Mərkəzləşdirilmiş Kredit Reyestrinin iş rejiminin, o cümlədən məlumatların xarakterinin, məlumatların verilməsi və alınması qaydalarının və şərtlərinin normativ tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci və Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddələrinə əsasən
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin;
3. “Mərkəzləşdirilmiş Kredit Reyestrinin aparılması və istifadəsi Qaydaları” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyitarixdən qüvvəyə minsin və həmin tarixdən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.11.2004-cü il tarixli qərarı ilə (19 nömrəli protokol) təsdiq edilmiş (16.11.2004-cü il tarixli 3091 nömrəli şəhadətnamə) “Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar” və bu Qaydalara 05.09.2007-ci il tarixli (24.09.2007-ci il tarixli 3362 nömrəli şəhadətnamə), 31.07.2008-ci il tarixli (20.08.2008-ci il tarixli 3406 nömrəli şəhadətnamə) və 13.10.2010-cu il tarixli qərarlarla (02.11.2010-cu il tarixli 4061 nömrəli şəhadətnamə) təsdiq olunmuş dəyişikliklər ləğv edilsin.
1. 07 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il)