"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 303-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 582 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 29 oktyabr tarixli 163 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 879) ilə təsdiq edilmiş "Feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi qaydası haqqında Əsasnamə"nin 2-ci bəndində "hər bir əməkdaşın" sözlərindən sonra "fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır, " sözləri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 2 iyul 2007-ci il