AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI
“Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına və neytral əməliyyatlara dair hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına dair Azərbaycan Respublikasının Mərkəzi Bankında tam və dolğun statistik məlumat bazasını formalaşdıraraq tədiyyə balansının hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddələrinə və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci bəndinin “d” yarımbəndinə əsasən
1. “Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına və neytral əməliyyatlara dair hesabatın tərtib və təqdim edilməsi haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur);
2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 11.01.1997-ci il tarixli qərarı ilə (1 nömrəli protokol) təsdiq edilmiş “Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlər ilə maliyyə əməliyyatlarına dair hesabatın tərtib edilməsi Qaydaları” ləğv edilsin;
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, “Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 8 fevral tarixli 25 nömrəli Qərarına uyğun olaraq hazırlanmışdır və qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına və neytral əməliyyatlara dair hesabatın tərtibi və təqdim olunması məsələlərini tənzimləyir.
1.2. Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına və neytral əməliyyatlara dair hesabat bankların, xarici bankların yerli filiallarının, poçt rabitəsinin milli operatorunun (bundan sonra – statistik vahidlər) hüquqi və fiziki şəxslərin, eləcə də statistik vahidlərin özlərinin vəsaiti hesabına qeyri-rezidentlərlə apardığı maliyyə əməliyyatlarını və neytral əməliyyatları nəzərdə tutur. Bu Təlimat dövlət orqanları və rezident hüquqi şəxslərin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına və neytral əməliyyatlara dair bilavasitə Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) təqdim olunan hesabatlara da şamil edilir.
1.3. Mərkəzi Bank hesabat tədiyə balansının tərtibi ilə əlaqədar təqdim edilmiş məlumatlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə edir.
1.4. Tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı maliyyə əməliyyatlarının məcmusunu əks etdirən statistik hesabat sistemidir. Bu hesabatın məqsədləri, həmçinin neytral əməliyyatlar üçün istifadə olunan rezidentlik və qeyri-rezidentlik statusu aşağıdakı kimi anlaşılmalıdır:
1.4.1. institusional vahidin rezidentlik statusu təsis olunduğu ölkə (fiziki şəxslər üçün – vətəndaşlıq mənsubiyyəti) ilə deyil, onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi, bu əraziyə sıx bağlılığı və həmin ərazidə davamlı olaraq bir il müddətindən artıq fəaliyyət göstərməsi (fiziki şəxslər üçün – yaşaması) ilə müəyyən edilir. Bu şərtlərə uyğun olmayan institutsional vahidlər qeyri-rezident hesab olunur;
1.4.2. Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları, Azərbaycan Respublikasında yaşayan əcnəbi tələbələr, qeyri-rezidentlər hesab olunur.
2.1. 1-TB hesabat formasında (əlavə №1) rezidentlərin qeyri-rezidentlərlə apardığı maliyyə əməliyyatları və neytral əməliyyatlar valyuta növü (manat da daxil olmaqla) üzrə (min valyuta vahidi ilə) qeyd olunur.
2.2. 1-TB hesabat formasında maliyyə əməliyyatları Beynəlxalq Valyuta Fondunun tələblərinə uyğun tədiyə balansının göstəricilərinin standart komponentlərinin qrup və əməliyyat növləri üzrə təsnifatına (Əlavə №4) əsaslanmaqla kredit (daxilolmalar) və debet (ödənişlər) üzrə qeyd olunur.
2.3. Hesabatda əməliyyat növü və kodu üzrə qeyri-rezidentin mənsub olduğu ölkənin adı və kodu əks olunur. Bu zaman aktiv və öhdəliklərin müddəti bir il və ya ondan azdırsa qısamüddətli, bir ildən artıqdırsa uzunmüddətli kimi qeyd olunur.
2.4. Ölkənin, valyutanın adı və kodu (Birləşmiş Millətlər Təşkilatının təsnifatına uyğun) hesabat formasında avtomatik olaraq kodlaşdırılmış şəkildə işlənilir.
2.5. Malların idxalına görə ödənişlər (debet köçürmələri) ay ərzində müştərilər tərəfindən statistik vahidə təqdim olunmuş ödəniş sənədlərinə əsasən köçürülmüş məbləğlər üzrə hesablanaraq qeydə alınır.
2.5.1. Qeyri-rezidentlərdən idxal olunan malları təsdiq edən yük gömrük bəyannamələrində ödənilmiş vəsaitin məbləği və ödənişin aparıldığı tarix qeyd olunduqdan sonra statistik vahid həmin bəyannamələrin rekvizitlərini 1-TB formasına əlavədə (əlavə №2) qeyd edir.
2.5.2. Müştərilərin bu tipli ödənişlərinin ümumi məbləği 1-TB hesabat formasında qeyd olunmuş idxal əməliyyatlarının ümumi məbləğinə bərabər olur.
2.5.3. 1-TB hesabat formasına əlavədə məbləğlər tam nominalda qeyd olunur.
2.6. Qeyri-rezidentlərlə aparılan maliyyə əməliyyatları haqqında statistik vahidlərin xarici banklardakı hesablarında və qeyri-rezidentlərin (istər bankların, istərsə də digər şəxslərin) statistik vahidlərdəki hesablarında olan vəsaitlərin hərəkəti də daxil olmaqla hesabata aid edilir.
2.6-1. Rezidentlərin və qeyri-rezidentlərin neytral əməliyyatları haqqında məlumat (Əlavə №3) 1-TB hesabat formasına əlavə olunur.
2.7. Rezidentlərin (istər statistik vahidlərin, istərsə də digər şəxslərin) xarici banklardakı hesabları vasitəsilə qeyri-rezidentlərlə maliyyə əməliyyatları hesabata daxil edilir.
2.8. Maliyyə əməliyyatları vəsaitin rezidentlərin bank hesabına daxil olduğu və bank hesabından məxaric olunduğu gün qeydiyyata alınır.
2.9. Hesabat dövrü ərzində 20.000 (iyirmi min) ABŞ dolları məbləğindən aşağı və ya buna ekvivalent olan digər xarici valyutada eyni xarici ölkə ilə eyni əməliyyat növündə eyni valyutada aparılan əməliyyatlar bir sətirdə qeyd oluna bilər (məsələn, Azərbaycan Respublikasından ixrac olunmuş mallara görə Almaniya rezidentlərindən daxil olmuş ümumi məbləğ eyni qrupa alınaraq bir sətirdə yazılır).Bu halda 1-TB hesabat formasının 9-cu sütununda aparılmış əməliyyatların sayı qeyd olunur.
Hesabat dövrü ərzində 200.000 (iki yüz min) ABŞ dolları məbləğindən yuxarı və ya buna ekvivalent olan digər xarici valyutada aparılan əməliyyatlar 1-TB hesabat formasının 8-ci sütununda hüquqi şəxsin adı göstərilməklə və ya fiziki şəxs olduqda, adı göstərilmədən əməliyyatın fiziki şəxsə aid olması qeyd olunur.
2.10. Nağd valyuta ilə aparılan ödənişlər haqqında məlumatlar da nağdsız hesablaşmalar şəklində aparılan əməliyyatlar kimi 1-TB hesabat formasında öz əksini tapır.
2.11. Aşağıdakı əməliyyatlar tədiyə balansı üçün neytral əməliyyatlar hesab olunaraq hesabata daxil edilmir və 1-TB hesabat formasına əlavədə (Əlavə №3) bu Təlimatın 2.1-ci bəndinə müvafiq qaydada qeyd olunaraq təqdim edilir:
2.11.1. eyni statistik vahidin qeyri-rezident banklardakı müxbir hesabları arasında əməliyyatlar;
2.11.2. müxtəlif statistik vahidlərin qeyri-rezident banklardakı müxbir hesabları arasında əməliyyatlar;
2.11.3. statistik vahidin qeyri-rezident banklardakı müxbir hesablarından nağd xarici valyutanın məxaric olunması və Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsi və ya statistik vahid tərəfindən nağd xarici valyutanın Azərbaycan Respublikasından çıxarılması və qeyri-rezident banklardakı müxbir hesablarına mədaxil edilməsi üzrə əməliyyatlar;
2.11.4. statistik vahiddə xidmət olunan rezidentin qeyri-rezident banklardakı hesablarına vəsaitin köçürülməsi və ya rezidentin qeyri-rezident banklardakı hesablarından statistik vahiddə xidmət olunan hesabına vəsaitin köçürülməsi üzrə əməliyyatlar;
2.11.5. statistik vahidlərin və digər rezidentlərin Azərbaycan Respublikasından kənara köçürülmüş və ya Azərbaycan Respublikasına daxil olmuş vəsaitlərinin hər hansı səbəbdən tam və ya qismən geri qaytarılması üzrə əməliyyatlar;
2.11.6. statistik vahidin özünün və ya xidmət göstərdiyi rezidentin həmin statistik vahidin qeyri-rezident banklardakı müxbir hesabları vasitəsilə aparılan konvertasiya (mübadilə) əməliyyatları;
2.11.7. tədiyə balansının tərtibi üçün nəzərdə tutulmayan digər əməliyyatlar (statistik vahidin özünün və ya xidmət göstərdiyi rezident və qeyri-rezident bankın müxbir hesabları vasitəsilə apardıqları “forex” və bu tip başqa əməliyyatları);
2.11.8. xidmət olunduğu statistik vahidin müxbir hesabı vasitəsilə qeyri-rezidentlər arasında aparılan əməliyyatlar.
2.11-1. Neytral əməliyyatlar Beynəlxalq Valyuta Fondunun tövsiyələrinə əsasən əməliyyat növləri üzrə təsnifləşdirilir (Əlavə №5). Əməliyyatların təsnifləşdirilməsi zamanı neytral əməliyyatlar aşağıdakı kimi qruplaşdırılır:
2.11-1.1. 1-ci və 2-ci növ əməliyyatlar - bu Təlimatın 2.11.1- 2.11.2-ci və 2.11.4- 2.11.7-ci yarımbəndlərində nəzərdə tutulan əməliyyatlar üzrə;
2.11-1.2. 3-cü və 4-cü növ əməliyyatlar - bu Təlimatın 2.11.8-ci yarımbəndində nəzərdə tutulan əməliyyatlar üzrə;
2.11-1.3. 5-ci və 6-cı növ əməliyyatlar - bu Təlimatın 2.11.3-cü yarımbəndində nəzərdə tutulan əməliyyatlar üzrə.
2.12. Statistik vahidin 1-TB hesabat formasında qeyri-rezidentlərlə hesablaşmalarda kreditlər və ya depozitlər üzrə əməliyyatları statistik vahidin icmal mühasibat balansında əks olunan müvafiq hesabların debet və ya kredit dövriyyəsi (hesablararası əməliyyatlar, hesablararası düzəliş əməliyyatları, məzənnə fərqləri üzrə bütün müxabirləşmə məbləğləri istisna olmaqla) ilə uyğunluq təşkil etməlidir.
2.13. Qeyri-rezidentlərlə hesablaşmalarda akkreditiv və ya qabaqcadan ödəniş forması tətbiq olunduqda vəsaitin hərəkəti əməliyyatlar aparıldığı gün qeydə alınmaqla 1-TB hesabat formasının müvafiq hesabat dövründə əks etdirilir.
3.1. Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına və neytral əməliyyatlara dair hesabat aylıq əsasda, elektron formada hesabat dövründən sonrakı ayın 10 (on) iş günü ərzində statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq Mərkəzi Banka təqdim edilməlidir.
3.2. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.
Statistik vahidin adı: _________________________________________________________________________
Hesabat dövrü:_________________________________________________________________________
1. Əlavənin sütunlarındakı nömrələr və adlar gömrük bəyannamələrin rekvizitlərin nömrələri və adları ilə eynidir.
2. Bəyannamənin eyni adlı rekvizitlərindəki məlumatlar olduğu kimi əlavənin sütunlarına yazılır.
3. Əlavənin hər bir sətrində yalnız bir gömrük bəyannaməsinin rekvizitlərindəki məlumatlar qeyd olunur.
4. Əlavənin axırıncı sütunda hər gömrük bəyannaməsi üzrə faktiki ödəniş məbləği və ödənişin aparıldığı tarix qeyd olunur.
"Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə
əməliyyatlarına və neytral əməliyyatlara dair
hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat"a
1. Malların ixracı üçün qeyri-rezidentlərdən köçürmə yolu ilə daxil olan vəsaitlər
2. Malların ixracı üçün qeyri-rezidentlərdən köçürmə yolu ilə daxil olan vəsaitlər (elektron ticarət)
3. Malların ixracı üçün qeyri-rezidentlərdən nağd şəkildə daxil olan vəsaitlər
5. Xam neftin ixracına görə daxil olan vəsaitlər
6. Neft emalı məhsullarının ixracına görə daxil olan vəsaitlər
7. Təbii qazın ixracına görə daxil olan vəsaitlər
8. Malların ixracına görə neft-qaz sektoru üzrə daxil olan vəsaitlər
9. Malların idxalı üçün qeyri-rezidentlərə köçürülən vəsaitlər
10. Malların idxalı üçün qeyri-rezidentlərə köçürülən vəsaitlər (elektron ticarət)
11. Malların idxalı üçün qeyri-rezidentlərə nağd şəkildə ödənilən vəsaitlər
13. Malların idxalına görə neft-qaz sektoru üzrə ödənilən vəsaitlər
14. Qabaqcadan ödənişlər (köçürmə yolu ilə)
15. Qabaqcadan ödənişlər (nağd şəkildə)
16. Neft-qaz sektoru ilə bağlı qabaqcadan ödənişlər
17. Qabaqcadan ödənişlərin geri qaytarılması (köçürmə yolu ilə)
18. Qabaqcadan ödənişlərin geri qaytarılması (nağd şəkildə)
20. Neft-qaz sektoru ilə bağlı akkreditivlər
21. Akkreditivlərin geri qaytarılması
22. DSK göstəriciləri üzrə ixrac FOB
23. DSK göstəriciləri üzrə idxal SİF
24. Ehtiyat üçün olan qeyri-monetar qızıl
25. Digər qeyri-monetar qızıl
27. Xarici hava nəqliyyatının Azərbaycanda yanacaqla təchizatı
28. Xarici dəniz nəqliyyatının Azərbaycanda yanacaqla təchizatı
29. Azərbaycanın hava nəqliyyatının xaricdə yanacaqla təchizatı
30. Azərbaycanın dəniz nəqliyyatının xaricdə yanacaqla təchizatı
31. Xam neftin ixracına düzəlişlər
32. Təbii qazın ixracına düzəlişlər
33. Neft emalı məhsullarının ixracına düzəlişlər
34. Fiziki şəxslərin məkik idxalı
35. FOB qiymətinə uyğunlaşma
36. Xaricdə emal malları
37. Ölkədə emal malları
38. Təmir üçün mallar
B QRUPU BEYNƏLXALQ XİDMƏTLƏR ÜZRƏ
1. Ölkə ərazisində malların emalı üçün göstərilən xidmətlər
2. Ölkə ərazisindən kənarda malların emalı üçün göstərilən xidmətlər
3. Texniki və təmir xidmətləri üçün daxilolmalar və ödənişlər
4. Dəniz nəqliyyatı üzrə sərnişin daşımaları
5. Dəniz nəqliyyatı üzrə yük daşımaları
6. Dəniz nəqliyyatı üzrə xam neftin daşımaları
7. Dəniz nəqliyyatı üzrə digər xidmətlər
8. Hava nəqliyyatı üzrə sərnişin daşımaları
9. Hava nəqliyyatı üzrə yük daşımaları
10. Hava nəqliyyatı üzrə digər xidmətlər
11. Dəmiryol nəqliyyatı üzrə sərnişin daşımaları
12. Dəmiryol nəqliyyatı üzrə yük daşımaları
13. Dəmiryol nəqliyyatı üzrə xam neftin daşınması
14. Dəmiryol nəqliyyatı üzrə digər xidmətlər
15. Avtomobil nəqliyyatı üzrə sərnişin daşımaları
16. Avtomobil nəqliyyatı üzrə yük daşımaları
17. Avtomobil nəqliyyatı üzrə digər xidmətlər
18. Digər nəqliyyat üzrə sərnişin daşımaları
19. Digər nəqliyyat üzrə yük daşımaları
20. Digər nəqliyyat üzrə digər xidmətlər
21. Boru kəməri üzrə xam neftin daşınması
22. Boru kəməri üzrə qazın daşınması
24. Səhiyyə xidmətləri-şəxsi səfərlə bağlı
25. Təhsil xidmətləri-şəxsi səfərlə bağlı
26. Digər şəxsi səfərlər
27. Rabitə xidmətləri
28. Poçt və kuryer xidmətləri
29. Telekommunikasiya xidmətləri
30. Neft-qaz sektoru üzrə tikinti xidmətləri
31. Digər sektorlar üzrə tikinti xidmətləri
32. Həyatın sığortalanması və pensiya maliyyələşdirilməsi
33. Yükün sığortalanması
34. Digər birbaşa sığortalanma
36. Maliyyə xidmətləri (bank əməliyyatlarına və sair komisyon haqqına görə tədiyələr)
37. Dolayı yolla ölçülən maliyyə vasitəçiliyi xidmətləri (FİSİM)
38. Kompüter xidmətləri
39. İnformasiya xidmətləri
40. İnformasiya agentliyi xidmətləri
41. Digər informasiya təminatı xidmətləri
42. Ticarət xidmətləri
43. Digər ticarət yönümlü xidmətlər
44. Əməliyyat lizinqi (icarə) xidmətləri
46. Mühasibatlıq, audit, vergi məsləhət xidmətləri
47. Biznes və menecment, məsləhət və ictimaiyyətlə əlaqələr üzrə xidmətlər
48. Reklam, bazarın tədqiqi, ictimai rəy sorğusu xidmətləri
49. Tədqiqat və inkişaf xidmətləri
50. Arxitektur, mühəndis və digər texniki xidmətlər
51. Kənd təsərrüfatı, dağ-mədən və digər yerindəcə emal xidmətləri
52. Tullantıların emalı və təmizlənməsi
53. Audiovizual xidmətlər
54. Digər şəxsi, mədəni və əyləncə xidmətləri
55. Səhiyyə xidmətləri-sifarişlə
56. Təhsil xidmətləri-qiyabi təhsil və ya internetlə
57. Səfirlik və konsulluq xidmətləri
58. Hərbi hissə və agentlik xidmətləri
59. Digər hökumət xidmətləri
60. Neft-qaz sektoru üzrə digər işgüzar xidmətlər
61. Digər sektorlar üzrə digər işgüzar xidmətlər
62. Xidmətlər üzrə qabaqcadan ödənişlər və daxilolmalar
63. Xidmətlər üzrə qabaqcadan ödənişlərin geri qaytarılması
64. Xidmətlər üzrə qabaqcadan daxilolmaların geri qaytarılması
65. Xidmətlər üzrə neft-qaz sektoruna aid qabaqcadan ödənişlər və daxilolmalar
66. Xidmətlər üzrə neft-qaz sektoruna aid qabaqcadan ödənişlərin geri qaytarılması
67. Xidmətlər üzrə neft-qaz sektoruna aid qabaqcadan daxilolmaların geri qaytarılması
1. Neft-qaz sektoru üzrə əmək haqqı ödənişləri
2.Neft-qaz sektoru üzrə əmək haqqı daxilolmaları
3. Digər sektorlar üzrə əmək haqqı ödənişləri
4. Digər sektorlar üzrə əmək haqqı daxilolmaları
5. Neft-qaz sektoru üzrə birbaşa investisiyalardan gəlir
6. Digər sektorlar üzrə birbaşa investisiyalardan gəlir
7. Digər sektorlar üzrə qiymətli kağızlar portfelindən gəlir
8. Mərkəzi Bank üzrə qiymətli kağızlar portfelindən gəlir
9. ARDNF üzrə qiymətli kağızlar portfelindən gəlir
10. Dividendlər və bölüşdürülmüş mənfəətdən gəlir
11. Yenidən investisiyalaşdırılmış gəlirlər
12. BVF üzrə hesablanmış faizlər
13. Mərkəzi Bank üzrə müxbir hesablardakı vəsaitə, depozitlərə hesablanmış faizlər
14. ARDNF üzrə depozitlərə hesablanmış faizlər
15. Dövlət təminatlı kreditlərə hesablanmış faizlər
16. Digər layihələr üzrə kreditlərə hesablanmış faizlər
17. Neft-qaz sektoru üzrə kreditlərə hesablanmış faizlər
18. Rezident bankların qeyri-rezidentlərdən cəlb etdikləri kreditlər üzrə hesablanmış faizlər
19. Rezident bankların qeyri-rezidentlərə verdikləri kreditlər üzrə hesablanmış faizlər
20. Özəl sektor üzrə kreditlərə hesablanmış faizlər
21. Royalti və lisenziya xidmətləri
22. Françayz və ona uyğun xidmətlər
23. İstehsaldan və idxaldan vergilər
25. Mərkəzi Bank üzrə depozitlərə hesablanmış faizlər (qızıl)
26. ARDNF üzrə depozitlərə hesablanmış faizlər (qızıl)
D QRUPU CARİ TRANSFERTLƏR ÜZRƏ
1. Beynəlxalq təşkilatlara üzvlük haqqı
2. Xaricdən daxil olmuş təmənnasız humanitar maliyyə yardımları
3. Xaricə köçürülmüş təmənnasız humanitar maliyyə yardımları
5. Hökumətlərarası qrantlar
6. BVF-nun subsidiya hesabından alınan qrantlar
7. Rezident fiziki şəxslərin hesablarından xaricə fiziki şəxslərin hesablarına köçürülən vəsait
8. Rezident fiziki şəxslərin hesablarına xaricdən fiziki şəxslərin hesablarından daxil olan vəsait
9. Rezident fiziki şəxslərin hesablarından xaricə hüquqi şəxslərin hesablarına köçürülən vəsait
10. Rezident fiziki şəxslərin hesablarına xaricdən hüquqi şəxslərin hesablarından daxil olan vəsait
11. Rezident fiziki şəxslərin hesablarından xaricə aparmaq üçün nağd şəkildə çıxarılan vəsait
12. Rezident fiziki şəxslərin hesablarına xaricdən gətirdikləri nağd xarici valyutanın daxil olması
13. Qeyri-rezident fiziki şəxslərin hesablarından xaricə fiziki şəxslərin hesablarına köçürülən vəsait
14. Qeyri-rezident fiziki şəxslərin hesablarına xaricdən fiziki şəxslərin hesablarından daxil olan vəsait
15. Qeyri-rezident fiziki şəxslərin hesablarından xaricə hüquqi şəxslərin hesablarına köçürülən vəsait
16. Qeyri-rezident fiziki şəxslərin hesablarına xaricdən hüquqi şəxslərin hesablarından daxil olan vəsait
17. Qeyri-rezident fiziki şəxslərin hesablarına xaricdən gətirdikləri nağd xarici valyutanın daxil olması
18. Qeyri-rezident fiziki şəxslərin hesablarından xaricə aparmaq üçün nağd şəkildə çıxarılan vəsait
19. Rezident fiziki şəxslərin plastik kartlar üzrə köçürmələri və daxilolmaları
20. Qeyri-rezident fiziki şəxslərin plastik kartlar üzrə köçürmələri və daxilolmaları
21. Digər transfertlər (cərimə, yığımlar və s.)
22. Qeyri-hökumət təşkilatları tərəfindən alınan və verilən qrantlar
E QRUPU KAPİTAL TRANSFERTLƏRİ ÜZRƏ
1. Kreditor borclarının ləğv olunması (bağışlanılması)
3. Qeyri-maliyyə aktivlərinin alınması və satılması (torpaq, onun sərvətləri və sair)
F QRUPU BİRBAŞA İNVESTİSİYALAR ÜZRƏ
1. Xarici iqtisadiyyata yönəldilmiş səhmdar kapital qoyuluşu
2. Xarici iqtisadiyyata yönəldilmiş səhmdar kapital qoyuluşu (neft-qaz sektoru üzrə)
3. Xarici iqtisadiyyata qoyulmuş səhmdar kapitalın geri qaytarılması
4. Xarici iqtisadiyyata qoyulmuş səhmdar kapitalın geri qaytarılması (neft-qaz sektoru üzrə)
5. Xarici iqtisadiyyata qoyulmuş səhmdar kapital üzrə gəlirlərin təkrarən investisiyası
6. Xarici iqtisadiyyata yönəldilmiş digər kapital qoyuluşu
7. Xarici iqtisadiyyata yönəldilmiş digər kapital qoyuluşu (neft-qaz sektoru üzrə)
8. Xarici iqtisadiyyata qoyulmuş digər kapitalın geri qaytarılması
9. Xarici iqtisadiyyata qoyulmuş digər kapitalın geri qaytarılması (neft-qaz sektoru üzrə)
10. Xarici iqtisadiyyata yönəldilmiş firmalararası kreditlər
11. Xarici iqtisadiyyata yönəldilmiş firmalararası kreditlərin geri qaytarılması
12. Xarici iqtisadiyyata yönəldilmiş firmalararası kreditlər (neft-qaz sektoru üzrə)
13. Xarici iqtisadiyyata yönəldilmiş firmalararası kreditlərin geri qaytarılması (neft-qaz sektoru üzrə)
14. Xarici iqtisadiyyata yönəldilmiş firmalararası kreditlər
15. Xarici iqtisadiyyata yönəldilmiş firmalararası kreditlərin geri qaytarılması
16. Xarici iqtisadiyyata yönəldilmiş firmalararası kreditlər (neft-qaz sektoru üzrə)
17. Xarici iqtisadiyyata yönəldilmiş firmalararası kreditlərin geri qaytarılması (neft-qaz sektoru üzrə)
18. Azərbaycan iqtisadiyyatına xaricdən səhmdar kapital qoyuluşu
19. Azərbaycan iqtisadiyyatına xaricdən səhmdar kapital qoyuluşu (neft-qaz sektoru üzrə)
20. Azərbaycan iqtisadiyyatına qoyulmuş səhmdar kapitalın geri qaytarılması
21. Azərbaycan iqtisadiyyatına qoyulmuş səhmdar kapitalın geri qaytarılması (neft-qaz sektoru üzrə)
22. Azərbaycan iqtisadiyyatına qoyulmuş səhmdar kapital üzrə gəlirlərin təkrarən investisiyası
23. Azərbaycan iqtisadiyyatına xaricdən digər kapital qoyuluşu
24. Azərbaycan iqtisadiyyatına xaricdən digər kapital qoyuluşu (neft-qaz sektoru üzrə)
25. Azərbaycan iqtisadiyyatına qoyulmuş digər kapitalın geri qaytarılması
26. Azərbaycan iqtisadiyyatına qoyulmuş digər kapitalın geri qaytarılması (neft-qaz sektoru üzrə)
27. Azərbaycan iqtisadiyyatına xaricdən cəlb olunmuş firmalararası kreditlər
28. Azərbaycan iqtisadiyyatına xaricdən cəlb olunmuş firmalararası kreditlər (neft-qaz sektoru)
29. Azərbaycan iqtisadiyyatına xaricdən cəlb olunmuş firmalararası kreditlərin geri qaytarılması
30. Azərbaycan iqtisadiyyatına xaricdən cəlb olunmuş firmalararası kreditlərin geri qaytarılması (neft-qaz sektoru)
31. Qeyri-rezidentlər tərəfindən özəlləşdiriləcək müəssisələrə səhmdar kapital qoyuluşu
32. Qeyri-rezidentlər tərəfindən özəlləşdiriləcək müəssisələrə qoyulmuş səhmdar kapitalın geri qaytarılması
33. Azərbaycan iqtisadiyyatına xaricdən cəlb olunmuş firmalararası kreditlər
34. Azərbaycan iqtisadiyyatına xaricdən cəlb olunmuş firmalararası kreditlər (neft-qaz sektoru)
35. Azərbaycan iqtisadiyyatına xaricdən cəlb olunmuş firmalararası kreditlərin geri qaytarılması
36. Azərbaycan iqtisadiyyatına xaricdən cəlb olunmuş firmalararası kreditlərin geri qaytarılması (neft-qaz sektoru)
37. Qeyri-rezidentlər tərəfindən özəlləşdiriləcək müəssisələrə səhmdar kapital qoyuluşu
38. Qeyri-rezidentlər tərəfindən özəlləşdiriləcək müəssisələrə qoyulmuş səhmdar kapitalın geri qaytarılması
G QRUPU QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ
1. Pul tənzimləmə orqanlarının kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) xaricdən alınması
2. Xaricdən alınmış pul tənzimləmə orqanlarının kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) geri qaytarılması
3. Dövlət orqanlarının kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) xaricdən alınması
4. Xaricdən alınmış dövlət orqanlarının kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) geri qaytarılması
5. Qeyri-rezident bankların kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) xaricdən alınması
6. Xaricdən alınmış qeyri-rezident bankların kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) geri qaytarılması
7. Qeyri-dövlət təşkilatlarının kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) xaricdən alınması
8. Xaricdən alınmış qeyri-dövlət təşkilatlarının kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) geri qaytarılması
9. Mərkəzi Bank tərəfindən borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricdən alınması (uzunmüddətli)
10. Pul tənzimləmə orqanlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricdən alınması (uzunmüddətli)
11. Mərkəzi Bank tərəfindən xaricdən alınmış borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (uzunmüddətli)
12. Xaricdən alınmış pul tənzimləmə orqanlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (uzunmüddətli)
13. Mərkəzi Bank tərəfindən borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricdən alınması (qısamüddətli)
14. Pul tənzimləmə orqanlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricdən alınması (qısamüddətli)
15. Mərkəzi Bank tərəfindən xaricdən alınmış borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (qısamüddətli)
16. Xaricdən alınmış pul tənzimləmə orqanlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (qısamüddətli)
17. Dövlət orqanlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricdən alınması (uzunmüddətli)
18. Xaricdən alınmış dövlət orqanlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (uzunmüddətli)
19. Dövlət orqanlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricdən alınması (qısamüddətli)
20. Xaricdən alınmış dövlət orqanlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (qısamüddətli)
21. Qeyri-rezident bankların borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricdən alınması (uzunmüddətli)
22. Xaricdən alınmış qeyri-rezident bankların borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (uzunmüddətli)
23. Qeyri-rezident bankların borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricdən alınması (qısamüddətli)
24. Xaricdən alınmış qeyri-rezident bankların borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (qısamüddətli)
25. Qeyri-dövlət təşkilatlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricdən alınması (uzunmüddətli)
26. Xaricdən alınmış qeyri-dövlət təşkilatlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (uzunmüddətli)
27. Qeyri-dövlət təşkilatlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricdən alınması (qısamüddətli)
28. Xaricdən alınmış qeyri-dövlət təşkilatlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (qısamüddətli)
29. Dövlət orqanlarının kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) xaricə satılması
30. Xaricə satılmış dövlət orqanlarının kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) geri qaytarılması
31. Rezident bankların kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) xaricə satılması
32. Xaricə satılmış rezident bankların kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) geri qaytarılması
33. Qeyri-dövlət təşkilatlarının kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) xaricə satılması
34. Xaricə satılmış qeyri-dövlət təşkilatlarının kapitalda iştiraka təminat verən qiymətli kağızlarının (səhmlərinin) geri qaytarılması
35. Dövlət orqanlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricə satılması (uzunmüddətli)
36. Xaricə satılmış dövlət orqanlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (uzunmüddətli)
37. Dövlət orqanlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricə satılması (qısamüddətli)
38. Xaricə satılmış dövlət orqanlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (qısamüddətli)
39. Rezident bankların borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricə satılması (uzunmüddətli)
40. Xaricə satılmış rezident bankların borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (uzunmüddətli)
41. Rezident bankların borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricə satılması (qısamüddətli)
42. Xaricə satılmış rezident bankların borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (qısamüddətli)
43. Qeyri-dövlət təşkilatlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricə satılması (uzunmüddətli)
44. Xaricə satılmış qeyri-dövlət təşkilatlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (uzunmüddətli)
45. Qeyri-dövlət təşkilatlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) xaricə satılması (qısamüddətli)
46. Xaricə satılmış qeyri-dövlət təşkilatlarının borc qiymətli kağızlarının (bondlarının və notlarının) geri qaytarılması (qısamüddətli)
H QRUPU NEFT BONUSU ÜZRƏ
I QRUPU DİGƏR İNVESTİSİYALAR ÜZRƏ
1. Dövlət orqanlarının qeyri-rezidentlərə verdikləri uzunmüddətli ticarət-kommersiya kreditləri və avanslar
2. Dövlət orqanlarının qeyri-rezidentlərə verdikləri uzunmüddətli ticarət-kommersiya kreditlərinin və avansların geri qaytarılması
3. Dövlət orqanlarının qeyri-rezidentlərə verdikləri qısamüddətli ticarət-kommersiya kreditləri və avanslar
4. Dövlət orqanlarının qeyri-rezidentlərə verdikləri qısamüddətli ticarət-kommersiya kreditlərinin və avansların geri qaytarılması
5. Qeyri-dövlət təşkilatlarının qeyri-rezidentlərə verdikləri uzunmüddətli ticarət-kommersiya kreditləri və avanslar
6. Qeyri-dövlət təşkilatlarının qeyri-rezidentlərə verdikləri uzunmüddətli ticarət-kommersiya kreditlərinin və avansların geri qaytarılması
7. Qeyri-dövlət təşkilatlarının qeyri-rezidentlərə verdikləri qısamüddətli ticarət-kommersiya kreditləri və avanslar
8. Qeyri-dövlət təşkilatlarının qeyri-rezidentlərə verdikləri qısamüddətli ticarət-kommersiya kreditlərinin və avansların geri qaytarılması
9. Mərkəzi Bank tərəfindən qeyri-rezidentlərə verilən uzunmüddətli kreditlər və ssudalar
10. Mərkəzi Bank tərəfindən qeyri-rezidentlərə verilmiş uzunmüddətli kreditlər və ssudaların geri qaytarılması
11. Mərkəzi Bank tərəfindən qeyri-rezidentlərə verilən qısamüddətli kreditlər və ssudalar
12. Mərkəzi Bank tərəfindən qeyri-rezidentlərə verilmiş qısamüddətli kreditlər və ssudaların geri qaytarılması
13. Dövlət orqanları tərəfindən qeyri-rezidentlərə verilmiş uzunmüddətli kredit və ssudalar
14. Dövlət orqanları tərəfindən qeyri-rezidentlərə verilmiş uzunmüddətli kredit və ssudaların geri qaytarılması
15. Dövlət orqanları tərəfindən qeyri-rezidentlərə verilmiş qısamüddətli kredit və ssudalar
16. Dövlət orqanları tərəfindən qeyri-rezidentlərə verilmiş qısamüddətli kredit və ssudaların geri qaytarılması
17. Rezident banklar tərəfindən qeyri-rezidentlərə verilmiş uzunmüddətli kredit və ssudalar
18. Rezident banklar tərəfindən qeyri-rezidentlərə verilmiş uzunmüddətli kredit və ssudaların geri qaytarılması
19. Rezident banklar tərəfindən qeyri-rezidentlərə verilmiş qısamüddətli kredit və ssudalar
20. Rezident banklar tərəfindən qeyri-rezidentlərə verilmiş qısamüddətli kredit və ssudaların geri qaytarılması
21. Bank olmayan kredit təşkilatları, o cümlədən kredit ittifaqları tərəfindən qeyri-rezidentlərə verilmiş uzunmüddətli kreditlər və ssudalar
22. Bank olmayan kredit təşkilatları, o cümlədən kredit ittifaqları tərəfindən qeyri-rezidentlərə verilmiş uzunmüddətli kreditlər və ssudaların geri qaytarılması
23. Bank olmayan kredit təşkilatları, o cümlədən kredit ittifaqları tərəfindən qeyri-rezidentlərə verilmiş qısamüddətli kreditlər və ssudalar
24. Bank olmayan kredit təşkilatları, o cümlədən kredit ittifaqları tərəfindən qeyri-rezidentlərə verilmiş qısamüddətli kreditlər və ssudaların geri qaytarılması
25. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərə verilmiş uzunmüddətli kreditlər və ssudalar
26. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərə verilmiş uzunmüddətli kreditlər və ssudaların geri qaytarılması
27. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərə verilmiş qısamüddətli kreditlər və ssudalar
28. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərə verilmiş qısamüddətli kreditlər və ssudaların geri qaytarılması
29. Qeyri-dövlət təşkilatları tərəfindən qeyri-rezidentlərə verilmiş uzunmüddətli kredit və ssudalar
30. Qeyri-dövlət təşkilatları tərəfindən qeyri-rezidentlərə verilmiş uzunmüddətli kredit və ssudaların geri qaytarılması
31. Qeyri-dövlət təşkilatları tərəfindən qeyri-rezidentlərə verilmiş qısamüddətli kredit və ssudalar
32. Qeyri-dövlət təşkilatları tərəfindən qeyri-rezidentlərə verilmiş qısamüddətli kredit və ssudaların geri qaytarılması
33. Mərkəzi Bankın qeyri-rezidentlərdə yerləşdirdikləri uzunmüddətli depozitlər
34. Mərkəzi Bankın qeyri-rezidentlərdə yerləşdirdikləri uzunmüddətli depozitlərin geri qaytarılması
35. Mərkəzi Bankın qeyri-rezidentlərdə yerləşdirdikləri qısamüddətli depozitlər
36. Mərkəzi Bankın qeyri-rezidentlərdə yerləşdirdikləri qısamüddətli depozitlərin geri qaytarılması
37. Dövlət orqanlarının qeyri-rezidentlərdə yerləşdirdikləri uzunmüddətli depozitlər
38. Dövlət orqanlarının qeyri-rezidentlərdə yerləşdirdikləri uzunmüddətli depozitlərin geri qaytarılması
39. Dövlət orqanlarının qeyri-rezidentlərdə yerləşdirdikləri qısamüddətli depozitlər
40. Dövlət orqanlarının qeyri-rezidentlərdə yerləşdirdikləri qısamüddətli depozitlərin geri qaytarılması
41. Rezident bankların qeyri-rezidentlərdə yerləşdirdikləri uzunmüddətli depozitlər
42. Rezident bankların qeyri-rezidentlərdə yerləşdirdikləri uzunmüddətli depozitlərin geri qaytarılması
43. Rezident bankların qeyri-rezidentlərdə yerləşdirdikləri qısamüddətli depozitlər
44. Rezident bankların qeyri-rezidentlərdə yerləşdirdikləri qısamüddətli depozitlərin geri qaytarılması
45. Bank olmayan kredit təşkilatları, o cümlədən kredit ittifaqları tərəfindən qeyri-rezidentlərdə yerləşdirilmiş uzunmüddətli depozitlər
46. Bank olmayan kredit təşkilatları, o cümlədən kredit ittifaqları tərəfindən qeyri-rezidentlərdə yerləşdirilmiş uzunmüddətli depozitlərin geri qaytarılması
47. Bank olmayan kredit təşkilatları, o cümlədən kredit ittifaqları tərəfindən qeyri-rezidentlərdə yerləşdirilmiş qısamüddətli depozitlər
48. Bank olmayan kredit təşkilatları, o cümlədən kredit ittifaqları tərəfindən qeyri-rezidentlərdə yerləşdirilmiş qısamüddətli depozitlərin geri qaytarılması
49. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərdə yerləşdirilmiş uzunmüddətli depozitlər
50. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərdə yerləşdirilmiş uzunmüddətli depozitlərin geri qaytarılması
51. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərdə yerləşdirilmiş qısamüddətli depozitlər
52. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərdə yerləşdirilmiş qısamüddətli depozitlərin geri qaytarılması
53. Qeyri-dövlət təşkilatları tərəfindən qeyri-rezidentlərdə yerləşdirilmiş uzunmüddətli depozitlər
54. Qeyri-dövlət təşkilatları tərəfindən qeyri-rezidentlərdə yerləşdirilmiş uzunmüddətli depozitlərin geri qaytarılması
55. Qeyri-dövlət təşkilatları tərəfindən qeyri-rezidentlərdə yerləşdirilmiş qısamüddətli depozitlər
56. Qeyri-dövlət təşkilatları tərəfindən qeyri-rezidentlərdə yerləşdirilmiş qısamüddətli depozitlərin geri qaytarılması
57. Azərbaycan rezidentlərinin xarici dövlətlərdəki filial və nümayəndəliklərinə köçürülmüş vəsaitlər
58. Azərbaycan rezidentlərinin xarici dövlətlərdəki filial və nümayəndəliklərindən daxil olan vəsaitlər
59. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli ticarət-kommersiya kreditləri və avanslar
60. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli ticarət-kommersiya kreditlərinin və avansların geri qaytarılması
61. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli ticarət-kommersiya kreditləri və avanslar
62. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli ticarət-kommersiya kreditlərinin və avansların geri qaytarılması
63. Qeyri-dövlət təşkilatlarının qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli ticarət-kommersiya kreditləri və avanslar
64. Qeyri-dövlət təşkilatlarının qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli ticarət-kommersiya kreditlərinin və avansların geri qaytarılması
65. Qeyri-dövlət təşkilatlarının qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli ticarət-kommersiya kreditləri və avanslar
66. Qeyri-dövlət təşkilatlarının qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli ticarət-kommersiya kreditlərinin və avansların geri qaytarılması
67. Mərkəzi Bankın BVF-dan cəlb etdiyi kreditlər və ssudalar
68. Mərkəzi Bankın BVF-dan cəlb etdiyi kredit və ssudaların geri qaytarılması
69. Mərkəzi Bankın qeyri-rezidentlərdən cəlb etdikləri digər uzunmüddətli kreditlər və ssudalar
70. Mərkəzi Bankın qeyri-rezidentlərdən cəlb etdikləri digər uzunmüddətli kreditlər və ssudaların geri qaytarılması
71. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli kreditlər və ssudalar (H)
72. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli kreditlərinin və ssudaların geri qaytarılması (H)
73. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli kreditlər və ssudalar (HÖ)
74. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli kreditlərinin və ssudaların geri qaytarılması (HÖ)
75. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli kreditlər və ssudalar (H)
76. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli kreditlərinin və ssudaların geri qaytarılması (H)
77. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli kreditlər və ssudalar (HÖ)
78. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli kreditlərinin və ssudaların geri qaytarılması (HÖ)
79. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli kreditlər və ssudalar (HZ)
80. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli kreditlərinin və ssudaların geri qaytarılması (HZ)
81. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli kreditlər və ssudalar (HZ)
82. Dövlət orqanlarının qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli kreditlərinin və ssudaların geri qaytarılması (HZ)
83. Rezident bankların qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli kredit və ssudalar
84. Rezident bankların qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli kredit və ssudaların geri qaytarılması
85. Rezident bankların qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli kredit və ssudalar
86. Rezident bankların qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli kredit və ssudaların geri qaytarılması
87. Bank olmayan kredit təşkilatları, o cümlədən kredit ittifaqları tərəfindən qeyri-rezidentlərdən cəlb edilmiş uzunmüddətli kreditlər və ssudalar
88. Bank olmayan kredit təşkilatları, o cümlədən kredit ittifaqları tərəfindən qeyri-rezidentlərdən cəlb edilmiş uzunmüddətli kreditlər və ssudaların geri qaytarılması
89. Bank olmayan kredit təşkilatları, o cümlədən kredit ittifaqları tərəfindən qeyri-rezidentlərdən cəlb edilmiş qısamüddətli kreditlər və ssudalar
90. Bank olmayan kredit təşkilatları, o cümlədən kredit ittifaqları tərəfindən qeyri-rezidentlərdən cəlb edilmiş qısamüddətli kreditlər və ssudaların geri qaytarılması
91. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərdən cəlb edilmiş uzunmüddətli kreditlər və ssudalar
92. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərdən cəlb edilmiş uzunmüddətli kreditlər və ssudalar (SOCAR)
93. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərdən cəlb edilmiş uzunmüddətli kreditlər və ssudaların geri qaytarılması
94. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərdən cəlb edilmiş uzunmüddətli kreditlər və ssudaların geri qaytarılması (SOCAR)
95. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərdən cəlb edilmiş uzunmüddətli kreditlər və ssudaların geri qaytarılması (BTC)
96. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərdən cəlb edilmiş qısamüddətli kreditlər və ssudalar
97. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərdən cəlb edilmiş qısamüddətli kreditlər və ssudalar (SOCAR)
98. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərdən cəlb edilmiş qısamüddətli kreditlər və ssudaların geri qaytarılması
99. Neft-qaz sektoru tərəfindən qeyri-rezidentlərdən cəlb edilmiş qısamüddətli kreditlər və ssudaların geri qaytarılması (SOCAR)
100. Qeyri-dövlət təşkilatları tərəfindən qeyri-rezidentlərdən cəlb olunmuş uzunmüddətli kredit və ssudalar
101. Qeyri-dövlət təşkilatları tərəfindən qeyri-rezidentlərdən cəlb olunmuş uzunmüddətli kredit və ssudaların geri qaytarılması
102. Qeyri-dövlət təşkilatları tərəfindən qeyri-rezidentlərdən cəlb olunmuş qısamüddətli kredit və ssudalar
103. Qeyri-dövlət təşkilatları tərəfindən qeyri-rezidentlərdən cəlb olunmuş qısamüddətli kredit və ssudaların geri qaytarılması
104. Mərkəzi Bankın qeyri-rezidentlərdən cəlb etdiyi uzunmüddətli depozitlər
105. Mərkəzi Bankın qeyri-rezidentlərdən cəlb etdiyi uzunmüddətli depozitlərin geri qaytarılması
106. Mərkəzi Bankın qeyri-rezidentlərdən cəlb etdiyi qısamüddətli depozitlər
107. Mərkəzi Bankın qeyri-rezidentlərdən cəlb etdiyi qısamüddətli depozitlərin geri qaytarılması
108. Rezident bankların qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli depozitlər
109. Rezident bankların qeyri-rezidentlərdən cəlb etdikləri uzunmüddətli depozitlərin geri qaytarılması
110. Rezident bankların qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli depozitlər
111. Rezident bankların qeyri-rezidentlərdən cəlb etdikləri qısamüddətli depozitlərin geri qaytarılması
112. Qeyri-rezident hüquqi şəxslərin Azərbaycandakı filial və nümayəndəliklərinin hesabına köçürmə yolu ilə daxil olmuş vəsait
113. Qeyri-rezident hüquqi şəxslərin Azərbaycandakı filial və nümayəndəliklərinin hesablarından xaricə köçürülən vəsait
114. Qeyri-rezident hüquqi şəxslərin Azərbaycandakı filial və nümayəndəliklərinin hesabına köçürmə yolu ilə daxil olmuş vəsait (neft-qaz sektoru üzrə)
115. Qeyri-rezident hüquqi şəxslərinin Azərbaycandakı filial və nümayəndəliklərinin hesablarından xaricə köçürülən vəsait (neft-qaz sektoru üzrə)
116. Mərkəzi Banka SDR üzrə ayırmalardan daxilolmalar
117. Mərkəzi Banka SDR üzrə ayırmalardan daxilolmaların geri qaytarılması
118. Mərkəzi Bankın ehtiyat aktivlərinin artması
119. Mərkəzi Bankın ehtiyat aktivlərinin azalması
120. ARDNF-un ehtiyat aktivlərinin artması
121. ARDNF-un ehtiyat aktivlərinin azalması
122. Hökumətin depozitlərinin artması
123. Hökumətin depozitlərinin azalması
"Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə
əməliyyatlarına və neytral əməliyyatlara dair
hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat"a
Tranzit vəsaitlərin müxbir hesablara daxilolmaları ( iki rezident arasında hesablaşmalar)
Tranzit vəsaitlərin müxbir hesablara köçürmələri ( iki rezident arasında hesablaşmalar)
Azərbaycanın Respublikasının bank sistemi vasitəsi ilə aparılan qeyri-rezidentlər arasındakı vəsaitin hərəkəti (daxilolmalar)
Azərbaycanın Respublikasının bank sistemi vasitəsi ilə aparılan qeyri-rezidentlər arasındakı vəsaitin hərəkəti (köçürmələr)
Banklar tərəfindən xarici valyutanın alınması
Banklar tərəfindən xarici valyutanın satılması
1. 27 may 2015-ci il tarixli 23/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201505270232, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyun 2015-ci il)
2. 22 yanvar 2016-cı il tarixli 05/7 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201601220057, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 fevral 2016-cı il)
11 iyul 2019-cu il tarixli 16/1-5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907111615, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2019-cu il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI