«Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 may tarixli, 15 nömrəli qərarına əlavə və dəyişikliklərin edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2008-ci il 30 iyul tarixli iclasının protokoluna əsasən qərara alır:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 04 sentyabr tarixli, 2372 nömrəli Sərəncamının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 may tarixli, 15 nömrəli «Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə» qərarının adından «Nazirlər Kabineti yanında» sözləri çıxarılsın.
2. «Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 may tarixli, 15 nömrəli qərarının 1-ci bəndinin cədvəl hissəsinin 6-cı «Gəminin Azərbaycan Respublikası Dövlət Gəmi Reyestrində (berbout-çarter Reyestrində) qeydiyyatının ləğv edilməsi haqqında bildirişin verilməsi» və 10-cu «Gəmiyə Beynəlxalq Dəniz Təşkilatının nömrəsi verilməsi haqqında Şəhadətnamənin verilməsi» bəndləri çıxarılsın və cədvəl üzrə xidmətlər yeni sıra nömrəsinə uyğunlaşdırılsın.
3. «Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 may tarixli, 15 nömrəli qərarının 1-ci bəndinin cədvəl hissəsinə aşağıdakı redaksiyada 15-ci bənd əlavə edilsin:
Dənizçinin Qeyd Kitabçası
4. Bu qərar 2008-ci il 01 sentyabr tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Sədri
Bakı şəhəri, 30 iyul 2008-ci il