Qanunvericilik › Azərbaycan Respublikası orta ixtisas peşə təhsili müəssisələri tələbələrinin dövlət attestasiyası haqqında Əsasnamə (Elm və Təhsil Nazirliyi, 02.11.1997) › Tam mətn

Azərbaycan Respublikası orta ixtisas peşə təhsili müəssisələri tələbələrinin dövlət attestasiyası haqqında Əsasnamə (Elm və Təhsil Nazirliyi, 02.11.1997)

Azərbaycan Respublikası orta ixtisas peşə təhsili müəssisələri tələbələrinin dövlət attestasiyası haqqında Əsasnamə (Elm və Təhsil Nazirliyi, 02.11.1997) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Azərbaycan Respublikası “Təhsil qanunu”na uyğun olaraq orta ixtisas təhsili müəssisələrində ayrı-ayrı əsas ixtisas fənlərinin tədrisi və orta ixtisas peşə təhsili proqramları başa çatarkən tələbələrin uyğun olaraq həmin fənlər üzrə yekun və buraxılış yekun dövlət attestasiyasından (dövlət attestasiyası) keçirilməsi məcburidir.

2. Məzunların dövlət attestasiyası yalnız dövlət akkreditasiyasından keçmiş orta ixtisas təhsili müəssisələrində orta peşə təhsilinin dövlət təhsil standartlarında nəzərdə tutulan istiqamət və ixtisasları üzrə aparılır və təhsilin, eləcə də ixtisas dərəcəsinin səviyyəsi haqqında dövlət diplomu verilməsi ilə başa çatdırılır,

3. Dövlət attestasiyası orta ixtisas təhsili müəssisəsində müvafiq baza təhsil proqramları üzrə təşkil olunmuş dövlət attestasiya komissiyaları tərəfindən həyata keçirilir.

4. Dövlət attestasiya komissiyasının əsas funksiyaları aşağıdakılardır:

- məzunların hazırlıq dərəcəsinin təhsil standartının tələblərinə uyğunluğunun kompleks şəkildə qiymətləndirilməsi;

- dövlət attestasiyası nəticələrinə görə məzuna müvafiq ixtisas dərəcəsi və orta ixtisas təhsili diplomunun verilməsi haqqında qərar çıxarılması;

- komissiyanın işinin nəticələri əsasında mütəxəssis hazırlığının təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənməsi;

5. Dövlət attestasiya komissiyaları öz fəaliyyətlərində Azərbaycan Respublikası “Təhsil qanunu”, “Orta ixtisas müəssisələrinin əsasnaməsi”, eləcə də digər qanunvericilik aktlarını və bu əsas-naməni rəhbər tuturlar.

6. Dövlət attestasiyası imtahanları aşağıdakı formalar üzrə keçirilə bilər:

- müəyyən fənlər üzrə (əsas ixtisas fənləri, həmin fənlərin tədrisi başa çatarkən) yekun dövlət imtahanları;

- istiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanı;

- buraxılış işinin müdafiəsi.

6.1. Müəyyən fənlər üzrə yekun imtahanı tələbənin bu fənlər üzrə tədris planlarında nəzərdə tutulan və dövlət təhsil standartları ilə müəyyən edilən materialların mənimsəmə səviyyəsini təyin edir.

6.2. İstiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanında, ayrı-ayrı fənlərin məzmununa olan tələblərlə yanaşı, həmçinin məzuna həmin istiqamət (ixtisas) üzrə dövlət təhsil standartlarının qoyduğu ümumi tələblər də nəzərə alınmalıdır.

6.3. Buraxılış işləri təhsil dövründə məzunun yerinə yetirdiyi kurs işlərini ümumiləşdirməklə də hazırlana bilər.

7. Dövlət attestasiyasının tərkibinə hökmən müəyyən fənlər üzrə (əsas ixtisas fənləri, o cümlədən xarici dildən) həmin fənlərin tədrisi başa çatarkən yekun dövlət imtahanları və buraxılış işinin müdafiəsi daxil edilir.

8. Tələbələrin yekun dövlət attestasiyasının tərkibinə daxil olan attestasiya sınaqlarının növü (növləri) və vaxt həcmi dövlət təhsil standartları ilə müəyyən olunur. Bu zaman orta ixtisas təhsilinin dövlət təhsil standartlarında müəyyən ixtisas üzrə məzunların hazırlanmasının minimum məzmununa və səviyyəsinə qoyulan dövlət tələbi ödənilməlidir.

9. Müəyyən fənlər üzrə yekun və ya istiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanlarının proqramları, eləcə də bu imtahanların və buraxılış işlərinə qoyulan tələblər komissiya sədrlərinin iştirakı ilə müzakirə olunur və təsdiq edilir.

Buraxılış işlərinin mövzuları orta ixtisas müəssisəsi tərəfindən müəyyən edilir. Tələbəyə buraxılış işinin mövzusunu seçmək eyni zamanda öz mövzusunu təklif etmək və onun işlənməsinin məqsədəuyğunluğunu əsaslandırmaq hüququ verilir.

Buraxılış ixtisas işləri mütləq resenziya olunmalıdır.

10. Dövlət Attestasiya komissiyası orta peşə təhsil müəssisələrinin hər bir təhsil proqramı üzrə təşkil olunur, lazım gəldikdə bir əsas təhsil proqram üzrə bir neçə attestasiya komissiyası, yaxud qohum təhsil qrupuna daxil olan proqramlar üçün vahid Dövlət Attestasiya komissiyası yaradılır.

11. Dövlət Attestasiya komissiyasına sədr rəhbərlik edir, Sədr komissiyanın fəaliyyətini təşkil edir, onun işinə nəzarət edir. Məzunlara təqdim olunan tələblərin vahidliyini təmin edir.

Dövlət Attestasiya komissiyasına həmin tədris müəssisəsində işləyən şəxs rəhbərlik edə bilməz.

Dövlət orta ixtisas tədris müəssisələrində Dövlət Attestasiya komissiyasının sədri tədris müəssisəsinin təqdimatına əsasən həmin tədris müəssisəsinin təsisçisi tərəfindən təsdiq edilir.

Dövlət qeydiyyatından keçmiş qeyri-dövlət təhsil müəssisələrində isə Dövlət Attestasiya komissiyalarının ümumi sədrlərini və buraxılış yekun Dövlət Attestasiyası komissiyalarının sədrlərini onların təqdimatı əsasında təhsil nazirliyi təyin edir.

12. Orta ixtisas təhsili müəssisəsinin rəhbəri Dövlət Attestasiya komissiyasının sədr müavini hesab edilir, Bir tədris müəssisəsində bir neçə müəssisəsinin tədris işləri üzrə direktor müavini və yaxud filialın və ya şöbənin müdiri Dövlət Attestasiya komissiyasının sədr müavini təyin edilə bilər.

Dövlət Attestasiya komissiyasının üzvlərinin tərkibi həmin orta ixtisas təhsili müəssisəsinin rəhbəri tərəfindən təyin olunur.

13. Yekun Dövlət Attestasiyasına daxil olan sınaq attestasiyalarının keçirilməsinin qayda və formaları, orta peşə təhsili müəssisələri tərəfindən müəyyən olunur və attestasiyanın başlanmasından altı ay əvvəl tələbələrin nəzərinə çatdırılır. Tələbələr imtahan proqramları ilə təmin edilir, onlara imtahana hazırlaşmaq üçün şərait yaradılır, məsləhət saatları keçirilir.

14. İxtisas işinin müdafiəsinə peşə təhsili proqramlarından biri üzrə tam kursu bitirmiş və tədris planında nəzərdə tutulan bütün sınaq attestasiyalarından müvəffəqiyyətlə keçən şəxslər buraxılır.

Ayrı-ayrı fənlər üzrə yekun imtahanları tam kurs başa çatdıqdan sonra keçirilir.

15. Dövlət Attestasiya imtahanlarının müdafiəsi ən azı attestasiya komissiyasının üzvlərinin 2/3 hissəsinin iştirakı ilə

Yekun Dövlət Attestasiyasına daxil olan sınaq attestasiyalarının nəticəsi “Əla”, “Yaxşı”, “Kafi”, “Qeyri-kafi” qiymətləri ilə müəyyənləşdirilir və həmin gün Dövlət Attestasiya komissiyasının iclasında müəyyən olunmuş qaydaya əsasən protokollaşdırıldıqdan sonra elan edilir.

16. Dövlət Attestasiya komissiyasının qərarı gizli iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrin səsi həlledici rol oynayır.

17. Orta peşə təhsili müəssisəsinin məzununa müvafiq ixtisas üzrə və orta ixtisas (peşə) təhsili haqqında sənədin təqdim olunması bu ixtisas üzrə dövlət təhsil standartlarını müəyyən edilmiş attestasiya sınaqlarının müvəffəqiyyətlə keçirilməsindən sonra həyata keçirilir.

Tədris planında nəzərdə tutulan fənlərdən 75%-dən az olmayaraq “Əla” və yerdə qalan fənlərdən “Yaxşı” qiymət almış, Dövlət tədris standartlarının təsdiq etdiyi sınaq attestasiyasının bütün növlərindən müvəffəqiyyətlə çıxan, Dövlət Attestasiyasının yekununda “Əla” qiymət alan tələbəyə “Əlaçı” diplomu verilir.

Dövlət yekun attestasiyasının sıyahısında olan sınaqların sırasında dəyişikliklər olarsa, məzunlar başa vurduğu təhsil qursunun siyahısına uyğun attestasiya sınaqlarına buraxılır.

18. Dövlət Attestasiya komissiyasının işinə dair illik hesabat orta ixtisas təhsili müəssisələrinin pedaqoji şurasında müzakirə edilir və təhsil müəssisəsinin tabe olduğu icra orqanına təqdim olunur.

19. Dövlət Attestasiya komissiyalarının fəaliyyəti bir təqvim il müddətinə müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver