Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli, 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 29 dekabr 2010-cu il tarixli iclasının protokoluna əsasən qərara alır:
1. “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 25 dekabr 2007-ci il tarixli “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən istiqamətlər üzrə həyata keçirilən ölkədaxili sərnişindaşıma xidmətlərinin tarifləri barədə” Qərarı”nda aşağıdakı məzmunda dəyişikliklər edilsin:
1.1. Qərarın adında və 1-ci bəndində nəzərdə tutulmuş “Azərbaycan Hava Yolları” Dövlət Konserni” sözləri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
1.2. Qərarın cədvəl hissəsinin 1-ci və 2-ci bəndlərində “95,0” rəqəmi “70,0” rəqəmi ilə əvəz edilsin.
2. Bu qərar 01 yanvar 2011-ci il tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 29 dekabr 2010-cu il