Qanunvericilik › Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.03.2006) › Tam mətn

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.03.2006)

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.03.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

3. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası ilə birlikdə bir ay müddətində Şuranın Katibliyinin müvafiq inzibati bina ilə təmin edilməsi barədə razılaşdırılmış təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına tapşırılsın ki, 15 gün müddətində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinin cari ildə saxlanılması xərcləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 9 mart 2006-cı il

1. 22 may 2015-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 673)

2. 15 yanvar 2016-cı il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 178)

3. 14 sentyabr 2022-ci il tarixli 349 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 15 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2022-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1083)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver