Azərbaycan Respublikası Təhsil Qanununun 37-ci maddəsinin 3-cü bəndinin icrasının müvəqqəti dayandırılması haqqında
Azərbaycan Respublİkasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Təhsil Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 24, maddə 1031; 1994-cü il, № 16, maddə 216; 1995-ci il, № 7, maddə 123) yeni redaksiyası qüvvəyə minənədək həmin Qanunun 37-ci maddəsinin 3-cü bəndinin icrası müvəqqəti dayandırılsın.
II. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 1996-cı il