AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASI
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə aşağıdakı inzibati reqlamentlər təsdiq edilsin:
1.1. “Dərman vasitələri haqqında məlumatın verilməsi üzrə inzibati reqlament” (1 nömrəli əlavə);
1.2. “Obliqat qruplara aid vətəndaşlara müayinələrdən keçmələri barədə məlumatın verilməsi üzrə inzibati reqlament” (2 nömrəli əlavə);
1.3. “Tibb müəssisələri barədə məlumatların verilməsi üzrə inzibati reqlament” (3 nömrəli əlavə);
1.4. “Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi üzrə inzibati reqlament” (4 nömrəli əlavə ).
2. Hüquq və daxili nəzarət sektoruna tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Qərarın icrasına nəzarət Nazir müavinlərinə həvalə edilsin.
Kollegiyanın məsul katibi
1.1. Elektron xidmətin adı: Dərman vasitələri haqqında məlumatın verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilmiş dərman vasitələrinin ticarət adı(əmtəə nişanı), beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, istehsalçısı, dövlət qeydiyyatının tarixi, nömrəsi və qüvvədə olma müddəti haqqında məlumatların istifadəçilər tərəfindən əldə olunmasından ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi;
1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 12-ci hissəsi;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14. 7-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemində emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilmiş dərman vasitələrinin ticarət adı(əmtəə nişanı), beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, istehsalçısı, dövlət qeydiyyatının tarixi, nömrəsi və qüvvədə olma müddəti haqqında məlumatlar əldə edirlər.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: informativ.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az
Elektron poçt: office@e-health.gov.az
Telefon: 012 431-38-28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
3.2. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
3.2.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.
3.2.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.
3.3. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətin göstərilməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi məsuliyyət daşıyır.
3.3.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.3.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.
3.3.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
1.1. Elektron xidmətin adı: Obliqat qruplara aid vətəndaşlara müayinələrdən keçmələri barədə məlumatın verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların (obliqat qruplar) keçdiyi müayinələr və müayinələrin nəticələri haqqında məlumatların özləri tərəfindən tibbi müayinə kartı sistemindən əldə olunmasından ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi;
1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi müayinə kartı” sisteminin tətbiqi qaydalar”ının 1-ci, 4-cü və 5-ci hissələri;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.3-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemində emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar keçdiyi müayinələr və müayinələrin nəticələri haqqında məlumatları tibbi müayinə kartı sistemindən əldə edirlər.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: vətəndaşlar.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az
Elektron poçt: office@e-health.gov.az
Telefon: 012 431-38-28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün şəxsiyyət vəsiqəsi tələb olunur.
2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Elektron xidmətdən istifadə etmək üçün şəxs şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil etməlidir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. Elektron xidmətlər üçün sorğu:
3.1.1 Sorğunun formalaşdırılması: İstifadəçi elektron xidmətin təqdim edildiyi internet səhifəsində müvafiq avtorizasiya prosesini keçdikdən sonra şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edərək qeydiyyatdan keçir. Qeydiyyatdan keçdikdən sonra özünə istifadəçi adı və şifrə təyin edir.
3.1.2. Sorğunun qəbulu: Şəxsiyyət vəsiqəsinin nömrəsi və pin kodu düzgün daxil edildikdə sorğu qəbul olunur.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi adı və ya şifrə yanlış daxil edildikdə sorğunun yerinə yetirilməsindən imtina olunur.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi adı və ya şifrə düzgün daxil edildikdə sorğu qəbul olunur.
3.3. Sorğunun icrası: İstifadəçi informasiya sisteminin müvafiq pəncərəsində istifadəçi adını və şifrəni daxil etməklə elektron xidmətdən istifadə edir.
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Elektron xidmət tam avtomatlaşdırıldığı üçün onun icrası ilə bağlı inzibati əməliyyatlar mövcud deyil.
3.3.2. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
3.4.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.
3.4.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətin göstərilməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi məsuliyyət daşıyır.
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
1.1. Elektron xidmətin adı: Tibb müəssisələri barədə məlumatların verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Respublika ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin adı, profili, göstərilən xidmətlərin siyahısı, rəhbəri, iş rejimi, ünvanı, telefon nömrələri və digər əlaqə vasitələri haqqında məlumatların istifadəçilər tərəfindən əldə olunmasından ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi;
1.3.2. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14. 11-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemində emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Fiziki və hüquqi şəxslər respublika ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin adı, profili, göstərilən xidmətlərin siyahısı, rəhbəri, iş rejimi, ünvanı, telefon nömrələri və digər əlaqə vasitələri haqqında məlumatlar əldə edirlər.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: informativ.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az
Elektron poçt: office@e-health.gov.az
Telefon: 012 431-38-28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
3.2. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
3.2.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.
3.2.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.
3.3. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətin göstərilməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi məsuliyyət daşıyır.
3.3.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.3.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.
3.3.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
1.1. Elektron xidmətin adı: Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Elektron sağlamlıq kartı sistemində olan məlumatların (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, tibbi sığorta və s.) istifadəçilərin özləri tərəfindən əldə olunmasından ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi;
1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli, 143 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi qaydaları”nın 1-3-cü və 5-ci hissələri;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.1-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemində emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vətəndaşlar özləri və yetkinlik yaşına çatmayan uşaqları barədə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər barədə isə onların qanuni nümayəndələri Elektron sağlamlıq kartı sistemində olan məlumatları (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, tibbi sığorta və s.) əldə edirlər.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: vətəndaşlar.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az
Elektron poçt: office@e-health.gov.az
Telefon: 012-431-38-28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün şəxsiyyət vəsiqəsi tələb olunur.
2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Elektron xidmətdən istifadə etmək üçün şəxs şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil etməlidir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. Elektron xidmətlər üçün sorğu:
3.1.1 Sorğunun formalaşdırılması: İstifadəçi elektron xidmətin təqdim edildiyi internet səhifəsində müvafiq avtorizasiya prosesini keçdikdən sonra şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edərək qeydiyyatdan keçir. Qeydiyyatdan keçdikdən sonra özünə istifadəçi adı və şifrə təyin edir.
3.1.2. Sorğunun qəbulu: Şəxsiyyət vəsiqəsinin nömrəsi və pin kodu düzgün daxil edildikdə sorğu qəbul olunur.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi adı və ya şifrə yanlış daxil edildikdə sorğunun yerinə yetirilməsindən imtina olunur.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi adı və ya şifrə düzgün daxil edildikdə sorğu qəbul olunur.
3.3. Sorğunun icrası: Vətəndaş informasiya sisteminin müvafiq pəncərəsində istifadəçi adını və şifrəni daxil etməklə elektron xidmətdən istifadə edir.