1. “Azərbaycanın Olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il N 10, maddə 594, 2006-cı il, N 5, maddə 403) 1-ci bəndi ilə müəyyən edilmiş xüsusi olimpiya təqaüdünün məbləği 50 faiz artırılaraq, həmin bənddə “beş yüz” sözləri “yeddi yüz əlli” sözləri ilə əvəz edilsin.
2. Bu fərman imzalandığı gündən qüvvəyə minir.