Qanunvericilik › “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 15.05.2018) › Tam mətn

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 15.05.2018)

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 15.05.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 462-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

4.1. dövlət xəzinədarlığı məlumatlarına çıxışı nəzərdə tutulan dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi üçün müvafiq elektron sistemin yaradılmasını və 2018-ci il mayın 1-dək tətbiq olunmasını təmin etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Dövlət xəzinədarlığı məlumatlarına çıxış imkanı təmin edilən dövlət qurumları:

5.1. informasiya sistemlərinin və ehtiyatlarının bu Fərmanın 4.1-ci bəndində nəzərdə tutulan elektron sistemə qoşulması üçün zəruri tədbirlər görsünlər;

5.2. dövlət xəzinədarlığı məlumatlarına çıxış imkanı verilən məsul şəxsləri müəyyən etsinlər, müvafiq tədbirlər görülməsi üçün onlar barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə təqdim etsinlər;

5.3. müvafiq məlumatların əldə edilməsi üçün informasiya sistemi qovşaqlarını lazımi proqram təminatı ilə təmin etsinlər, onların dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyəti üçün zəruri tədbirlər görsünlər.

6. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

6.1. dövlət xəzinədarlığı məlumatlarına çıxış imkanı təmin edilən dövlət qurumlarını mühafizə olunan rabitə kanalları ilə təmin etsin;

6.2. rabitə kanalının texniki-texnoloji infrastrukturunun istismarını və informasiya təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görsün.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2018-ci il

Bu Qayda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi məlumat və hesabatların formalarını, həmçinin onların təqdim edilməsi qaydasını müəyyənləşdirir.

2.0. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) bu Qaydaya əlavə olunan formalarda dövlət qurumlarına büdcə sistemi və mühasibat uçotu ilə bağlı aşağıdakı məlumat və hesabatları təqdim edir:

2.0.1. dövlət büdcəsinin gəlirlərinin icrası barədə məlumat (gəlir inzibatçıları üzrə əvvəlki dövrlə müqayisə) – 1 nömrəli əlavə;

2.0.2. dövlət büdcəsinin xərclərinin icrası barədə məlumat (funksional təsnifat üzrə əvvəlki dövrlə müqayisə) – 2 nömrəli əlavə;

2.0.3. dövlət büdcəsinin icrası barədə hesabat (gəlirlərin təsnifatı üzrə) – 3 nömrəli əlavə;

2.0.4. dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (xərclərin funksional təsnifatı üzrə) – 4 nömrəli əlavə;

2.0.5. dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (xərclərin iqtisadi təsnifatı üzrə) – 5 nömrəli əlavə;

2.0.6. vahid xəzinə hesabının qalığı barədə məlumat – 6 nömrəli əlavə;

2.0.7. vahid xəzinə hesabının xarici valyuta qalıqları barədə məlumat – 7 nömrəli əlavə;

2.0.8. idarəetməyə verilmiş (yerləşdirilmiş) vahid xəzinə hesabının qalığı barədə məlumat – 8 nömrəli əlavə;

2.0.9. debitor borcları barədə məlumat (funksional, inzibati və iqtisadi təsnifatlar üzrə) – 9 nömrəli əlavə;

2.0.10. bölüşdürülməmiş (bloklanmış) xərclər barədə məlumat (funksional, iqtisadi və inzibati təsnifatlar üzrə) – 10 nömrəli əlavə;

2.0.11. büdcə təşkilatlarının büdcədənkənar xərclərinin icrası barədə məlumat (funksional, iqtisadi və inzibati təsnifatlar üzrə) – 11 nömrəli əlavə;

2.0.12. xarici valyutada aparılan əməliyyatlar barədə məlumat (xərc istiqamətləri üzrə) – 12 nömrəli əlavə;

2.0.13. dövlət büdcəsinin xərclərinin icrası barədə məlumat (əsaslı xərclər, cari xərclər və dövlət borcu üzrə xərclər) – 13 nömrəli əlavə;

2.0.14. kəsirin maliyyələşdirilməsi barədə məlumat (mənbələr üzrə) – 14 nömrəli əlavə;

2.0.15. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlir və xərcləri barədə məlumat – 15 nömrəli əlavə;

2.0.16. dövlət büdcəsinin xərcləri barədə hesabat (xərclərin funksional təsnifat üzrə bölmə və köməkçi bölmə səviyyəsində) – 16 nömrəli əlavə;

2.0.17. şəhər və rayonlar üzrə yerli gəlirlərin və xərclərin icrası barədə məlumat – 17 nömrəli əlavə;

2.0.18. ehtiyat fondlarının xərcləri barədə məlumat – 18 nömrəli əlavə;

2.0.19. dövlət əsaslı vəsait qoyuluşu xərcləri barədə məlumat – 19 nömrəli əlavə;

2.0.20. yerli gəlir və xərclər arasında yaranmış fərqin tənzimlənməsi məqsədi ilə ayrılan büdcə vəsaiti barədə məlumat – 20 nömrəli əlavə;

2.0.21. xarici dövlət borcunun və dövlət zəmanətinin reyestri – 21 nömrəli əlavə;

2.0.22. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus vəsaitlərin qalıqları barədə məlumat – 22 nömrəli əlavə;

2.0.23. büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar barədə hesabat – 23 nömrəli əlavə;

2.0.24. xarici dövlətlərə verilmiş kreditlər barədə məlumat – 24 nömrəli əlavə;

2.0.25. büdcədən verilmiş kreditlər barədə məlumat – 25 nömrəli əlavə;

2.0.26. xarici və daxili dövlət borcunun əsas borc və faiz borcu üzrə icra vəziyyəti barədə məlumat – 26 nömrəli əlavə;

2.0.27. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə qaytarılma qrafiki – 27 nömrəli əlavə;

2.0.28. dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları üzrə) – 28 nömrəli əlavə.

3.1. Nazirlik məlumat və hesabatları aşağıdakı dövlət qurumlarına (bundan sonra ─ dövlət qurumları) təqdim edir:

3.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına – 1, 2, 3, 4, 5 (aylıq, rüblük və illik dövriliklə), 12 (aylıq və rüblük dövriliklə), 14, 16, 17, 18, 19, 20, 22 (aylıq dövriliklə), 6, 7, 8, 15 (rüblük dövriliklə), 21, 26 (rüblük, yarımillik və illik dövriliklə), 13 (yarımillik, 9 aylıq və illik dövriliklə), 9, 11, 24, 25, 27, 28 (yarımillik və illik dövriliklə), 10, 23 (illik dövriliklə) nömrəli əlavələr;

3.1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə – 1, 2, 3, 4 və 5 (aylıq, rüblük və illik dövriliklə) nömrəli əlavələr;

3.1.3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə – 3, 5, 16, 17, 19 (aylıq dövriliklə), 21 (yarımillik və illik dövriliklə) nömrəli əlavələr;

3.1.4. Azərbaycan Respublikasının Hesablama Palatasına – 1, 2, 3, 5, 14, 16, 17, 18, 19, 20, 22 (aylıq dövriliklə), 6, 7, 8, 12, 15 (rüblük dövriliklə), 13 (yarımillik, 9 aylıq və illik dövriliklə), 9, 11, 21, 24, 25, 26, 27, 28 (yarımillik və illik dövriliklə), 10, 23 (illik dövriliklə) nömrəli əlavələr.

3.2. Nazirlik dövlət qurumlarına məlumat və hesabatları kağız və elektron daşıyıcılarda təqdim edir.

3.3. Nazirlik dövlət qurumlarına məlumat və hesabatları aşağıda qeyd olunan müddətlərdən gec olmayaraq təqdim edir:

3.3.1. bu Qaydanın 1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 24, 25, 26 və 27 nömrəli əlavələrində nəzərdə tutulan məlumat və hesabatları – hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın 25-dək;

3.3.2. bu Qaydanın 9 və 11 nömrəli əlavələrində nəzərdə tutulan məlumatları – yarımillik hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın sonunadək, illik hesabat dövrü başa çatdıqdan sonra isə növbəti ilin fevral ayının sonunadək;

3.3.3. bu Qaydanın 10 və 23 nömrəli əlavələrində nəzərdə tutulan məlumat və hesabatları – hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin fevral ayının sonunadək;

3.3.4. bu Qaydanın 28 nömrəli əlavəsində nəzərdə tutulan hesabatı – yarımillik hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın sonunadək, illik hesabat dövrü başa çatdıqdan sonra isə növbəti ilin aprel ayının 25-dək;

3.3.5. bu Qaydanın 1, 12, 14 və 22 nömrəli əlavələr üzrə ilkin (operativ) məlumatları – hesabat dövrü başa çatdıqdan sonra 5 iş günü müddətində.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar

Ümumi dövlət xidmətləri

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq

Sosial müdafiə və sosial təminat

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət

Mənzil və kommunal təsərrüfatı

Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi

Sənaye, tikinti və faydalı qazıntılar

Əsas bölmələrə aid edilməyən xidmətlər

Manatla cari hesabların qalığı

Dövlət Neft Fondunun layihələri

Naxçıvan MR-in vəsait qalığı

Büdcə təşkilatlarının depozit və tapşırıqlar üzrə vəsait qalıqları

Büdcə təşkilatlarının büdcədənkənar hesabları üzrə vəsait qalıqları

Ehtiyat fondları və əsaslı vəsait qoyuluşu

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu

Dövlət büdcəsinin ehtiyat fondu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

ƏDV depozit hesabının qalığı

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun qalığı

Mərkəzi Bankdakı sərbəst qalıq (AZN)

İngiltərə funt sterlingi

(milyon ABŞ dolları ilə)

o cümlədən iqtisadi təsnifat:

o cümlədən iqtisadi təsnifat:

Cəmi maliyyələşmə, o cümlədən:

1. Özəlləşdirilmədən, digər mənbələrdən daxilolmalar

1.2. daxili və xarici borclanma

1.2.1. daxili borclanma

1.2.2. xarici borclanma

1.3. vahid xəzinə hesabının qalığı

Carı, ilin ayları, o cümlədən xərclər təşkilatlar üzrə

Cəmi (Bakı şəhəri istisna olmaqla):

Cəmi (Bakı şəhəri nəzərə alınmaqla):

Borcun və ya zəmanətin qeydiyyat tarixi

Borcun və ya zəmanətin qeydiyyat nömrəsi

Kreditorun verdiyi qeydiyyat (identifikasiya) nömrəsi

Borcun və ya layihənin adı

Borcun təsnifat üzrə növü

Borcun məbləği (rəqəm və sözlə) və valyutası

Borc sənədlərinin imzalanma tarixi

Borc sənədlərinin imzalanma tarixinə borcun Azərbaycan manatı ilə məbləği (rəqəm və sözlə)

Borc üzrə öhdəliyin yaranma tarixi və qüvvədəolma müddəti

Borcun və ya layihənin məqsədi

Borcun istifadəsi üzrə icraçı təşkilat (əsas borcalan, istifadəçi və ya təkrar borcalan)

Borcun qaytarılma müddəti

Borcun qaytarılma mənbəyi

Öhdəliyin təminatı forması

Digər maliyyə öhdəlikləri

Əsas borc üzrə birinci ödənişin tarixi

Əsas borc üzrə sonuncu ödənişin tarixi

Müqavilənin qüvvədəndüşmə tarixi və səbəbi

Müqavilənin qüvvədən düşməsini təsdiq edən səlahiyyətli şəxsin vəzifəsi, adı və soyadı

1. Cəmi bank hesablarının qalığı

1.1. Azərbaycan manatı ilə cari hesabın qalığı

1.2. ABŞ dolları ilə hesabın qalığı

o cümlədən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun qalığı

1.3. avro ilə hesabın qalığı

1.4. İngiltərə funt sterlinqi ilə hesabın qalığı

2. Maliyyə Nazirliyinin yerləşdirdiyi vəsaitlərin cəmi:

2.2. Dövlət Neft Fondunda (ABŞ dolları)

2.3. Beynəlxalq Bankda (avro)

2.4. Beynəlxalq Bankda (ABŞ dolları)

2.5. Kapital Bankda (ABŞ dolları)

3. Müstəqil kredit sərəncamçılarının vəsaitlərinin cəmi:

3.1. Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələrin qalığı

3.2 DSMF-nin hesabı üzrə

3.3. Naxçıvan MR büdcəsinin qalığı

3.4. Büdcə təşkilatlarının depozit və tapşırıqlar üzrə vəsaitlərinin qalıqları

3.5. Büdcə təşkilatlarının büdcədənkənar hesablan üzrə vəsait qalıqları

3.6. Ehtiyat fondları

3.6.1. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu

3.6.2. Dövlət büdcəsinin ehtiyat fondu

3.7. ƏDV depozit hesabının qalığı

3.8. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun qalığı

3.9. Yolda olan vəsaitlər

4. MN-ə məxsus vəsaitlər üzrə qalıq; CƏMİ(I)+CƏMİ(II)-CƏMİ (III)

valyuta: ____________

1.1. Bu Qayda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və müvafiq dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təmin etməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müvafiq elektron sistem (bundan sonra – sistem) yaradır.

1.3. Bu Qaydanın məqsədi üçün dövlət xəzinədarlığı məlumatlarına aşağıdakı məlumatlar aid edilir:

1.3.1. dövlət büdcəsinə gəlir inzibatçıları üzrə daxilolmalar və xərcin ümumi icrası haqqında məlumat;

1.3.2. vahid xəzinə hesabının qalığı barədə məlumat;

1.3.3. manatla vahid xəzinə hesabının qalığının strukturu;

1.3.4. dövlət büdcəsinin icrası barədə məlumat (gəlirlərin təsnifatı üzrə);

1.3.5. dövlət büdcəsinin icrası barədə məlumat (xərclərin funksional təsnifatı üzrə);

1.3.6. dövlət büdcəsinin icrası barədə məlumat (xərclərin iqtisadi təsnifatı üzrə);

1.3.7. dövlət büdcəsinin daxilolmalar üzrə icra göstəriciləri (gəlir inzibatçıları üzrə);

1.3.8. dövlət büdcəsinin xərclər üzrə icra göstəriciləri (cari xərclər, əsaslı xərclər, dövlət borcu);

1.3.9. büdcə-maliyyə nəzarəti ilə əlaqədar olaraq Hesablama Palatasının sorğusu əsasında digər məlumatlar.

2.0. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) aşağıdakı dövlət qurumlarının (bundan sonra - dövlət qurumları) dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışını təmin edir:

2.0.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti – bu Qaydanın 1.3.1-ci, 1.3.2-ci, 1.3.3-cü, 1.3.4-cü, 1.3.5-ci və 1.3.6-cı yarımbəndləri ilə müəyyən olunmuş məlumatlara;

2.0.2. Azərbaycan Respublikasının Hesablama Palatası - bu Qaydanın 1.3.2-ci, 1.3.3-cü, 1.3.4-cü, 1.3.5-ci, 1.3.6-cı, 1.3.7-ci və 1.3.9-cu yarımbəndləri ilə müəyyən olunmuş məlumatlara;

2.0.3. Azərbaycan Respublikasının Mərkəzi Bankı - bu Qaydanın 1.3.3-cü, 1.3.4-cü, 1.3.6-cı, 1.3.7-ci və 1.3.8-ci yarımbəndləri ilə müəyyən olunmuş məlumatlara.

3.1. Dövlət qurumları arasında məlumat mübadiləsinin həyata keçirilməsi üçün məxfi kanalı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təmin edir, məlumat mübadiləsi Nazirliyin yaratdığı sistem vasitəsilə həyata keçirilir.

3.2. Sistemin operatoru Nazirlik, rabitə təşkilatçısı isə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.

3.3. Sistemin iştirakçıları Nazirlik, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilən dövlət qurumlarıdır.

3.4. Dövlət qurumlarının məlumatlara çıxış imkanı Nazirliyin mərkəzi serverlər kompleksi və proqram-texniki təminat vasitələri ilə həyata keçirilir.

3.5. Məlumatlara çıxışın təşkili aşağıdakı vasitələrin tətbiqi ilə həyata keçirilir:

3.5.1. uzlaşdırma rekvizitləri;

3.5.2. razılaşdırılmış protokollar;

3.5.3. qəbul olunmuş təhlükəsizlik tələbləri.

3.6. İnformasiya təminatı üçün aşağıdakı resurslardan istifadə edilir:

3.6.1. sistemin informasiya resursları;

3.6.2. sistemə inteqrasiya olunan və ya qoşulan digər dövlət informasiya sistemləri.

4.1. Sistemin operatoru:

4.1.1. sistem vasitəsilə məlumatlara çıxışın təmin edilməsini tənzimləyən hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir, bu tələblər pozulduqda isə məlumatlara çıxış imkanının müvəqqəti və ya daimi dayandırılması üçün Azərbaycan Respublikası Prezidentinin qarşısında məsələ qaldırır;

4.1.2. müvafiq dövlət qurumları tərəfindən məlumatlara çıxış imkanı verilmiş məsul şəxslər barədə məlumat alır;

4.1.3. sistemin təşkilati və metodiki təminatını həyata keçirir;

4.1.4. sistemin işlək vəziyyətdə olmasını təmin edir;

4.1.5. sistemin istismarı zamanı aşkar edilən səhvləri və nasazlıqları təhlil edir və aradan qaldırır;

4.1.6. sistemin informasiya təhlükəsizliyini təmin edir.

4.2. Rabitə təşkilatçısı:

4.2.1. sistem iştirakçılarını mühafizə olunan rabitə kanalları ilə təmin edir;

4.2.2. rabitə kanalının texniki-texnoloji infrastrukturunun istismarını təmin edir;

4.2.3. rabitə kanalının informasiya təhlükəsizliyini təmin edir;

4.2.4. müvafiq dövlət qurumları tərəfindən məlumatlara çıxış imkanı verilmiş məsul şəxslər barədə məlumat alır.

4.3. Sistem iştirakçısı olan dövlət qurumları:

4.3.1. məlumatların əldə edilməsi üçün informasiya sistemi qovşaqlarını lazımi proqram təminatı ilə təmin edirlər;

4.3.2. məlumatlara çıxış imkanı verilmiş məsul şəxsləri müəyyən edir və bu barədə sistem operatoruna və rabitə təşkilatçısına məlumat verirlər;

4.3.3. məlumatların əldə edilməsi üçün informasiya sistemi qovşaqlarını icazəsiz daxilolmalardan mühafizə edirlər.

1. 10 dekabr 2018-ci il tarixli 399 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 dekabr 2018-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2556)

2. 6 may 2019-cu il tarixli 682 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 may 2019-cu il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 834)

3. 3 avqust 2022-ci il tarixli 1796 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti, 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 856)

4. 29 dekabr 2023-cü il tarixli 2440 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2023-cü il, “Xalq” qəzeti, 30 dekabr 2023-cü il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1701)

5. 4 avqust 2025-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 avqust 2025-ci il, “Azərbaycan” qəzeti, 5 avqust 2025-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 751)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver