MƏRKƏZİ BANKININ QƏRARI
Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda korporativ idarəetmə standartları”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Bank sektorunun maliyyə sabitliyinin təmin edilməsi və dayanıqlıq potensialının artırılması istiqamətində banklarda effektiv və şəffaf, beynəlxalq standartlara uyğun idarəetmə və hesabatlıq sisteminin təşkilinə dair tələblərin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə, habelə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 01 iyul tarixli 463 saylı Fərmanının 4.1.2-ci yarımbəndinə əsasən
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;
3. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.11.2004-cü il tarixli qərarı ilə (19 nömrəli protokol) təsdiq edilmiş (16.11.2004-cü il tarixli 3089 nömrəli şəhadətnamə) “Banklarda korporativ idarəetmə standartlarının tətbiqi Qaydaları” və bu Qaydalara 13.03.06-cı il tarixli (31.03.2006-cı il tarixli 3218 nömrəli şəhadətnamə),18.03.08-ci il tarixli (03.04.2008-ci il tarixli 3389 nömrəli şəhadətnamə), 06.09.10-cu il tarixli (24.09.2010-cu il tarixli 4010 nömrəli şəhadətnamə) təsdiq olunmuş dəyişikliklər ləğv edilsin.
sədrinin vəzifəsini icra edən
1. 21 dekabr 2015-ci il tarixli 43/4 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201512210434, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 dekabr 2015-ci il)
2. 26 iyun 2019-cu il tarixli 1951100027 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201906270027, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 iyul 2019-cu il)