Qanunvericilik › “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.09.2026) › Tam mətn

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.09.2026)

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.09.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 sentyabr 2026-cı il

4906 mal mövqeyində göstərilmiş rəsmlərdən və digər üzərinə əl ilə şəkil çəkilmiş və ya bəzədilmiş hazır məmulatlardan başqa, tamamilə əllə çəkilmiş şəkillər, rəsmlər və pastellər; kolajlar, mozaikalar və analoji dekorativ təsvirlər

Qravürlərin, estampların və litoqrafiyaların orijinalları

İstənilən materialdan olan heykəllərin və heykəlciklərin orijinalları

4907 mal mövqeyinin mallarından başqa, istifadə olunmuş və ya istifadə olunmamış poçt markaları və ya dövlət rüsumu markaları, poçt ödəniş nişanları, o cümlədən birinci buraxılış günü söndürülmüş, poçt dəftərxana ləvazimatları (gerb kağızı) və analoji əşyalar

Kolleksiyalar və arxeologiya, etnoqrafiya, tarix, zoologiya, botanika, mineralogiya, anatomiya, paleontologiya və ya numizmatika üzrə kolleksiya əşyaları

Yaşı 100 ildən yuxarı olan əntiq əşyalar

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver