Qanunvericilik › Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 03.12.2012) › Tam mətn

Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 03.12.2012)

Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 03.12.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Banklarda hesabların açılması, aparılması və bağlanması ilə bağlı münasibətlərin normativ tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 44.4-cü maddələrinə əsasən

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin;

3. “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” 01.01.2013-cü il tarixdən qüvvəyə minsin və həmin tarixdən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.11.2004-cü il tarixli qərarı ilə (19 nömrəli protokol) təsdiq edilmiş (16.11.2004-cü il tarixli 3093 nömrəli şəhadətnamə) “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” və bu Qaydalara 29.11.2006-cı il tarixli (29.12.2006-cı il tarixli 3282 nömrəli şəhadətnamə), 27.05.2008-ci il tarixli (15.06.2008-ci il tarixli 3402 nömrəli şəhadətnamə), 27.09.2008-ci il tarixli (16.10.2008-ci il tarixli 3411 nömrəli şəhadətnamə) və 09.09.2009-cu il tarixli qərarlarla (25.09.2009-cu il tarixli 3470 nömrəli şəhadətnamə) təsdiq olunmuş dəyişikliklər ləğv edilsin.

1. 17 mart 2014-cü il tarixli 05/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201403170052, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 04 aprel 2014-cü il)

15 mart 2019-cu il tarixli 6/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150061, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver