Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»yə əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
«Ahıllara sosial xidmət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 580 nömrəli Fərmanının 1-ci bəndinin 3-cü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin 3.2-ci bəndinə aşağıdakı redaksiyada yeni altıncı və yeddinci abzaslar əlavə edilsin:
«ahılların özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən hesab edilməsi barədə qərar qəbul etmək;
sosial xidmət müəssisələrinin rəhbərliyi ilə birgə ahılların evdə sosial xidmətdən imtina etmələrinə əsas verən qərar qəbul etmək.».
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 21 noyabr 2001-ci il