması zamanı borcalanın (borcalanların) bu Qaydanın 4.6.1 – 4.6.5-ci yarımbəndləri üzrə gəlirləri ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi üçün tələb olunan aylıq gəlirin ən çoxu 50 faizi həcmində nəzərə alınır.

4.9. Borcalanın (borcalanların) xarici valyuta ilə əldə olunan gəliri bu gəlirin əldə edildiyi tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə müvafiq hesablanır.

4.10. Borcalanın (borcalanların) bu Qaydanın 4.3-cü, 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində qeyd olunan gəlirləri vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır.

4.11. Əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar ödəniş sənədinə daxil edildiyi ayda, əməkhaqqı, pensiya, müavinət, təqaüd isə hesablandığı dövrün gəlirində nəzərə alınır.

4.12. Faktiki ödənilən alimentlər borcalanın (borcalanların) məcmu gəlirindən çıxılır, faktiki alınan alimentlər isə borcalanın (borcalanların) məcmu gəlirində nəzərə alınır.

4.13. Borcalanın (borcalanların) ortaaylıq gəliri aşağıdakı qaydada hesablanır:

4.13.1. borcalanın (borcalanların) tarif (vəzifə) maaşının azalması halları istisna olmaqla, borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətində olan ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə;

4.13.2. borcalanın (borcalanların) tarif (vəzifə) maaşının azalması halları istisna olmaqla, borcalanın (borcalanların) muzdlu işlə əlaqədar və cari transfertlər üzrə gəlirlərinin formalaşma müddəti borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aydan az olduğu hallarda (6 (altı) aydan az olmamaqla), ümumi gəlirlərinin faktiki ayların sayına bölünməsi yolu ilə;

4.13.3. borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətində tarif (vəzifə) maaşı azaldıqda, ortaaylıq gəlir müvafiq dəyişiklikdən sonrakı formalaşmış gəlirlərin faktiki ayların sayına bölünməsi yolu ilə.

4.14. Borcalanın (borcalanların) ortaaylıq gəliri hesablanarkən vergi, sosial sığorta haqları və digər məcburi dövlət ödənişləri borcalanın (borcalanların) gəlirindən çıxılır.

1. 14 may 2018-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 may 2018-ci il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1124)

2. 22 fevral 2021-ci il tarixli 41 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2021-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 206)

3. 15 noyabr 2021-ci il tarixli 350 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 noyabr 2021-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1273)

4. 12 dekabr 2022-ci il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 13 dekabr 2022-ci il, “Xalq” qəzeti, 15 dekabr 2022-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1545)

5. 12 mart 2024-cü il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 14 mart 2024-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 313)

6. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

7. 04 iyul 2025-ci il tarixli 199 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 07 iyul 2025-ci il, “Xalq” qəzeti, 13 iyul 2025-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 703)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver