Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətinin tənzimlənməsi və onun əsasnaməsinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarətini həyata keçirən Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli qərarına aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin" sözlərindən sonra "mərkəzi aparatında" sözləri "strukturunda" sözü ilə əvəz edilsin;
"aqrar-sənaye kombinatlarında" sözləri "və şəhərlərdə" sözləri ilə əvəz edilsin;
"dövlət texniki nəzarət müfəttişlikləri təşkil edilsin" sözlərindən əvvəl "(şəhər)" sözü əlavə edilsin.
2-ci bəndin 2-ci abzası çıxarılsın və aşağıdakı redaksiyada verilsin:
"Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət texniki nəzarət şöbəsi həmin nazirliyin mərkəzi aparatının mövcud ştat sayı dairəsində yaradılır".
2-ci bəndin 3-cü abzasında "rayon" və "rayonda" sözlərindən sonra müvafiq qaydada "(şəhər)" və "(şəhərdə)" sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 27 sentyabr 1999-cu il № 158
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2001-ci il tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 512)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2005-ci il tarixli 28 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 129)
1 oktyabr 2007-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1013)
13 fevral 2008-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 125)
10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491)
29 dekabr 2015-ci il tarixli 405 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 yanvar 2016-cı il, № 02, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 167)