Qanunvericilik › Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər barədə (Səhiyyə Nazirliyi, 13.03.2013) › Tam mətn

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər barədə (Səhiyyə Nazirliyi, 13.03.2013)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər barədə (Səhiyyə Nazirliyi, 13.03.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə aşağıdakı inzibati reqlamentlər təsdiq edilsin:

1.1. “Müəssisə rəhbərlərinə obliqat qrupuna daxil olan işçiləri barədə məlumat verilməsi üzrə inzibati reqlament” (1 nömrəli əlavə);

1.3. “İmmunoprofilaktika üzrə məlumatın verilməsi üzrə inzibati reqlament” (3 nömrəli əlavə);

2. Hüquq və daxili nəzarət sektoruna tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Qərarın icrasına nəzarət Nazir müavinlərinə həvalə edilsin.

Kollegiyanın məsul katibi

1.1. Elektron xidmətin adı: Müəssisə rəhbərlərinə obliqat qrupuna daxil olan işçiləri barədə məlumatın verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Müəssisə rəhbərləri tərəfindən öz tabeliyindəki obliqat qrupa aid olan işçilərin tibbi müayinələrin nəticələrinə görə işə buraxılıb-buraxılmaması barədə məlumatların tibbi müayinə kartı sistemindən əldə olunmasından ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi müayinə kartı” sisteminin tətbiqi Qaydaları”nın 1-ci və 5-ci hissələri;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.4-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemində emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müəssisə rəhbərləri obliqat qrupuna daxil olan işçilərinin tibbi müayinələrin nəticələrinə görə işə buraxılıb-buraxılmaması barədə məlumatları tibbi müayinə kartı sistemindən əldə edirlər.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: İlkin və dövrü tibbi müayinədən keçməsi tələb olunan işçiləri olan müəssisələr.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az

Elektron poçt: office@e-health.gov.az

Telefon: 012 431-38-28

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və bu xidmətdən istifadə edəcək müəssisə rəhbəri və ya məsul şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi və pin kodu tələb olunur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1 Sorğunun formalaşdırılması: İstifadəçi elektron xidmətin təqdim edildiyi internet səhifəsinin müvafiq pəncərəsində avtorizasiya prosesini keçmək üçün şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edərək qeydiyyatdan keçir. Qeydiyyatdan keçdikdən sonra özünə istifadəçi adı və şifrəsi təyin edir.

3.1.2. Sorğunun qəbulu: İstifadəçi adı, şifrəsi və VÖEN düzgün daxil edildikdə sorğu qəbul olunur.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi adı, şifrəsi və VÖEN düzgün daxil edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur.

3.2.2. Sorğunun qəbulu: Bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan qaydada sorğunun yerinə yetirilməsindən imtina edilmədikdə sorğu qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Elektron xidmət tam avtomatlaşdırıldığı üçün onun icrası ilə bağlı inzibati əməliyyatlar mövcud deyil.

3.3.2. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.

3.4.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətin göstərilməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi məsuliyyət daşıyır.

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, işlədiyi yer göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.

1.1. Elektron xidmətin adı: İmmunoprofilaktika üzrə məlumatların verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Profilaktik peyvəndlərin təqvimi haqqında məlumatın istifadəçilər tərəfindən əldə olunmasından ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli, 225 nömrəli qərarı ilə təsdiq edilmiş "2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"nın 4-cü bəndi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.8-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemində emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vətəndaşların profilaktik peyvəndlərin təqvimi barədə məlumatlandırılması

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: informativ.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az

Elektron poçt: office@e-health.gov.az

Telefon: 012 431-38-28

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.

3.2.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.2.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.3. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətin göstərilməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi məsuliyyət daşıyır.

3.3.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.3.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı göstərilməlidir.

3.3.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.

1. 01 iyul 2013-cü il tarixli 25 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307010025, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyul 2013-cü il)

2. 24 noyabr 2017-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711240050, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2017-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver