Komitənin iclası stenoqrama alınır və protokollaşdırılır:
komitələrin iclasının protokolu və stenoqramı müvafiq sənədlərin müzakirəsini və onlar barədə qərar qəbul edilməsini təsdiq edən rəsmi sənədlərdir.
Komitənin iclasının protokolunda aşağıdakılar göstərilir:
1) iclasın keçirilməsi yeri, vaxtı, protokolun nömrəsi;
2) iclasda sədrlik və iştirak edən komitə üzvlərinin, habelə dəvət olunmuş şəxslərin adı, soyadı;
3) iclasın gündəliyi;
4) iclasda yayılan sənədlər;
5) gündəlik üzrə çıxış edənlər;
6) gündəlikdə duran məsələlər üzrə səsvermənin nəticələri;
7) qəbul olunmuş akt.
Komitə üzvünün xüsusi rəyi varsa, həmin xüsusi rəy haqqında məlumat protokolda göstərilir, xüsusi rəy isə stenoqrama əlavə edilir.
Komitənin protokolunu iclasda sədrlik edən imzalayır.