Deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalı, Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını rəhbər tutmalı, etik davranış qaydalarına əməl etməlidir.
Deputat Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında və üzvü olduğu Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiylarının iclaslarında iştirak etməlidir. Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur.