Qanunvericilik › Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında" Əsasnamə"yə əlavələr edilməsi barədə (Prezidentin fərmanı, 27.09.2003) › Tam mətn

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında" Əsasnamə"yə əlavələr edilməsi barədə (Prezidentin fərmanı, 27.09.2003)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında" Əsasnamə"yə əlavələr edilməsi barədə (Prezidentin fərmanı, 27.09.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında" Əsasnamə"yə əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Dövlət əmlakının özəlləşdirilməsi prosesini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

I. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında" Əsasnamənin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844; 2001-ci il, № 10, maddə 640) 15 bəndinə aşağıdakı əlavələr edilsin:

bəndin birinci abzasında "özəlləşdirilmə komissiyası" sözlərindən sonra "(kiçik müəssisələr istisna olmaqla)" sözləri əlavə edilsin;

bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Özəlləşdirmə prosesində kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmlakının bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsi müəssisə rəhbəri və mühasib tərəfindən müəssisənin (obyektin) əmlakının inventarlaşdırılması əsasında həyata keçirilir. Kiçik dövlət müəssisələri (obyektləri) özəlləşdirilərkən bu Əsasnamə ilə özəlləşdirmə komissiyasının hüquqlarına aid edilən digər hüquqlar da göstərilən qaydada həyata keçirilir."

II. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver