Qanunvericilik › Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən standartların tələblərinə, sertifikatlaşdırma qaydaları, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən radnamələrin, tələbnamələrin, qərarların verilməsi, sanksiyaların və cərimələrin tətbiqi Qaydaları (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 04.02.2003) › Tam mətn

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən standartların tələblərinə, sertifikatlaşdırma qaydaları, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən radnamələrin, tələbnamələrin, qərarların verilməsi, sanksiyaların və cərimələrin tətbiqi Qaydaları (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 04.02.2003)

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən standartların tələblərinə, sertifikatlaşdırma qaydaları, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən radnamələrin, tələbnamələrin, qərarların verilməsi, sanksiyaların və cərimələrin tətbiqi Qaydaları (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 04.02.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qaydalar “Standartlaşdırma haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və standartların tələblərinə, sertifikatlaşdırma qaydaları, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən aşkar edilmiş pozuntulara görə iradnamələrin, tələbnamələrin, qərarların verilməsi, sanksiyaların və cərimələrin tətbiqi qaydalarını müəyyən edir.

1.2. Dövlət nəzarətini Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (bundan sonra Agentlik) müvafiq səlahiyyətli vəzifəli şəxsləri - standartlara və ölçmə vasitələrinə nəzarət üzrə dövlət müfəttişləri həyata keçirirlər.

2.1. İradnamələrin və tələbnamələrin verilməsi cərimələrin tətbiqi üçün əsas standartların tələblərinin, sertifikatlaşdırma qaydalarının, metroloji qayda və normaların pozulması barədə məlumatları özündə əks etdirən nəzarət aktlarıdır.

2.2. Bu qaydalara əsasən fiziki və hüquqi şəxslərə iradnamələr, tələbnamələr vermək və cərimələndirmək hüququnda Azərbaycan Respublikasının standartlara və ölçmə vasitələrinə nəzarət üzrə Baş dövlət müfəttişi, onun müavini, idarə üzrə böyük dövlət müfəttişləri, (Gəncə, Sumqayıt Standartlaşdırma, sertifikasiya və metrologiya idarələrinin direktorları və Salyan, Lənkəran, Şəki Standartlaşdırma, Metrologiya idarələrinin rəisləri, - böyük dövlət müfəttişləri) dövlət müfəttişləri (bundan sonra “dövlət müfəttişləri”) malikdirlər.

2.3. Dövlət müfəttişləri öz səlahiyyətləri çərçivəsində dövlət nəzarətinin nəticələrinə görə tərtib edilmiş aktlar əsasında fiziki və hüquqi şəxslərə aşağıdakı iradnamələri və tələbnamələri vermək hüququna malikdirlər:

2.3.1. Aşkar olunan pozuntuların aradan qaldırılması haqqında - müəyyənləşdirilmiş pozuntuların təyin olunmuş müddətdə zəruri tədbirlərin yerinə yetirilməsi yolu ilə aradan qaldırılması mümkün olan hallarda (Əlavə 1);

2.3.2. Standartların tələblərinə uyğun olmayan məhsul partiyalarının (o cümlədən idxal olunan) istifadəsinin (tətbiqinin, istismarının), realizə edilməsinin (tədarükünin satışının) qadağan edilməsi barədə, dövriyyədən (satışdan) çıxarılması və ya istehlakçılardan geri qaytarılmasının təmin edilməsi haqqında (Əlavə 2);

2.3.3. Aşağıdakı hallarda müəyyən adda (növdə, tipdə, markada, modeldə, artikulda) məhsulun istehsalının (o cümlədən təmirdən sonra), realizə edilməsinin (tədarükünə, satışına) işlərin aparılmasının, xidmətlərin göstərilməsinin qadağan edilməsi barədə (Əlavə 3);

2.3.3.1. Yoxlanılan məhsullar (işlər, xidmətlər) standartların tələblərinə uyğun olmadıqda və məhsulun lazımi keyfiyyətdə sabit istehsalına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə şərait olmadıqda;

2.3.3.2. Normativ sənədsiz, yaxud qüvvədə olma müddəti bitmiş normativ sənədlə və ya müəyyən olunmuş qaydada tanınmamış sənədlə hazırlanmış, tədarük edilmiş məhsula, görülən işlərə və göstərilən xidmətlərə;

2.3.3.3. Fiziki və hüquqi şəxslərin məhsulu (işləri, xidmətləri) yoxlanılmaq üçün təqdim edilmədikdə, nəzarət olunmalı məhsul gizlədildikdə;

2.3.3.4. Standartların və digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı və əmlakı, həmçinin ətraf mühit üçün təhlükəli olan mallar (işlər, xidmətlər) istehsal və realizə edildikdə;

2.3.3.5. İnsanların həyatının, sağlamlığının, əmlakının və ətraf mühitin təhlükəsizliyinə dair Azərbaycan Respublikasında qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayan xaricdən gətirilmiş mallar satıldıqda;

2.3.3.6. Lazımi xəbərdarlıq nişanı olmayan, həmçinin təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmayan təhlükəli mallar (zəhərlər, kimyəvi preparatlar, radioaktiv, partlayıcı və yanğın təhlükəli maddələr və s.) satıldıqda;

2.3.3.7. İstehsalçı (icraçı, satıcı), sertifikatlaşdırma üzrə orqan, sınaq laboratoriyaları (mərkəzləri) tərəfindən məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırma qaydaları pozulduqda;

2.3.3.8. Ölçmələr üzrə aparılan işlərdə müəyyən edilmiş məcburi tələblər pozulduqda.

2.3.4. Metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarının, istehsalının və satışının qadağan edilməsi (Əlavə 4);

2.3.5. Müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının qadağan edilməsi (Əlavə 4);

2.3.6. Ölçmə vasitələri düzgün olmayan göstəricilər verdiyi halda müqayisəli yoxlama haqqında şəhadətnaməni və ya vurulmuş damğanın ləğv edilməsi (Əlavə 5);

2.3.7. İnsanların həyatına, sağlamlığına, əmlakına, istehlakçıların hüquqlarının pozulmasına, ətraf mühitin təhlükəsizliyinə mənfi təsir göstərən hallarda, həmçinin ölçmə vasitələri metroloji qayda və normalara uyğun olmadığı halda ölçmə vasitələrinin istismardan çıxarılması (Əlavə 6).

2.4. Sertifikatlaşdırma qaydalarının pozulmasına görə uyğunluq sertifikatının fəaliyyətinin dayandırılması (Əlavə 3).

3.1. Cərimələrin verilməsi və tətbiqi üçün əsas standartların tələblərini, sertifikatlaşdırma qaydalarını, metroloji qayda və normaların pozulması barədə məlumatları özündə əks etdirən nəzarət aktıdır.

3.2. Aşkar olunmuş pozuntulara görə Baş dövlət müfəttişi və baş dövlət müfəttişin müavini qərarlara əsasən aşağıdakı hallarda sanksiyalar tətbiq edirlər (Əlavə 7);

3.2.1. Normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - satılmış malların, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin qiymətinin 25%-i miqdarında;

3.2.2. Məcburi sertifikatlaşdırılmalı, lakin sertifikatlaşdırılmamış malların satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsinə görə - satılmış malların, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin qiymətinin 25%-i miqdarında;

3.2.3. Standandartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanın həyatına, sağlamlığına və əmlakına, həmçinin ətraf mühit üçün təhlükəli məhsulun (işlərin, xidmətlərin) buraxılmasına (görülməsi) və satılmasına görə - buraxılmış (görülmüş) və satılmış məhsulun qiymətinin 100%-i miqdarında;

3.2.4. İnsanların həyatına, sağlamlığına və əmlakına, ətraf mühitin təhlükəsizliyinə dair Azərbaycan Respublikasında qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayan xaricdən gətirilmiş malların satılmasına görə - satılmış malların qiymətinin 50%-i miqdarında;

3.2.5. Buraxılması və satılması qadağan olunmuş malların satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsinə görə - satılmış malların, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin qiymətinin 100%-i miqdarında;

3.2.6. Lazımi xəbərdarlıq nişanı olmayan, həmçinin təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmadan satılan təhlükəli mallara (zəhərlər, kimyəvi preparatlar, partlayıcı və yanğın təhlükəli maddələr və s.) göstərilmiş malların 50%-i miqdarında;

3.2.7. Malların (işlərin, xidmətlərin) sertifikatlaşdırma qaydalarının sertifikatlaşdırma üzrə orqan və sınaq laboratoriyaları (mərkəzləri) tərəfindən pozulmasına görə - sertifikatlaşdırma üzrə işlərin qiymətinin 2 misli miqdarında, istehsalçı (icraçı, satıcı) tərəfindən pozulmasına görə isə - sertifikatlaşdırma qaydası pozulmaqla satılmış malların (işlərin, xidmətlərin) qiyməti miqdarında;

3.2.8. Sertifikatlaşdırma üzrə müəssisə və orqanların rəhbərləri yuxarıda göstərilmiş pozuntulara görə məsuliyyət daşıyır və cərimə olunurlar.

3.3. Sanksiyaların məbləğini müəyyənləşdirmək üçün qanunu pozan fiziki və ya hüquqi şəxs dövlət müfəttişlərinə realizə edilmiş məhsulun miqdarı haqda arayış təqdim etməlidir.

3.4. “Qərarlar” 3 nüsxədə tərtib edilir və 1 nüsxəsi cərimə olunan şəxsə təqdim olunur (göndərilir).

4.1. Fiziki və ya hüquqi şəxslər sanksiya barədə qərar təqdim olduğu gündən 30 gün müddətindən gec olmayaraq cəriməni banka və ya səlahiyyətli kredit təşkilatına ödəməli və ya köçürməlidirlər.

4.2. Cərimələrin məbləğinin 50 faizi dövlət büdcəsinə, 35 faizi yerli büdcəyə, 15 faizi isə Agentliyin hesabına köçürülməlidir və sanksiyanın icrası haqqında qərar vermiş Agentliyə, qurumlarına məlumat verilməlidir.

4.3. Müəyyən olunmuş müddətdə cərimə ödənilməsə, göstərilən məbləğin ödənilməsi məhkəmə vasitəsilə həyata keçirilir.

5.1. Cərimələrin verilməsi və tətbiqi üçün əsas standartların tələblərinin, sertifikatlaşdırma qaydalarının, metroloji qayda və normaların pozulması barədə məlumatları özündə əks etdirən nəzarət aktlarıdır.

5.2. İstehlakçıların hüquqlarının pozulmasına, yəni:

5.2.1. məhsulun standartlaşdırılması və keyfiyyəti, ölçmə vasitələrinin tədavülə buraxılması və saxlanılması, onların işlədilməsi qaydalarının pozulmasına;

5.2.2. dövlət sınaqlarından və ya metroloji attestasiyadan keçməyən, habelə yoxlanılmayan ölçmə vasitələrinin tədavülə buraxılmasına;

5.2.3. müəyyən edilmiş qaydada müvafiq icazə almadan mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar tərəfindən ölçmə vasitələrinin hazırlanmasına, təmirinə və yoxlanılmasına, habelə yoxlama metodlarının və qaydalarının pozulmasına;

5.2.4. ölçmə vasitələrinin işlədilməsi qaydalarının pozulmasına görə - vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

5.3. məhsulların realizə edilməsinin (tədarükünün, göndərilməsinin), işlərin yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında Agentliyin yazılı tələblərinin və qərarlarının yerinə yetirilməsinə görə - şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə olunur.

5.4. inzibati xəta törətmiş şəxs ona təyin olunan cəriməni bu barədə qərarın qanuni qüvvəyə minməsindən və ya təxirə salınmasından, yaxud onun icrasına möhlət verilməsi müddəti keçdikdən sonra 30 gündən gec olmayaraq banka və ya səlahiyyətli kredit təşkilatına ödəməli və ya köçürməlidir.

5.5. Nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş vəzifəli şəxs tərəfindən:

5.5.1. fiziki şəxslər barəsində - onun əmək haqqından tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi müəssisəyə, idarəyə, təşkilata;

5.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatına göndərilir.

5.6. İnzibati xəta törətmiş şəxs inzibati xəta haqqında iş üzrə qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Agentliyin vəzifəli şəxsinə şikayət verə bilər.

5.7. Agentliyin vəzifəli şəxsi inzibati xəta törətmiş şəxsin şikayəti daxil olduğu gündən 10 ğün müddətində baxılmalıdır.

5.8. İnzibati xətalar haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda aşağıdakı qərarlardan biri qəbul oluna bilər:

5.8.1. Qərarın dəyişdirilmədən saxlanılması barədə;

5.8.2. Şikayətin təmin edilməsi barədə.

5.9. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilir.

5.10. Vəzifəli və ya hüquqi şəxsləri inzibati məsuliyyətə cəlb etdikdə standartlara və ölçmə vasitələrinə nəzarət üzrə dövlət müfəttişləri inzibati xəta haqqında protokol tərtib edirlər (Əlavə 8, 9) və protokol əsasında Baş dövlət müfəttişi qərar çıxarır (Əlavə 10, 11).

5.11. Agentlik və onun qurumları verdikləri iradnamələrin, qərarların qeydiyyatını aparır və onların icrasına nəzarət edirlər.

5.12. Bu “Qaydalar”ın 2.3.1; 2.3.2; 2.3.5; 2.3.6; 2.3.7; bəndləri üzrə iradnamələr, tələbnamələr, protokollar, qərarlar dövlət müfəttişləri, 2.3.3; 2.4; 3.2; bəndləri üzrə qərarlar isə standartlara və ölçmə vasitələrinə nəzarət üzrə Azərbaycan Respublikasının Baş dövlət müfəttişi və onun müavini tərəfindən verilir.

5.13. İradnamələr, tələbnamələr 3 nüsxədə tərtib edilir və aidiyyəti üzrə göndərilir.

5.14. Bu “Qaydalar”ın tələblərinin pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

_____________________________________________________________________________

_____________________________________________________________________________

Rəhbər_______________________________________________________________________

______________200_____il tarixli_____________ N-li yoxlama aktı əsasında verilmişdir.

Yoxlama zamanı müəyyən edilmişdir ki,_______________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

“Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən göstərilən pozuntular ___________200 il tarixinədək aradan qaldırılmalıdır və Agentliyə məlumat verilməlidir.

Standartlara və ölçmə vasitələrinə

nəzarət üzrə dövlət müfəttişi _________ ___________________________

İmza soyadı, adı, atasının adı

_____________________________________________________________________________

_____________________________________________________________________________

Rəhbər_______________________________________________________________________

_____________200_____il tarixli________________ N-li yoxlama aktı əsasında verilmişdir.

Yoxlama zamanı müəyyən edilmişdir ki,_______________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

“Standartlaşdırma haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Bu Tələbnamənin icrasından yayınan fiziki və ya hüquqi şəxslər “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə, vəzifəli şəxs isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 317-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar.

Standartlara və ölçmə vasitələrinə

nəzarət üzrə dövlət müfəttişi __________ ___________________________

İmza soyadı, adı, atasının adı

_____________________________________________________________________________

_____________________________________________________________________________

Rəhbər_______________________________________________________________________

___________200_____il tarixli__________________ N-li yoxlama aktı əsasında verilmişdir.

Yoxlama zamanı müəyyən edilmişdir ki,_______________________________________

_____________________________________________________________________________

_________________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

“Standartlaşdırma haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən ______200 il tarixdən______________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Bu Tələbnamənin İcrasından yayınan fiziki və ya hüquqi şəxslər “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən sanksiya şəklində, vəzifəli şəxs isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 317-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar.

Standartlara və ölçmə vasitələrinə

nəzarət üzrə Azərbaycan Respublikası

Baş dövlət müfəttişi ________ _______________________

İmza soyadı, adı, atasının adı

_____________________________________________________________________________

_____________________________________________________________________________

Vəzifəli şəxs__________________________________________________________________

___________200_____il tarixli__________________ N-li yoxlama aktı əsasında verilmişdir.

Yoxlama zamanı müəyyən edilmişdir ki,

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun___________ maddəsinə əsasən ___________ 200 il tarixindən etibarən ölçmə vasitələrinin___________________ QADAĞANDIR

Standartlara və ölçmə vasitələrinə

nəzarət üzrə dövlət müfəttişi __________ _________________________

İmza soyadı, adı, atasının adı

_____________________________________________________________________________

_____________________________________________________________________________

Vəzifəli şəxs__________________________________________________________________

___________200___ il tarixli__________________ N-li yoxlama aktı əsasında verilmişdir.

Yoxlama zamanı müəyyən edilmişdir ki,

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun____________ maddəsinə əsasən ____________200 il tarixindən etibarən ŞƏHADƏTNAMƏ LƏĞV OLUNSUN

Standartlara və ölçmə vasitələrinə

nəzarət üzrə dövlət müfəttişi ____________ __________________________

İmza soyadı, adı, atasının adı

_____________________________________________________________________________

_____________________________________________________________________________

Rəhbər______________________________________________________________________

___________200____ il tarixli__________________ N-li yoxlama aktı əsasında verilmişdir.

Yoxlama zamanı müəyyən edilmişdir ki,

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun________ maddəsinə əsasən ______ 200 il tarixindən etibarən İSTİSMARDAN ÇIXARILSIN

Standartlara və ölçmə vasitələrinə

nəzarət üzrə dövlət müfəttişi __________ __________________________

İmza soyadı, adı, atasının adı

_____________________________________________________________________________

_____________________________________________________________________________

Rəhbər______________________________________________________________________

___________200____ il tarixli__________________ N-li yoxlama aktı əsasında verilmişdir.

Yoxlama zamanı müəyyən edilmişdir ki,__________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Yuxarıda göstərilənləri nəzərə alaraq və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddələrinə əsasən

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Sanksiyanın məbləği bu qərar verilən tarixdən 30 gün müddətinə müəyyən olunmuş qaydada ödənilməsi təmin edilsin:

1. __________miqdarında sanksiyanın məbləğinin 50%-ni dövlət büdcəsinə

_____________________________________________________________________________

2. ___________ miqdarında sanksiyanın məbləğinin 35%-ni yerli büdcəyə

_____________________________________________________________________________

3. ___________ miqdarında sanksiyanın məbləğinin 15%-ni Agentliyə

_____________________________________________________________________________

Sanksiyanın icrası barədə məlumat Agentliyin müvafiq yerli orqanlarına təqdim edilməlidir.

Müəyyən olunmuş müddətdə sanksiya ödənilmədikdə, göstərilən məbləğin məcburi ödənilməsi barədə məhkəməyə müraciət ediləcəkdir.

Standartlara və ölçmə vasitələrinə

nəzarət üzrə Azərbaycan Respublikasının

Baş dövlət müfəttişi __________ _______________________

İmza soyadı, adı, atasının adı

___________şəh “_______”________________200___ ci il

1.____________________________________________________________________________

2.____________________________________________________________________________

___________________________________ _______________tarixli

(yoxlama aktına əsasən tərtib edilmişdir)

3. Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs haqqında

soyadı, adı, atasının adı ______________________________________

tutduğu vəzifə ______________________________________

yol verdiyi pozuntular ______________________________________

(pozuntuların mahiyyəti)

_____________________________________________________________________________

_____________________________________________________________________________

4. Bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar

Məcəlləsinin ______________maddəsinə əsasən ___________________________________

______________________________________________________________________________

_______________________________________________________________________________

5. Pozuntulara yol vermiş şəxsin və ya şəxsin nümayəndəsinin izahatı (izahat verməkdən

imtina etməsi) barədə qeyd ____________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

6. Digər məlumatlar___________________________________________________________

Pozuntulara yol vermiş şəxsin və ya şəxsin nümayəndəsinin imzası, yaxud protokolu

imzalamaqdan imtina etməsi barədə qeyd ________________________________________

_____________________________________________________________________________

Standartlara və ölçmə vasitələrinə

nəzarət üzrə dövlət müfəttişi _________ ________________________

İmza soyadı, adı, atasının adı

___________şəh “______”_________________200___ il

1.____________________________________________________________________________

2.____________________________________________________________________________

___________________________________ __________tarixli

(yoxlama aktına əsasən tərtib edilmişdir)

3. Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs haqqında

hüquqi şəxsin adı ______________________________________

ünvan ______________________________________

yol verdiyi pozuntular ______________________________________

(pozuntuların mahiyyəti)

_____________________________________________________________________________

_____________________________________________________________________________

4. Bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar

Məcəlləsinin____________ maddəsinə əsasən ______________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

5. Pozuntulara yol vermiş hüquqi şəxsin rəhbərinin, habelə hüquqi şəxsin səlahiyyətli

nümayəndəsinin izahatı (izahat verməkdən imtina etməsi) barədə qeyd_______________

_____________________________________________________________________________

_____________________________________________________________________________

6. Digər məlumatlar___________________________________________________________

Pozuntulara yol vermiş hüquqi şəxsin nümayəndəsinin imzası, yaxud

protokolu imzalamaqdan imtina etməsi barədə qeyd________________________________

Standartlara və ölçmə vasitələrinə

nəzarət üzrə dövlət müfəttişi _________ ___________________________

İmza soyadı, adı, atasının adı

___________şəh “______”__________________200___ ci il

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

İşə baxılmasında iştirak etmişlər ________________________________________________

(iştirakçıların soyadı, adı, atasının adı, vəzifəsi)

_____________________________________________________________________________

İşə baxılarkən müəyyən etmişlər ki, _____________________________________________

_____________________________________________________________________________

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin _____________maddəsinə

1. ___________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

2. Cərimənin məbləği qərarın təqdim olunduğu gündən 30 gün gec olmayaraq banka

və ya səlahiyyətli kredit təşkilatına ödənilməli və ya köçürülməlidir. Bu barədə

“______” _____________200 il tarixinə qədər Agentliyin yerli orqanına məlumat göndərilməlidir.

Standartlara və ölçmə vasitələrinə

nəzarət üzrə Azərbaycan Respublikasının

Baş dövlət müfəttişi _______ _______________________

İmza soyadı, adı, atasının adı

___________şəh “______”________________200___ il

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

İşə baxılmasında iştirak etmişlər ________________________________________________

(iştirakçıların soyadı, adı, atasının adı, vəzifəsi)

_____________________________________________________________________________

İşə baxılarkən müəyyən etmişlər ki, _____________________________________________

_____________________________________________________________________________

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin _______________maddəsinə

1. ___________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

2. Cərimənin məbləği qərarın təqdim olunduğu gündən 30 gün gec olmayaraq banka

və ya səlahiyyətli kredit təşkilatına ödənilməli və ya köçürülməlidir. Bu barədə

“_____” ___________200 il tarixinə qədər Agentliyin yerli orqanına məlumat

Standartlara və ölçmə vasitələrinə

nəzarət üzrə Azərbaycan Respublikasının

Baş dövlət müfəttişi __________ ______________________

İmza soyadı, adı, atasının adı

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver