Qanunvericilik › Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında (Prezidentin fərmanı, 04.09.2008) › Tam mətn

Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında (Prezidentin fərmanı, 04.09.2008)

Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında (Prezidentin fərmanı, 04.09.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 594; 2006-cı il, № 5, maddə 403; 2008-ci il, № 1, maddə 5) 1-ci bəndi ilə müəyyən edilmiş xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq, həmin bənddə “yeddi yüz əlli” sözləri “min” sözü ilə əvəz edilsin.

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2008-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver