Qanunvericilik › Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Deputatın seçicilərlə əlaqə saxlaması

Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır. Deputatın seçiciləri ilə görüşləri və başqa növ iş aparması barədə məlumatlar rəsmi mediada işıqlandırılır.

Deputat seçiciləri qəbul etmək üçün Azərbaycan Respublikasının hər şəhərində və rayon mərkəzində (Bakı, Gəncə və Sumqayıt şəhərlərində isə – hər seçki dairəsində) rabitə vasitələri ilə təchiz edilmiş otaqla təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver