AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN QƏRARI
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1-ci bəndinin yeddinci abzasının, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə”nin 9.13-cü bəndinin, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2014-cü il tarixli 256 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət sirrinin mühafizə sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı”nın müddəalarına müvafiq olaraq, informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sisteminin yaradılması və informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə”nin 16.4-cü bəndini rəhbər tutaraq,
3. “İnformasiyanı mühafizə vasitələrinə verilmiş xarici uyğunluq sertifikatlarının tanınması Qaydaları”nın təsdiq olunması barədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 27 iyul 2010-cu il tarixli 159 nömrəli əmri qüvvədən düşmüş hesab olunsun.
Nazir vəzifəsini icra edən
15 may 2017-ci il tarixli Q/9 nömrəli Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705150009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 may 2017-ci il)