Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 718; 2007-ci il, № 5, maddə 460, № 11, maddə 1117; 2008-ci il, № 6, maddələr 496, 497; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli və 2010-cu il 10 fevral tarixli, 219 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə"nin 17.4-cü bəndində "tədris vəsaitlərini, " sözlərindən sonra "daxili nizamnamələri, " sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 2010-cu il